Cebrayil Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Cəbrayıl rayonunda Tarix-Diyarşünaslıq müzeyi — II Dünya Müharibəsindən əvvəl təsis olunmuşdu. İ.V.Stalinin adını daşıyan muzey 1953-ci ildə ləğv edildi və eksponatları arxivə verildi. Az müddət sonra onun yerində yenidən Tarix-Diyarşünaslıq Muzeyi yaradılaraq, iyirmi ildən artıq bir müddətdə ictimai əsaslarla fəaliyyət göstərdi. Bu gün Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyətini paytaxtdakı "İstiqlal" muzeyində davam etdirir.[1]
Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
| |
Əsası qoyulub | 8 dekabr 1980 |
Mövzu | tarix |
Yerləşir | Cəbrayıl, Azərbaycan |
Kolleksiyası | Hazırda Bakı şəhər İstiqlal muzeyində saxlanılır. |
Direktor | Tariyel Abbaslı |
Muzeyin tarixi
redaktəMuzey 1980-ci ilin dekabrında rəsmi status aldı və ştat cədvəli təsdiqləndi. Həmin ildə Cəbrayıl rayon Partiya Komitəsinin təşəbbüsü ilə şəhər orta internat məktəbinin dörd otağı muzeyin sərəncamına verilmiş və qısa müddət ərzində təmir edilərək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin yanvar 1980-ci il tarixli "Azərbaycanın rayonlarında tarix – diyarşünaslıq muzeylərinin yaradılması haqqında" xüsusi qərarından sonra – 1980-ci il dekabrın 8-də yaradılmışdır. Muzeyin sığındığı internat binası şəhərin "Sağ sahil" küçəsində yerləşirdi.
Muzeyin eksponatları
redaktə1993-cü ilə qədər muzeydə Cəbrayıl rayonu ilə bağlı 19 minə yaxın eksponat toplanmışdı. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin hücumları zamanı muzeyin təxminən 16 minə yaxın eksponatını xilas etmək mümkün olmuşdur. Muzeydə daşınması çətin olan bir sıra əşyalar, ümumilikdə 2 mindən artıq eksponat hazırda erməni işğalçıları tərəfindən məhv edilmişdir. Muzeydə rayonun tarixinə dair arxeoloji və etnoqrafik materiallar, toxuculuq məmulatları, dekorativ sənət nümunələri, qədim və orta əsrlərə aid məişət əşyaları, fotolar, sənədlər, rayonun flora və faunasını əks etdirən eksponatlar sərgilənirdi.[2]
17 mindən çox eksponatın təxminən 16 mini xilas edilmişdir. Bu sıraya xalça və xalça məmulatları, gümüş və qızıl qadın bəzəkləri, gümüşdən kişi və qadın kəmərləri, gümüş xəncərlər, tariximizin müxtəlif dövrlərini əks etdirən tarixi və etnoqrafik materiallar, rayonun tarixi ilə bağlı fotolar, sənədlər aiddir. Muzeyin daşınması çətin olan bir sıra əşyaları, ümumilikdə 2 mindən artıq eksponat erməni işğalçıları tərəfindən talandı.
Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyətini paytaxtdakı İstiqlal muzeyində davam etdirir.[3]
İşğaldan sonra
redaktəCəbrayıl rayonu müharibənin 5-ci ili düşmənin əlinə keçdi. Belə bir vəziyyətdə imkan daxilində muzeyin ən qiymətli eksponatları işğal zonasından çıxarıldı. Bunlar muzeyin fondunda mühafizə olunan xalça və xalça məmulatları, gümüş və qızıl bəzəklər, kəmərlər, saxsı və mis qablar, fotolar, sənədlər və s. materiallardır.
Hazırda muzey Bakıda – İstiqlal muzeyində öz fəaliyyətini davam etdirir. İndi muzeydə 18 mindən çox eksponat toplanmışdır.
1993-cü ildə erməni təcavüzü zamanı T.Abbaslının şəxsi təşəbbüsü ilə muzeyin əmlakının məhvinə imkan verilməmiş, eksponatları işğal altından çıxarmağa nail olmuşlar.
Eksponatın təxminən 17 mini düşmən işğalı altında çıxarmaq mümkün olmuşdur.[4]
Rəhbərlik
redaktəCəbrayıl rayon tarix-diyarşünaslıq muzeyi yaradılarkən onun ilk direktoru Fazil Quliyev olmuşdur. Muzeyin araya-ərsəyə gəlib ilk illərdə formalaşmasında böyük – ziyalı bir insanın – Şəhriyar Quliyevin əvəzsiz xidməti olmuşdur. O, Fazil Quliyevlə, sonralar isə muzeyin indiki direktoru Tariyel Abbaslı ilə birlikdə Cəbrayılı qarış-qarış gəzmiş, muzeyin zənginləşməsini təmin etmişdir.
Hal-hazırda muzeyin direktoru Tariyel Abbaslıdır.[5]
Muzeyin ilk direktoru Şəhriyar Paşa oğlu Quliyev ilyarım bu vəzifədə çalışdı. 1981–1988-ci illərdə Fazil Quliyev, 1982-ci ildən muzeydə kiçik elmi işçi kimi fəaliyyət göstərən Tariyel Abbaslı isə 1988-ci ildən sonra muzeyin direktoru vəzifəsini icra edir.
Materialların xronologiyası
redaktəMədəniyyət Nazirliyinin yaxından iştirakı ilə əldə olan materialların xronolojı ardıcıllığı və dövrlərə görə düzülməsi, tərtibat işləri həyata keçirilmişdir. Muzeyin təşkilində rayon ziyalısı Şəhriyar Quliyev də yaxından kömək göstərib. Ş.Quliyev sonradan muzeyin ilk direktoru təyin olunur.
Təlimata uyğun olaraq muzey ekspozisiyası üç bölmədən ibarət idi:
- Təbiət bölməsi
- Qədim dövr
- Sovet dövrü
Təbiət bölməsi
redaktəRayonun florası – bitki örtüyü, faunası – heyvanlar aləmi haqqında geniş və hərtərəfli məlumat verirdi. Burada ayrı-ayrı bitki növlərindən qurudulmuş nümunələr, toxumlar, müxtəlif yazılı informasiyalar, o cümlədən rayon ərazisində vəhşi heyvan və quşların müqəvvaları, onların qidalanması və sair sərgilənirdi.
Qədim dövr bölməsi
redaktəƏn qədim dövrlərdən – b.e. əvvəlki cəmiyyətin müxtəlif inkişaf dövrlərindən tutmuş bizim eranın ilk əsrləri və orta əsrləri əhatə edirdi. Bu materialların əsas hissəsi müxtəlif qazıntılar və təsadüflər nəticəsində tapılmış qədim əmək və döyüş alətləri, qab nümunələri, müxtəlif sirli qalıqlar, taxta və mis qablardan ibarətdir. XIX və XX əsrin əvvəllərində Qarabağ xalça məktəbinin Cəbrayıl qrupuna aid xovlu və xovsuz xalça nümunələri, dekorativ tətbiqi sənətin digər bir qolu olan gümüş qadın və kişi kəmərləri, qadın döş və baş bəzəkləri, müxtəlif etnoqrafik alətlər – xış, araba, kotan, vəl, qədim geyimlər və s. muzeyin dəyərli eksponatları sırasında idi.
Sovet dövrü
redaktəİki otağı əhatələyən sovet dövrü eksponatları muzeyin ən geniş bölməsi idi. Azərbaycanda Sovet hakimiyyətinin yarandığı vaxtdan — 1920-ci ildən sonrakı dövrdə kollektivləşmə, kolxoz qurulucuğu, 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsi və müharibədən sonrakı dinc quruculuq illərinə aid ayrı-ayrı stendlər, fotolar, sənədlər və digər qiymətli əşyalar nümayiş etdirilirdi.
23 avqust 1993-cü ilə — Cəbrayıl rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunana qədər rayon tarix-diyarşünaslıq muzeyinin kollektivi işlərini davam etdirməklə müxtəlif tədbirlər keçirirdi.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi Arxivləşdirilib 2016-11-02 at the Wayback Machine
- Respublika qəzeti[ölü keçid]
- Muzeydə İsmayıl İmanzadənin yaradıcılıq gecəsi keçirildi.
- Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin bir sıra eksponatları üzərində bərpa işləri aparılıb
- Tarix və diyarşünaslıq muzeyləri — yaşayan tariximizin təkrarsız ünvanı…
- Tarix və Diyarşünaslıq Muzeyləri
- Cəbrayıl rayon Tarix-diyarşünaslıq muzeyi Arxivləşdirilib 2020-02-19 at the Wayback Machine
- Eksponatlar üzərində bərpa işləri aparılıb Arxivləşdirilib 2020-02-17 at the Wayback Machine
- Dədə yurdlarımızda dağıdılmış muzeylərimiz.
- Muzeyin eksponatları üzərində bərpa işləri aparılıb
İstinadlar
redaktə- ↑ "Qarabağ muzeyləri". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Erməni vandalizmi". 2020-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyi". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Eksponatlar". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Muzey haqqında". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)