Bud Sumuyunun Siniqlari - Wikipedia
Bud sümüyünün sınıqları — çox vaxt yaşlılarda onların sümüklərinin mexaniki davamlılığının azalması nəticəsində məişət zədələnmələri zamanı baş verir. Daha cavanlarda belə zədələnmələr avtomobil qəzalarından sonra ola bilər.[1]
Bud sümüyünün sınıqları | |
---|---|
XBT-10 | S72 |
MeSH | D005264 |
Vikianbarda əlaqəli mediafayllar |
Bud sümüyünün sınıqlarının əlamətləri
redaktəBud sümüyünün sınması ağır zədələnmələrə aiddir. Bud sümüklərində sınıq yerlərindən və xarakterindən asılı olmayaraq tipik əlamətlər özünü büruzə verir:[2]
İlk tibbi yardım
redaktəBud sümüklərinin nəqliyyat immobilizasiyasının ən optimal üsulu Diteriks şinalarının tətbiqidir, lakin bu tədbir həkim yardımı mərhələsində həyata keçirilir. Ekstremal vəziyyətlərdə həkimə qədər mərhələdə immobilizasiyanı əlaltı vasitələr ilə (uzun taxta parçaları) həyata keçirirlər. Onları zədələnmiş tərəfin qoltuq altından ayağın altına qədər, digərini əks tərəfdən qoyurlar. Şinalar qoltuq altında, qarın nahiyəsində, baldır, diz və topuq nahiyəsində bədənə bərkidilir. Əlaltı əşyalar olmadıqda zədələnmiş ayağı sarğı materialı yaxud müxtəlif digər parçalar ilə sağlam ayağa bintləyirlər. Nəqliyyat immobilizasiyası zamanı bud-çanaq, diz oynaqlarından başqa, baldır-pəncə oynaqları hərəkətsiz vəziyyətə salınmalıdır.[3]
Yadda saxlamaq lazımdır ki, hər bir bud sümüyünün sınıqlarında ixtisaslaşmış travmatoloji həkim yardımı tələb olunur. Çox vaxt sınıq fraqmentlərin düzgün bitişməsi üçün zədələnmədən sonra ilk sutka ərzində cərrahi əməliyyat aparılmalıdır. Bud sümüyünün sınıqları adətən şok vəziyyəti ilə müşayiət edilir və bu səbəbdən zədənin ilk saatlarında şok əleyhinə ağrı kəsici (promedol, tramal və s.) tətbiq olunur, zədələnmişi təcili yardım maşını çağırıb xəstəxanaya, cərrahi şöbəyə çatdırmaq lazımdır.[4]
Həmçinin bax
redaktə- Bud sümüyü;
- Sınıqlar;
- Zədə;
- Yara;
- Sarğı.
İstinadlar
redaktə- ↑ R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2017. 2020. səh. 48.
- ↑ 1 2 3 4 5 6 7 R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2017. 2020. səh. 49.
- ↑ R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2015. 2020. səh. 49.
- ↑ R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2017. 2020. səh. 50.