Bus Itburnusu - Wikipedia
Buz itburnusu (lat. Rosa buschiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Buş itburnusu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Buş itburnusu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Ümumi yayılması
redaktəQafqaz vadisinin mərkəzi hissəsi, Dağıstan, Cənubi Osetiya (Ermani) rayonu ərazisində təbii arealı vardır.
Azərbaycanda yayılması
redaktəBöyük Qafqazda Quba rayonu ərazisində və Naxçıvan MR –də rast gəlinir.
Statusu
redaktəAzərbaycanın nadir bitkisidir. VU A2c+3c.
Ümumi yayılması
redaktəQafqaz vadisinin mərkəzi hissəsi, Dağıstan, Cənubi Osetiya (Ermani) rayonu ərazisində təbii arealı vardır.
Azərbaycanda yayılması
redaktəBöyük Qafqazda-Quba rayonu ərazisində və Naxçıvan MR-də rast gəlinir.
Statusu
redaktəAzərbaycanın nadir bitkisidir. VU A2c+3c.
Bitdiyi yer
redaktəYuxarı və orta dağ qurşaqlarında quru daşlıqayalı yamaclarda yayılmışdır.
Təbii ehtiyatı
redaktəAzərbaycanda dar bir arealı vardır.
Bioloji xüsusiyyətləri
redaktəTəbiətdə kökümsovdan çıxmış 15–20 sm hündürlüyündə olan kolcuqdur. Qopartikanları xırda olub düz iynəvaridir. Yarpaqları 5–7 sm uzunluğundadır. Yarpaqları 5–7 dar, ellipsşəkilli qaidə hissəsi pazşəkilli yarpaqcıqlardan təşkil olunmuşdur. Yarpaqcıqların kənarları mişardişlidir. Kasayarpaqları 1,5 sm uzunluğunda olur. Ləçəkləri solğun çəhrayı rəngdədir. Meyvəsi oval və ya yuru şəkillidir. Meyvəsi, adətən, çılpaq olur. Çiçəkləri tək-təkdir, bəzən 2–3, 4–4 bir yerdə yerləşmişdir. İyun və iyul aylarında çiçək açır.
Çoxalması
redaktəTəbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri
redaktəBaşlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi
redaktəMəlumat yoxdur.
Qəbul edilmiş qoruma tədbirləri
redaktəXüsusi mühafizə tədbirləri tərtib edilməmişdir.
Zəruri qoruma tədbirləri
redaktəAzərbaycanın "Qırmızı Kitabı"na daxilməsi zəruridir.