Buzqov Dagi - Wikipedia
Buzqov Dagi - Wikipedia - Haqqında Məlumat
Buzqov dağı – Babək rayonu ərazisində dağ (hünd. 2475,5 m). Dərələyəz silsiləsinin suayırıcısında zirvə. Buzqovçayın mənbə hissəsində, Yuxarı Buzqov kəndindən 2,3 km şimal-qərbdədir. Orta Triasın Anizi mərtəbəsinə aid Ərdağı lay dəstəsinin massiv dolomitlərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında, eyniadlı qırılmanın asılı şimal qanadı boyunca uzanan Keçəltəpə antiklinalının şimal qanadında yerləşir. Qərb və şərq yamaclarında şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılmaları izlənilir.[1]
Buzqov dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Dərələyəz silsiləsi |
Mütləq hündürlüyü | 2475,5 m |
Yerləşməsi | |
39°32′30″ şm. e. 45°20′50″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Vilayət | |
|
Həmçinin bax:
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.