Budapest Sammiti - Wikipedia
ATƏT-in Budapeşt sammiti (4–6 dekabr 1994-cü il) — 1994-cü ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) zirvə görüşü. Bu, ATƏM yarandıqdan sonra dövlət rəhbərlərinin dördüncü görüşü idi. Bu görüş ATƏM-in Heydər Əliyevin iştirakı ilə keçirilən ilk görüşü idi.
Budapeşt Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olundu. ATƏM dövlətlərinin başçıları nizamlamanın mərhələli xarakterini müəyyən edərək və ATƏM-in Minsk Konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırdı. Saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk Konfransının çağırılması üçün əsas olmalı idi. Görüşdə münaqişə zonasında sülhün təmin edilməsi üçün ATƏM-in çoxmillətli qüvvələrinin yerləşdirilməsi barəsində bir qərar qəbul olundu.
ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi
redaktəİştirakçı dövlətlər münaqişə və onun nəticəsi kimi insan faciəsinin davam etməsini pisləyərək münaqişədə iştirak edən tərəflərin 1994-cü il may ayının 12-də ATƏM-in Minsk qrupu ilə birgə əməkdaşlıqda Rusiya Federasiyasının vasitəçiliyi ilə razılaşdırılmış atəşkəsi təsdiq etmələrini alqışladılar. İştirakçı dövlətlər BMT Təhlükəsizlik Şurasının əlaqədar qətnamələrinə dair öhdəliklərini təsdiq etdilər və Təhlükəsizlik Şurasının münaqişənin sülh yolu ilə həll edilməsinə yönəlmiş ATƏM-in səylərinə verdiyi siyasi dəstəyi alqışladılar. Bununla əlaqədar onlar münaqişədə iştirak edən tərəfləri birbaşa əlaqələr də daxil olmaqla, intensiv daimi danışıqlara çağırdılar. Bundan çıxış edərək onlar ATƏM-in səylərini və yardımını gücləndirəcəklərinə əmin etdilər. Onlar ATƏM-in Minsk qrupunun vasitəçilik səylərini tamamilə müdafiə etdilər və Rusiya Federasiyasının çox mühüm yardımını və Minsk qrupunun digər ayrılıqda götürülmüş üzvlərinin səylərini yüksək qiymətləndirdilər. Onlar bütün bunları ATƏM çərçivəsi daxilində vahid, uzlaşdırılmış səylər şəklində uyğunlaşdırmağa razılaşdılar.
Bununla əlaqədar onlar fəaliyyətdə olan sədrə iştirakçı dövlətlərlə məsləhətləşərək və mümkün qədər tez bir zamanda fəaliyyət göstərərək danışıqlar üçün ümumi və razılaşdırılmış əsasın təmin olunması və bütün vasitəçilik və danışıqlara dair fəaliyyətlərin tam uyğunlaşdırılmasının həyata keçirilməsindən ötrü Minsk Konfransının həmsədrlərini təyin etməyi tapşırdılar. ATƏM prinsiplərini və razılaşdırılmış mandatı əldə rəhbər tutan həmsədrlər Minsk qrupunun iclaslarında birgə sədrlik edəcək və fəaliyyətdə olan sədrə birgə hesabat verəcəklər. Onlar mütəmadi olaraq Daimi Şuraya öz işlərindəki irəliləyişlər barədə ətraflı məlumat verəcəklər.
Bu səylərdə birinci addım kimi onlar Minsk Konfransının həmsədrlərinə Rusiya Federasiyasının və Minsk qrupunun digər ayrı-ayrı dövlətlərinin köməyi və onlarla əməkdaşlıq edərək mövcud atəşkəsin davam etdirilməsinə kömək etmək üçün dərhal addımlar atmağı və ötən vasitəçilik fəaliyyətində artıq əldə edilmiş irəliləyişlərə əsaslanaraq silahlı münaqişə bitdikdən sonra siyasi sazişin imzalanması üçün intensiv danışıqlar keçirməyi tapşırdılar. Bu sazişin həyata keçirilməsi bütün tərəflər üçün münaqişənin əsas nəticələrini aradan qaldıracaq və Minsk Konfransının çağırılmasına imkan verəcəkdir. Bundan başqa, onlar Minsk Konfransının həmsədrlərindən inam yaradılması sahəsində, xüsusən humanitar sahədə tədbirlərin gələcəkdə də həyata keçirilməsi yolunda tərəflərlə birgə işi davam etdirməyi xahiş etdilər. Onlar iştirakçı dövlətlərin həm ayrıayrılıqda, həm də əlaqədar beynəlxalq təşkilatlar çərçivəsində qaçqınların vəziyyətinin yüngülləşdirilməsinə xüsusi diqqət yetirərək regiondakı əhaliyə humanitar yardımın təmin olunması sahəsində fəaliyyət göstərmələrinin vacibliyini qeyd etdilər.
Onlar belə razılaşdılar ki, münaqişədə iştirak edən tərəflərin nöqteyi-nəzərinə əsasən yuxarıda göstərilən sazişin imzalanması sazişin özünün həyata keçirilməsi üçün mühüm element olan çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsinə imkan verəcəkdir. Onlar BMT Təhlükəsizlik Şurasının uyğun qətnaməsi ilə, silahlı münaqişə bitərkən tərəflər arasında bağlanacaq sazişdən sonra ATƏM-in çoxmillətli sülhməramlı qüvvələrini göndərmək barədə siyasi iradələrini bəyan etdilər. Onlar fəaliyyətdə olan sədrdən xahiş etdilər ki, o, mümkün qədər tez bir zamanda, 1992-ci il Helsinki sənədinin üçüncü bəndinə əsasən və BMT Nizamnaməsinə tam uyğun şəkildə təşkil olunacaq belə qüvvələrin yaradılması, tərkibi və əməliyyatlarına dair plan hazırlasın. Bununla əlaqədar fəaliyyətdə olan sədrə Minsk Konfransının həmsədrləri və Minsk qrupu, Baş katib tərəfindən köməklik və yardım göstəriləcək, o, həmçinin müvafiq məsləhətləşmələrdən sonra sülhməramlı qüvvələri yaradan dövlətlərə bu qüvvələrin xarakteristikası və həcmi, onlara rəhbərlik və nəzarət, arxa təminat hissələri və ehtiyatların paylanması, davranış və sazişlərin qaydalarına dair tövsiyələr vermək üçünda yüksək səviyyəli planlaşdırma qrupu yaradacaq. 0. BMT-nin texniki məsləhət və ekspertiza təminatına hazır olduğu barədə bəyanatına əsasən BMT-dən yardım almağa çalışacaqdır. O, həmçinin BMT TŞ-dən ATƏM-in sülhməramlı qüvvələrinin mümkün yerləşdirilməsi barədə davamedici siyasi dəstəyə çalışacaqdır.
1992-ci il Helsinki sənədinin üçüncü bəndinin müvafiq maddələrinə və hazırlıq işlərinə, sonrakı saziş və tərəflərin Minsk Konfransının həmsədrləri vasitəsilə fəaliyyətdə olan sədrə rəsmi müraciətinə əsasən Daimi Şura ATƏM-in sülhməramlı əməliyyatlarının təşkilinə dair qərar qəbul edəcəkdir.
Zirvə görüşü
redaktəRegional məsələlər
redaktəDağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏM fəaliyyətinin fəallaşması
redaktəMünaqişənin davam etməsi və bunun nəticəsində baş verən insan faciəsindən təəssüfləndiklərini ifadə edərək, iştirakçı dövlətlər ATƏM-in Minsk qrupu ilə əməkdaşlıqda Rusiya Federasiyasının vasitəçilik səyləri nəticəsində 1994-cü il mayın 12-də razılaşdırılmış atəşkəsi münaqişə tərəflərinin təsdiqlədiklərini alqışladılar. Onlar Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiq qaldıqlarını təsdiqlədilər və ATƏM-in münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərinə Təhlükəsizlik Şurasının göstərdiyi siyasi dəstəyi alqışladılar. Bu məqsədlə onlar münaqişə tərəflərini birbaşa əlaqələr daxil olmaqla məsələnin mətləbinə dair daha intensiv danışıqlara çağırdılar. Bu mənada onlar ATƏM-in səyləri və köməyini ikiqat gücləndirəcəklərinə söz verdilər. Onlar ATƏM-in Minsk qrupunun vasitəçilik səylərini qəti şəkildə bəyəndilər və Rusiya Federasiyasının həlledici yardımını və Minsk qrupunun digər fərdi üzvlərinin səylərini yüksək qiymətləndirdilər. Onlar bu səyləri ATƏM çərçivəsində əlaqələndirərək bir araya gətirmək qərarına gəldilər.
Bu məqsədlə onlar danışıqlar üçün vahid və razılaşdırılmış baza yaratmaq, həmçinin bütün vasitəçilik və danışıqlar fəaliyyətinin tam şəkildə əlaqələndirilməsini təmin etmək məqsədilə, Fəaliyyətdə olan Sədrə, iştirakçı dövlətlərlə məsləhətləşmələr əsasında və mümkün qədər tez hərəkət etməklə, Minsk qrupunun həmsədrlərini təyin etməyi tapşırdılar. Həmsədrlər bütün danışıqlar səylərində ATƏM prinsiplərini və razılaşdırılmış mandatı əsas tutaraq, Minsk qrupunun görüşlərində birlikdə həmsədrlik və Fəaliyyətdə olan Sədrə birlikdə məruzə edəcəklər. Onlar işlərinin gedişi barəsində Daimi Şuraya müntəzəm olaraq məlumat verəcəklər.
Bu səylər çərçivəsində ilk addım kimi, onlar mövcud atəşkəsin davam etdirilməsinə kömək etmək məqsədilə Rusiya Federasiyasının və Minsk qrupunun digər fərdi üzvlərinin dəstəyilə və onlarla əməkdaşlıq şəraitində təcili tədbirlərin görülməsini, və əvvəllər vasitəçilik fəaliyyəti zamanı əldə olunmuş irəliləyişə əsaslanaraq, həyata keçirilməsi bütün tərəflər üçün münaqişənin əsas nəticələrini aradan qaldırmağa və Minsk konfransını çağırmağa imkan verəcək silahlı münaqişənin dayandırılması haqqında siyasi sazişin imzalanması məqsədilə tezliklə danışıqlar aparmağı Minsk qrupunun həmsədrlərinə tapşırdılar. Daha sonra onlar Minsk konfransının həmsədrlərindən, xüsusilə humanitar sahədə, inamın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsi istiqamətində münaqişə tərəfləri ilə birgə işi davam etdirməyi xahiş etdilər. Onlar iştirakçı dövlətlər tərəfindən həm fərdi əsasda, həm də müvafiq beynəlxalq təşkilatlar çərçivəsində qaçqınların acınacaqlı vəziyyətini yüngülləşdirməyə xüsusi diqqət yetirmək şərti ilə regionun əhalisinə humanitar yardımın göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsi vacibliyini qeyd etdilər.
Onlar razılaşdılar ki, münaqişə tərəflərinin fikirlərinə uyğun olaraq yuxarıda qeyd olunan sazişin əldə edilməsi həmin sazişin həyata keçirilməsinin vacib elementi kimi çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsinə imkan verə bilərdi. Onlar silahlı münaqişənin dayandırılması haqqında tərəflər arasında sazişin əldə edilməsindən sonra, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin qəbul edilməsi şərti ilə, ATƏM-i çoxmillətli sülhməramlı qüvvələrlə təmin etmək üçün siyasi hazırlıqlarını bəyan etdilər. Onlar Fəaliyyətdə olan Sədrdən 1992-ci il Helsinki Sənədinin III fəsli əsasında və Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinə tam uyğun olaraq təşkil ediləcək belə qüvvələrin yaradılması, tərkibi və fəaliyyəti barəsində qısa zaman ərzində plan işləyib hazırlamağı xahiş etdilər. Bu məqsədlə Fəaliyyətdə olan Sədrə Minsk konfransı həmsədrləri və Minsk qrupu, həmçinin Baş Katib tərəfindən kömək ediləcək; müvafiq məsləhətləşmələrdən sonra o, həmçinin bu qüvvələrin, başqa məsələlərlə yanaşı, ölçüsü və xarakteri, onlara rəhbərliyi və onların idarəsi, maddi-texniki təchizatı, müvafiq altbölümlərin və resursların bölünməsi, güc tətbiq etmək qaydası və qüvvə verən dövlətlərlə razılaşmalar haqqında tövsiyələrin hazırlanması üçün Vyanada yüksək səviyyəli planlaşdırma qrupu yaradacaq. O, Birləşmiş Millətlər Təşkilatının texniki məsləhət və ekspertiza yardımının göstərilməsinə hazır olması haqqında etdiyi bəyanatına əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatına kömək üçün müraciət edəcək. O, həmçinin, ATƏM-in sülhməramlı qüvvələrinin mümkün yerləşdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının uzunmüddətli siyasi dəstəyini əldə etməyə çalışacaq.
Belə hazırlıq işini və 1992-ci il Helsinki Sənədinin III fəslinin müvafiq müddəalarına əsasən və tərəflər arasında razılığın əldə olunmasından və onların Minsk konfransının həmsədrləri vasitəsilə Fəaliyyətdə olan Sədrə rəsmi xahişindən sonra Daimi Şura ATƏM-in sülhməramlı əməliyyatının keçirilməsi barəsində qərar qəbul edəcək.
ATƏT-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş sənədlər
redaktəRegional məsələlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏM-in fəaliyyətinin aktivləşdirilməsi Münaqişənin davam etməsi və onun insanlar üçün faciəli nəticəsini qeyd edərək, ATƏM-in Minsk Qrupuna kömək məqsədilə Rusiya Federasiyasının vasitəçilik səyləri ilə 12 may 1994-cü il tarixində əldə olunmuş atəşkəs haqqında razılaşmanın münaqişə tərəflərinin təsdiq etməsini iştirakçı dövlətlər alqışladılar. Onlar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının uyğun qətnamələrinə öz tərəfdarlıqlarını təsdiq etdilər və ATƏM-in münaqişənin dinc vasitələrlə nizama salınmasına istiqamətlənmiş səylərinə Təhlükəsizlik Şurasının verdiyi siyasi dəstəyi alqışladılar. Bu məqsədlə onlar münaqişənin tərəflərini birbaşa əlaqələr də daxil olmaqla mövcud məsələyə dair daha intensiv danışıqlara başlamağa çağırdılar. Bu kontekstdə onlar ATƏM tərəfindən başlanmış səylərin artırılması və bu səylərə kömək göstərilməsi haqqında öz qəti fikirlərini bildirdilər. Onlar ATƏM-in Minsk Qrupunun vasitəçilik fəaliyyətini qəti olaraq dəstəklədilər, həmçinin, Rusiya Federasiyasının həlledici əməyinə və Minsk Qrupunun digər üzvlərinin fərdi səylərinə minnətdarlıqlarını bildirdilər. Onlar bütün bu səyləri ATƏM çərçivəsində birləşdirmək və koordinasiya etmək razılığına gəldilər.
Bu məqsədlə onlar danışıqlar üçün vahid və razılaşdırılmış bazanın yaradılması, həmçinin, bütün vasitəçilik və danışıqlar fəaliyyətinin tam koordinasiyasını təmin etmək məqsədilə üzv dövlətlərlə məsləhətləşmələr əsasında və bacardıqca tez olaraq Minsk konfransının həmsədrlərini təyin etməyi fəaliyyətdə olan sədrə həvalə etdilər. ATƏM-in prinsipləri və razılaşdırılmış mandat əsasında danışıqlara özlərinin bütün səyləri ilə rəhbərlik edəcək bu həmsədrlər, Minsk Qrupunun toplantılarında birgə həmsədrlik edəcəklər və fəaliyyətdə olan sədrə birgə məruzə edəcəklər. Onlar öz işləri barəsində Daimi Şuraya vaxtaşırı məlumatlar verəcəklər.
Bu səylər çərçivəsində ilk addım olaraq, onlar Minsk konfransının həmsədrlərinə Rusiya Federasiyasının və Minsk Qrupunun digər üzvlərinin dəstəyilə, atəşkəs haqqında mövcud olan razılaşmaya kömək məqsədilə onlarla birgə əməkdaşlıq etməklə və vasitəçilik fəaliyyəti ilə əldə olunmuş inkişafa söykənərək, bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını təmin edən və Minsk konfransının çağırılmasına imkan verən hərbi münaqişənin dayandırılması haqqında siyasi sazişin imzalanması məqsədilə intensiv danışıqların aparılmasına başlanmasını həvalə etdilər. Sonra onlar inamın möhkəmləndirilməsi tədbirlərinin, xüsusilə də, humanitar sahədə, həyata keçirilməsi istiqamətində münaqişənin tərəfləri ilə birgə işin aparılmasını davam etdirməyi Minsk konfransının həmsədrlərindən xahiş etdilər. Onlar qaçqınların ağır vəziyyətinin yüngülləşdirilməsinə xüsusi diqqət yetirməklə qeyd olunan rayonun əhalisinə həm fərdi əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində humanitar yardım göstərilməsi haqqında üzv dövlətlər tərəfindən tədbirlər görülməsinin zəruriliyini qeyd etdilər.
Onlar razılaşdılar ki, münaqişənin tərəflərinin fikirlərinə uyğun olaraq, yuxarıda qeyd olunan razılığın əldə olunması bu razılığın həyata keçirilməsinin mühüm elementi kimi sülhü qoruyacaq çoxmillətli qüvvələrin göndərilməsinə də imkan verərdi. Onlar hərbi münaqişənin dayandırılması haqqında tərəflər arasında razılaşma əldə olunduqdan sonra BMT Təhlükəsizlik Şurasının uyğun qətnamələri nəzərə alınmaqla ATƏM-in sülhü qoruyacaq çoxmillətli qüvvələrinin təqdim olunmasına hazır olduqlarını bildirdilər. Onlar Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə tamamilə uyğun olaraq, 1992-ci il Helsinki sənədlərinin III bölməsinin müddəalarına əsaslanaraq təşkil olunacaq bu qüvvələrin yaradılması, tərkibi və fəaliyyətini əks etdirəcək planın qısa bir miiddətdə hazırlanmasını fəaliyyətdə olan sədrə təklif etdilər. Bu məsələdə fəaliyyətdə olan sədr Minsk konfransının həmsədrlərinin və Minsk Qrupunun köməyinə, həmçinin, Baş katibin dəstəyinə söykənəcəkdir; Uyğun məsləhətləşmələr apardıqdan sonra o, Vyanada belə qüvvələrin sayı, xarakteristikası, komandanlığı və idarə olunması, onların maddi-texniki təminatı, uyğun hərbi hissələrin yerləşdirilməsi, hərbi qüvvələrin istifadə qaydası və s. təkliflərin işlənməsi üçün yüksək səviyyəli planlaşdırma qrupunu yaradacaqdır. O, texniki ekspert məsləhətləşmələri yardımı göstərməyə hazır olduğunu bildirən Birləşmiş Millətlər Təşkilatının dəstəyinə müraciət edəcəkdir. O, həmçinin, ATƏM-in sülhü müdafiə qüvvələrinin yerləşdirilməsinə münasibətdə BMT-nin Təhlükəsizlik Şurasının uzunmüddətli siyasi dəstəyinin əldə edilməsinə çalışacaqdır.
Belə hazırlıq işlərinin və 1992-ci il Helsinki sənədinin III bəndinin uyğun müddəaları əsasında və tərəflər arasında razılıq əldə olunandan və onlar tərəfindən Minsk konfransının həmsədrləri vasitəsilə fəaliyyətdə olan sədrə rəsmi müraciət olunduqdan sonra, Daimi Şura ATƏM-in sülhü qoruma əməliyyatlarının keçirilməsi haqqında qərar qəbul edir.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "ATƏT-in Budapeşt sammiti" (PDF). 2019-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.