Cebrayil Huseynov Aqronom - Wikipedia
Cəbrayıl Muxtar oğlu Hüseynov (3 (16) yanvar 1913 və ya 16 yanvar 1913, Nuxa – 14 dekabr 1974 və ya 1974, Bakı) — akademik, aqrar elmlər doktoru (1947), professor (1948).
Cəbrayıl Hüseynov | |
---|---|
Doğum tarixi | 3 (16) yanvar 1913 və ya 16 yanvar 1913 |
Doğum yeri | |
Vəfat tarixi | 14 dekabr 1974 (61 yaşında) və ya 1974 |
Vəfat yeri | |
Elm sahəsi | aqrokimya[d] |
Təhsili | |
Mükafatları |
|
Həyatı
redaktəHüseynov Cəbrayıl Muxtar oğlu 1913-cü il yanvarın 16-da Şəki şəhərində doğulmuşdur. C. Hüseynov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini bitirmişdir (1934). C. Hüseynov aqrar elmlər namizədi (1939) və aqrar elmlər doktoru (1947) dərəcəsini, professor (1948) elmi adını almışdır.
Elmi naliyyətləri
redaktəAMEA-nın müxbir üzvü (1949), həqiqi üzvü (1961) seçilmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və Azərbaycan ET Pambıqçılıq İnstitutunda baş elmi işçi işləmişdir (1936). Ümumittifaq Elmi Tədqiqat Gübrələmə və Aqrotorpaqşünaslıq İnstitutunun aspirant olmuşdur (1936–1939). SSRİ Elmlər Akademiyasının Azərbaycan Torpaqşünaslıq sektorunda baş elmi işçi (1940), Torpaqşünaslıq və Aqrokimya Bölməsində direktor işləmişdir (1944–1945). Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ilk direktoru olmuş (1945) və bu vəzifədə 1952-ci ilə kimi çalışmışdır. ADU-nun Biologiya fakültəsinin professoru olmuşdur (1969). 1963-cü ildə yenidən İnstitutun direktoru vəzifəsinə seçilmiş və ömrünün axırına kimi (1974) bu vəzifədə çalışmışdır.
İş fəaliyyəti
redaktəRespublikada mineral və üzvi gübrələrin, o cümlədən, fosfor gübrəsinin istehsal sahəsində alimin mühüm tədqiqatları olmuşdur. Onun təklifi ilə Sumqayıt şəhərinin neft sənayesinin tullantısı olan işlənmiş sulfat turşusundan superfosfat istehsal zavod tikilmişdir. C. Hüseynov ilk dəfə neft sənayesinin tullantısı olan turş qudronlu superfosfat istehsal edilməsinin nəzəri əsaslarını vermiş, onun bilavasitə istehsal, tətbiq edilməsinə nail olmuşdur. 1958–1963-cü illərdə akademik C. Hüseynov neft emalı sənayesi tullantılarından alman neft-boy maddəsi (NBM) nəinki respublikamızda, həm də dünya miqyasında geniş marağa səbəb olmuşdur. Bu təsərrüfat əhəmiyyəti nəzərə alınaraq NBM o illərdə respublikamızın əkinçilik sahələrində müxtəlif kənd təsərrüfatı bitkiləri əkinində (127 min hektar) fəal üzvi həlledici maddə kimi istifadə edilmişdir. Son tədqiqatları əsasən neft sənaye tullantılarından alınmış yeni üzvi-mineral gübrələrin, eləcə də respublikada böyük ehtiyatı olan bitumlu süxurun və yanar şistin kənd təsərrüfatında geniş tətbiqinə həsr edilmişdir.
Mükafatları
redaktəC. Hüseynov 200 elmi əsərin, o cümlədən, 6 monoqrafiya və 12 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi altında 50-dən artıq fəlsəfə doktoru elmlər doktoru elm aləminə vəsiqə almışdır.
C. Hüseynov SSRİ Dövlət Mükafatı almış (1950), 2 dəfə "Şərəf nişanı" ordeni (1943,1951), 5 müxtəlif medalla təltif edilmişdir.
Akademik Cəbrayıl Hüseynov 1974-cü ildə Bakıda vəfat etmişdir.