Cunk - Wikipedia
Cunk - Wikipedia - Haqqında Məlumat
Cünk — XX əsrin əvvəllərinə qədər ədəbiyyat həvəskarları tərəfindən tərtib edilən poeziya antologiyaları — əlyazma kitabları.
Cünk sahibinin ədəbiyyata bələdliyi, şəxsi zövqü, savadı, ədəbi mənbələrə bələdliyi, nəhayət, hansı regionda yaşaması onun tərtib etdiyi əlyazma antologiyasının xarakterini və mündəricəsini müəyyənləşdirir. Cünklər həm eyni janrda yazılmış poeziya nümunələrini, həm də müxtəlif janrlı poetik parçaları özündə ehtiva edə bilər. Ədəbiyyat tarixinin öyrənilməsində, habelə mənbəşünaslıq baxımından, cünklərin mühüm əhəmiyyəti var.[1]
İstinadlar
redaktə- ↑ Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, səh.495
Mənbə
redaktə- Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.