Bursa Saat Qullesi - Wikipedia
Bursa saat qülləsi (türk. Bursa Saat Kulesi) və ya Topxana saat qülləsi (türk. Tophane Saat Kulesi) — Bursa şəhərindəki Osmanqazi və Orhanqazi türbələrinin yaxınlığındakı Topxana parkı içərisində yerləşən saat qülləsi.
Bursa saat qülləsi | |
---|---|
türk. Bursa Saat Kulesi | |
40°11′15″ şm. e. 29°03′27″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | Bursa |
Yerləşir | Bursa |
Aidiyyatı | Osmanlı imperiyası |
Tikilmə tarixi | 1906 |
Üslubu | barokko |
Vəziyyəti | fəaliyyət göstərir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİlk olaraq Sultan Əbdüləziz dövründə tikilmiş ancaq 1900-cü illərə qədər, məlum olmayan bir tarixdə dağıdılmışdır. Bu qüllə kvadrat planlı və dörd mərtəbəlidi. Kəsmə daşdan düzəldilən qüllənin ikinci və üçüncü mərtəbələrində bir eyvan var. 2 avqust 1904-cü ildə tikintisinə yenidən başlanmış, 31 avqust 1905-ci ildə tamamlanaraq II Əbdülhəmidin taxta çıxması şərəfinə, 31 avqust 1906-cı ildə Vali Rəşid Mümtaz Paşa tərəfindən mərasimlə istifadəyə verilmişdir.
Quruluşu
redaktəQüllə 6 mərtəbəli olub 65 metr uzunluğunda və 4,65 metr enindədir. Təpəsində dörd bir tərəfə baxacaq şəkildə 4 ədəd saat olacaq şəkildə planlanmıştır. Qülləyə dörd pilləli yuvarlaq kəmərli qapıdan girilir. Qüllənin içərisində 89 pilləli taxta bir pilləkən var. Qüllənin kvadrat gövdəsini beş profilli saçaq altı hissəyə bölür. Hər qatın bölməsində yuvarlaq kəmərli, düzbucaqlı bir pəncərə var. Ən üst mərtəbənin hər bir üzünə də girdə dəstəkli bir saat yerləşdirilmişdir. Ağırlıqlarla çalışan bu saatın zənginin diametri 90 sm. Günümüzdə bir elektron saata malikdir və Bursa Bələdiyyə yanğın müşahidə məqsədilə də istifadə edilir.
Mənbə
redaktəBursa Saat Kulesi Arxivləşdirilib 2015-07-30 at the Wayback Machine