Cume Mescidi Seki - Wikipedia
Şəki Cümə məscidi — 1900-1914-cü illərdə tikilmiş tarix-memarlıq abidəsi. Azərbaycanın Şəki şəhərində Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir.
Şəki Cümə məscidi | |
---|---|
41°12′09″ şm. e. 47°10′52″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şəki |
Yerləşir | Şəki şəhəri, Dadaş Bünyadzadə, 40. |
Aidiyyatı | Yuxarı-Baş Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | 1900-1914 |
Vəziyyəti | Bərpa olunub. |
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace | |
Tipi | Mədəni |
Kriteriya | ii, v |
Təyin edilib | 2019 |
İstinad nöm. | 1549 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 4978 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
2019-cu il iyulun 7-də “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Şəki Cümə məscid də Ümumdünya İrsinə daxildir.
Haqqında
redaktəŞəki Cümə məscidi 1900-1914-cü illərdə Şəkinin Dabbaqxana məhəlləsində tikilib.[1] Məscidi yanındakı mədrəsə və Yeraltı hamamla birlikdə kompleks şəkildə inşa olunub. Daşa həkk olunmuş tarixə əsaslanaraq demək olar ki, 1914-cü ildə əlavə eyvan, hücrə və minarənin inşası ilə məscidin tikintisi başa çatıb. Sonradan məscidin yanında mədrəsə tikilib. Mədrəsə məscidin eyvanına birləşdirilib.[2]
Sovet işğalından sonra
redaktəSovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[3]
Şəki Cümə məscidinin də işğaldan sonra minarəsi dağıdılıb.[2] Məscidin binasından idman məktəbi kimi istifadə edilib. Binanı idman zalına uyğunlaşdırmaq üçün ibadət zalının içəri eyvanı sökülüb.
1988-ci ildə məscidin binası yanıb. 1989-cu ildə məsciddə ölçü işləri aparılıb və bərpa layihəsi hazırlanıb. Məscidin ibadət zalında qazıntı aparılarkən eyvan tərəfdəki daxili divarın yeri tapılıb, bu divarla birgə daxili eyvan da bərpa olunub. Sonradan hörgü ilə bağlanmış pəncərələr açılıb, ölçü cizgiləri əsasında bərpa edilib. İnteryerdə layihə əsasında 4 iri sütun qoyulub, məscidin mehrabı bərpa edilib.[2]
Müstəqillikdən sonra
redaktəMəscidin minarəsini arxivdən tapılmış fotosurət əsasında layihələndirilib və bünövrədən şərafəyə qədər 28,5 metr hündürlüyündə bərpa edilib. Minarənin bərpası 1991-ci ildə yekunlaşıb.[2]
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[4]
2001-ci ildən Şəki şəhərinin tarixi hissəi UNESCO-nun Ümumdünya İrsi siyahısına namizəd seçilib. 2019-cu il iyulun 7-də “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.[5] Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub.[6] Şəki şəhərinin tarixi mərkəzində yerləşən Şəki Cümə məscidi də Ümumdünya İrsinə daxildir.
1993–cü ildə Şəki İcra Hakimi Çingiz Əfəndiyevin göstərişi ilə burada Şəki İslam Mədrəsəsi fəaliyyətə başlayır. Mədrəsə 1996-cı ildə isə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçir. Burada təhsil alan şagirdlər həm dini, həm də dünyəvi təhsil alırlar.
Memarlığı
redaktəMəscidinin tikintisində yerli inşaat materiallarından, çaylaq daşı və bişmiş kərpicdən istifadə edilib.[7] Plan quruluşuna görə tağlı, sütunlu salondan ibarət olub, daş və ağaclarla bölmələrə ayrılaraq binadakı böyük aşırımı örtməyə imkan vermişdir. Taxtadan düzəldilmiş on pilləli minbəri şəbəkə ilə işlənib. 28,5 m hündürlüyündə olan minarə məscid binasından bir neçə metr aralı tikilib. Yuxarıya doğru nazikləşən minarə kərpic hörgülərlə, relyefli naxışlarla bəzədilib.[2]
Məscidin iç məkanı sadədir. Buradan ibadət yeri, hücrələrindən isə mədrəsə kimi istifadə olunur. "N" şəklində olan məscid kompleksi ikimərtəbəlidir. İkinci mərtəbədə qadınlar üçün ibadət zalı fəaliyyət göstərir. Baş fasad kərpic naxışlarla işlənib.
Şəkilləri
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Помощь в реставрации исторических памятников/Мечеть "Джума"". 2014-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-15. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 3 4 5 "Cümə məscidi" (az.). sheki.heritage.org.az. Archived from the original on 2022-12-15. İstifadə tarixi: 2022-12-15.
- ↑ Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-15. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-15.
- ↑ "Historic Centre of Sheki with the Khan's Palace" (ingilis). unesco.org. 2019. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-15.
- ↑ "Şəki Xan Sarayı Dünya İrsinin siyahısında" (az.). Amerikanın Səsi. 2019-07-07. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-15.
- ↑ Azərbaycanın seçilmiş İslam abidələri (PDF) (az.). Bakı: Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. 2015. 132. 2024-09-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-19.