Butan Musiqisi - Wikipedia
Butan musiqisi — Butan mədəniyyətinin bir qolu olub, Butan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı butanlı bəstəkarlar tərəfindən yaradılmışdır.
Butanın musiqi mədəniyyəti Tibet musiqi mədəniyyətinin regional növüdür[1].
Butanın bütün ənənəvi musiqisi öz növbəsində dini musiqi ilə sıx bağlıdır. Dini musiqi vacrayana buddizmi ilə bağlı olmaqla, güclü monastır ənənəsi qorunub saxlanmışdır[1].
Ölkədə hər il keçirilən çam dini mərasimində musiqi ilə müşayiət olunan maskalı rəqs tamaşaları onun ayrılmaz hissəsidir. XVI əsrdən bəri dəyişməmiş Tibet mənşəli musiqi alətləri lim fleytaları (linqbu; bambukdan 6 fleyta dəsti), uzun qolu olan damnyen lütnyasından ibarətdir[1].
Saray və dövlət bayramlarında boeda və şunqda janrlarında mahnılar ifa olunur; şunqda başlanğıcını XVII əsr Tibet saray musiqisindən götürmüşdür və Butanın dövlət himninin əsasını təşkil edir[1].
1960-cı illərdən saray və dövlət təntənələrində iştirak edən peşəkar musiqiçilər ansambllarına gəzərgi musiqiçilərin Tibet mənşəli aləti olan yayla çalınan ikisimli pivanq, Çin mənşəli musiqi aləti olan yanqçen simbalları, damnyen və lim daxildir[1].
Peşəkar klassik, həmçinin ənənəvi kənd ansamblları dövlət tərəfindən himayə olunur[1].
1954-cü ildə paytaxt Thimphuda Kral İfaçılıq Sənətləri Akademiyası açılmışdır[2].
XX əsrin ikinci yarısından Butanda hind musiqisi janrları, Qərb nümunəli müasir musiqi alətləri yayılmağa başlamışdır[1].
XX əsrin sonlarından Qərb pop musiqisi, Hindistan və Tibet musiqisi elementlərindən ibarət riqsar musiqisi (kino musiqisi, populyar mahnılar, şəhər məişət musiqisi) geniş yayılmışdır; damnyen lütnyasının müasir modifikasiyasından istifadə olunur[1].
Ölkədə ənənəvi incəsənət festivalları keçirilir[1].
Tanınmış musiqiçilər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 BUTAN Arxivləşdirilib 2020-08-07 at the Wayback Machine. ensiklopediya.gov.az (az.)
- ↑ Leiter, Samuel L. Encyclopedia of Asian Theatre: A-N. Encyclopedia of Asian Theatre. 1. Greenwood Press. 2007. səh. 61. ISBN 0-313-33530-3. 2017-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-15.
- ↑ "norlingdrayang.com". 2009-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
Xarici keçidlər
redaktə- "Rigsar Music Vs. Traditional Music". Traditional Music from Bhutan (ingilis). Archived from the original on 2005-11-08. İstifadə tarixi: 2011-08-20.
- "Sounds of the Thunder Dragon" (ingilis). The Rhythm Divide. 11 May 2005. 2005-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-20.
- "The traditional Bhutanese guitar" (ingilis). Rigsar Dranyen. 2012-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-20.
- "From Ngesem Ngesem to Khu Khu Khu... Rigsar music woos local music fans" (ingilis). Kuensel Online. 2012-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-20.