Cume Ayin 13 U Film 1980 - Wikipedia
Cümə, ayın 13-ü (ing. Friday the 13th) — ABŞ rejissoru Şon Kanninqem tərəfindən çəkilən qorxulu filmidir. Film Ceyson Vurhiz haqqında çəkilən ilk filmdir.[2][3] Filmin 2009-ci ildə filmin remeyki çəkilmiş. Lakin bu film orijinalına görə müvəffəqiyyətsiz olmuşdur. Filmin mövzusundakı baş verən əhvalatlar "Kristal gölü" (ing. Crystal Lake) ətrafında baş verir. On illər öncə əsrarəngiz cinayətlərin baş verdiyi, tərk edilmiş gənclik düşərgəsidir. Bir təşəbbüskar tərəfindən düşərgə yenidən açılır və gənclərə bu düşərgədə iş tapmağa kömək göstərilir. Düşərgədə yağış yağdıqdan sonra qorxunc cinayətlər başlayır. Bu cinayətlər əvvəlkindən daha da qorxulu olur. Gənclər sırayla, qorxunc şəkildə cinayətə qurban gedirlər.
Cümə, ayın 13-ü | |
---|---|
ing. Friday the 13th | |
Janr | Sleşer filmi |
Əsas mövzu | qisas[d][1] |
Rejissor | Şon Kanninqem |
Ssenari müəllifi | Şon Kanninqem |
Baş rollarda |
Edrian Kinq Ari Leyman |
İstehsalçılar |
Paramount Pictures Warner Bros. |
Distribütor | Paramount Pictures |
İlk baxış tarixi | 1980 |
Filmin növü | Qorxu filmi |
Müddət | 95 dəqiqə |
Büdcə | $550 000 |
Gəlir | $39 700 000 |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 1980 |
Sonrakı film | Cümə, ayın 13-ü. İkinci hissə |
Rəng | Rəngli |
Çəkiliş yeri | Nyu-Cersi |
IMDb | ID0080761 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktə1957-ci ildə baxımsızlıq üzündən bir balaca uşaq "Kristal gölü" düşərgəsində yerləşən suda batıb ölmüşdür. Bu ölümün üzərindən bir il keçdikdən sonra iki qətl hadisəsii baş vermişdir. Həmin düşərgəni dəfələrlə açmaq istəmişlər, amma həmişə də bədbəxt hadisələr baş vermişdir. Düşərgədə əvvəlcə yanğın baş vermiş, ardınca içməli su zəhərləndirilmişdir.
"Kristal gölü" əvvəllər əsrarəngiz olmuş, amma sonradan cinayətlər və mənfiliklərlə yaşandığı, tərk edilmiş bir gənclik düşərgəsidir. Düşərgənin sahibi təşəbbüskar Stiv Kristi düşərgəni təkrar xidmətə açmağa qərar verərək, gənc və həyat dolu gənclərdən ibarət heyəti işə alır. İlk epizodların birində Enni adlı cavan qız düşərgəyə aşpaz işləmək üçün gəlir. Yolda Psixoz Ralfla rastlaşarkən, düşərgədə baş vermiş qorxulu hadisələrdən xəbər alır. Enni bu məlumatlara nəzərə almayaraq yolunu davam etdirir. Yolda maşını saxladaraq Enni düşərgəyə yola düşür. Lakin sürücü qatildir. Həmin qatil Ennini meşədə boğazını kəsərək öldürür. Bu müddətdə digər maşın da yolunu düşərgəyə davam etdirir. Maşında Cek, Marsi və Ned vardır. Gənc heyət üzvləri düşərgəyə gələn zaman onları Stiv Kristi və yanında olan Elis, Bill, Brenda adlı köməkçilər qarşılayır.
Uşaqların düşərgəyə gəlişini gözləyən gənclər burada vaxtlarını əylənməklə keçirdirlər. Axşam düşərgə sahibi Stiv Kristi şəhərə işlərini nizamlamaq üçün "Kristal gölü" düşərgəsini tərk edir. Gənclər isə düşərgədə qalırlar. Gənc heyətin üzvlərindən biri olan Ned düşərgədə gəzərkən evlərin birində özgə adamı müşahidə edir. Ned evə tərəf gedir. Lakin həmin evdə artıq qatil onu gözləməkdədir. Marsi və Cek düşərgədə gəzməyə başlayırlar. Amma gözlənilmədən yağış yağmağa başlayır. Onlar evlərdən birinə sığınırlar və məhəbbət əlaqəsində olurlar. Bir müddət keçdikdən sonra Marsi tualetə getmək üçün evdən çıxır. Cek isə evdə təkbaşına qalır. Cek uzanan vəziyyətində siqaret çəkməyə başlayır. Amma onun yatağının altında qatil vardır. Qatil Cekin boğazını kəsir. Ceki öldürdükdən sonra qatil Marsı öldürmək üçün evi tərk edir. Qatil əvvəlcə Mars çimən zaman gizlənir və sonra onun sifətinə balta ilə vurur. Bu zərbədən sonra Mars ölür.
Qatilin üçüncü qurbanı düşərgənin sahibi olan Stiv Kristi olur. Stiv Kristi düşərgəyə qayıdan zaman qatil ilə rastlaşır. Qatil onun sinəsinə bıçaq endirir. Bıçaq zərbəsindən sonra Stiv Kristi ölür.
Bu müddətdə Elis, Bill və Brenda evlərin birində mahnı oxuyub, oyun oynayırlar. Onlar dostlarının ölümündən sübhələnmirlər. Yağış başlayır və Brenda evinin pəncərəsini açıq qoyduğunu yadına salır. Brendə evə qayıdan zaman yatmaq istəyir. Lakin bu zaman küçədən gələn uşaq qışqırığını eşidir.
Brenda kömək üçün tələsərək küçəyə çıxır. Amma Brenda bunun tələ olduğunu başa düşmür. Qatil oxatmaq üçün işlədilən sahədə Brendanın üzərinə yeriyir və onu öldürür. Elis və Billin evində gözlənilmədən işıq sönür. Bill işığı yandırmaq üçün generatora baxmağa gedir və geri qayıtmır. Elis onun arxasınca gedir və Billin ölmüş bədənini qarajın qapılarında asılmış halda görür. Qətl hadisəsindən bərk qorxmuş halda Elis evə qaçır və qapını bağlayır. Elis bir müddətdən sonra düşərgəyə gələn maşını görür. Elis bu maşının düşərgə sahibi Stiv Kristiyə məxsus olduğunu başa düşüb, maşının qabağına qaçır. Ancaq bu zaman Elis Stivin yerinə ona tanış olmadığı qadını görür. Qadın isə Stivin tanışı olduğunu və adının Xanım Burhiz olduğunu söyləyir.
Xanım Burhizin danışdığı əhvalatlardan sonra məlum olur ki, filmin əvvəlində göstərilən az yaşlı uşağın boğulması haqqında məlumat verilir. Məhz qatil həmin ölmüş uşaq Ceyson Burhizin anasıdır. Anası isə Xanım Burhizdir. Xanım Burhiz uşağının qisasını almaq üçün düşərgəyə gələn bütün heyət üzvlərini öldürür. Xanım Burhiz düşərgədə sağ qalmış yeganə qurbanını öldürmək istəyir. Lakin bu zaman Elis onun başını kəsə bilir.
Səhər açıldıqdan sonra Elis yuxudan oyanır. Yuxudan ayılan Elis görür ki, çayın mərkəzində qayıqdadır. Elis düşərgəyə gələn polis maşınını görür. Lakin bu zaman çayın içindən ölmüş uşağın bədəni çıxır və Elisi ardınca aparır. Xəstəxanada ayılan zaman Elis Şerifi görür. Şerif Elisə onun düşərgədən sağ çıxan yeganə gənc olduğunu bildirir. Amma Elis suda hələ də uşağın sağ qaldığını deyir.
Rollarda
redaktəAktyor/aktrisa | Rol |
---|---|
Edrian Kinq | Elis L. Hardi |
Jannin Teylor | Marsi Kanninqhem |
Ari Leyman | Ceyson Burhiz |
Betsi Palmer | Pamela Burhiz |
İstinadlar
redaktə- ↑ Friday the 13th (ing.). 1980.
- ↑ Hawke Simon Friday the 13th. — New York: Signet, 1987. — ISBN 0451150899.
- ↑ Grove David Making Friday the 13th: The Legend of Camp Blood. — United Kingdom: FAB Press, 2005. — ISBN 1-903254-31-0.
Xarici keçidlər
redaktə- Cümə, ayın 13-ü — Internet Movie Database saytında
- "Cümə, ayın 13-ü"[ölü keçid] (ing.)
- Filmin resenziyası (ing.)
- "Cümə, ayın 13-ü" ispanca