Butan Milli Kitabxanasi - Wikipedia
Butan milli kitabxanası (NLB) (dzonq-ke འབྲུག་རྒྱལ་ཡོངས་དཔེ་མཛོད, vayli, lat. Druk Gyelyong Pedzö) Butanın paytaxtı Tximpxuda yerləşir. Butanın zəngin mədəni irsini qoruyub saxlamaq məqsədi ilə 1967-cı ildə bu kitabxananın əsası qoyulmuşdur. Kitabxana Butan toxuculuq muzeyi yaxınlığındakı çayın sağ sahilində yerləşir.
Butan milli kitabxanası | |
---|---|
འབྲུག་རྒྱལ་ཡོངས་དཔེ་མཛོད | |
Ümumi məlumatlar | |
Ölkə | Butan |
Yaradılıb | 1967 |
Digər məlumatlar | |
İşçi sayı |
|
Sayt | Kitabxananın rəsmi veb saytı |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəButan Milli Kitabxanası 1967-ci ildə kraliça Aşi Puntso Çodenin (1911-2003) təşəbbüsü ilə yaradılmışdır. Əvvəlcə bu kitabxanada dəyərli mətnlərin çox da böyük olmayan kolleksiyası mühafizə edilmişdir. İlk əvvəl kitabxana Taşiço-dzonqa mərkəzi qülləsində yerləşirdi. Kolleksiyanın həcminin ölçüsünə görə kitabxana Tximpxuda Çanqanqkxa rayonunda xüsusi məkanda yerləşdirilmişdir. Layihə üzrə dzonqa ənənəvi üslubunda 4 mərtəbəli səkkiz guşəli kompleks inşa edilmişdir. Hökumət xarici səhmdarlları və investorları cəlb etmədən tikintini təmin edə bilmişdir.
23 noyabr, 1984-cü il tarixində Dilqo Kxentse Rinpoçe yeni məkanın təntənəli açılışını həyata keçirmişdir.[1]
Milli arxivlər
redaktəƏlavə ikimərtəbəli tikili 2004-cü ildən dövlət sənədlərinin mühafizə edildiyi milli arxivlərlə təchiz edilmişdir. 2000-ci ildə Danimarka ilə əldə olunan razılığa görə arxivlər sənədlərin oddan qorunması, saxlanma şəraitini yaxşılaşdırmaq, xüsusilə də materiallar üçün lazım olan temperatur və rütubəti tələb olunan səviyyədə qoruyub saxlamaq üçün müasir təchizatla təmin edilmişdir.
Milli yaddaş bankında köhnə sənədlər, məktublar və fotoqrafiyaya aid dəyərli mənbələr var. Bu fotoqrafiyanın bir hissəsi mikrofilmlərdən təşkil olunub.
Arxivdə mikrofilmlər istehsalı xidməti fəaliyyət göstərir. Kitabxananın təşəbbüsü ilə, o cümlədən də xüsusi sifariş əsasında kitablar və sənədlərin uzun müddətə təhlükəsizliyi təmin edilir.
Güman edilir ki, ölkənin adət ənənələrinin qoruyub saxlamaq məqsədilə audio və video səs yazısı bölməsi genişləndirilməlidir.[1]
Gələcək planlar
redaktəMilli arxivin 10 illik plaında ümummilli tədqiqatların aparılması planlaşdırılır ki, milli önəm kəsb edən sənədlər müəyyənləşdirilsin. Həm də bu tip sənədlərin hansı formada və vəziyyətdə qorunub saxlanıldığı müəyyən edilsin. Kitabxana bu yazılan sahibkarları və mühafizəçilərinə onları etbarlı şəkildə qoruyub saxlayaq üçün dəstək göstərir. Kitabxana rəhbərliyi həmçinin bütün ölkə üzrə audivizual sənədləşdirmə və tədqiqat aparılmasını təmin etmək xüsusi tarixi və audivizual bölmələr yaratmağı nəzərdə tutur.[1]
Direktorları
redaktəButan Milli Kitabxanasına indiyə qədər rəhbərlik edən şəxslər aşağıdakılardırː
- Geshe Tshewang (1967-1973)
- Lopen Pemala (1973-1993)
- Sangay Wangchug (1993-1999)
- Mynak R.Tulku (1999-2004)
- Dorjee Tshering (2005-2007)
- Gyonpo Tshering (2007-2010)
- Harka B. Gurung (2010-cu ildən indiyə qədər)[1]
Xarici keçidlər
redaktə- Butan milli kitabxanasının rəsmi veb saytı Arxivləşdirilib 2019-10-31 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Butan milli kitabxanasının rəsmi veb saytı". 2019-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-01.