Cefer Bunyadzade - Wikipedia
Cəfər Xocabəy oğlu Bünyadzadə[a] (1890, Fatmayı, Bakı qəzası – avqust 1918, Bakı) — Azərbaycan yazıçısı və şairi. O, dövrün Azərbaycan mətbuatında fəal iştirak etmiş, uşaq hekayələri və çoxlu satirik şeirlər yazmışdır. "Nəşri-maarif" və "Səfa" məktəblərində müəllim işləmiş, satirik "Tuti" jurnalının baş redaktoru[2] olmuşdur.[3] Dadaş Bünyadzadənin qardaşıdır.
Cəfər Bünyadzadə | |
---|---|
Doğum tarixi | 1890 |
Doğum yeri | |
Vəfat tarixi | avqust 1918 |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, müəllim, publisist, redaktor[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCəfər Bünyadzadə "Səda", "Sədayi-Vətən" və başqa mətbuat orqanlarında müxtəlif imzalarda yazılar dərc etdirmiş, uşaqlar üçün hekayələr yazmışdır. Milli məktəblərdə istifadə ücün "Kəşkül" adlı nəğmələr məcmuəsi (notsuz) nəşr etdirmişdi (1915).[4]
Cəfər Bünyadzadə 1918-ci ilin avqustunda ermənilərin törətdikləri vəhşiliyin qurbanı olmuşdur.[5] C. Bünyadzanin qardaşı Dadaş Bünyadzadə ona başsağlığı verənlərə "Füqəra-kasibəsi" qəzetində etdiyi minnətdarlıq məktubunda bildirirdi:[6][7][8]
Bir il bundan əqdəm "Tuti" məzhəkə jurnalının müdiri, baradərim Cəfər Bünyadzadənin erməni daşnaksütyunları tərəfindən qətl olunduğunu eşidib-bilən yoldaşların Həştərxandan qayıtdıqdan sonra təəssüf məktubları almaqdayam. Bu teleqram və məlumatlar çox olduğundan, ayrı-ayrı cavab vermək mümkün olmadığına görə, məktub və teleqram göndərmiş yoldaş və vətəndaşlara təşəkkürümü izhar edirəm. |
Əsərləri
redaktə- Mən məktəb istəyirəm. Uşaqlar üçün asan dil ilə yazılmış hekayələr. Bakı: [s.n.], 1910;
- İgid oğul və yaxud vətən məhəbbəti, 1912;
- Kəşkül və yaxud nəğmələr məcmuəsi. Bakı: [s.n.], 1913;
- Kəşkül və yaxud nəğmələr məcmuəsi. Bakı: [s.n.], 1914 (ikinci nəşri);
- Kəşkül və yaxud nəğmələr məcmuəsi. Bakı: [s.n. ], 1916 (üçüncü nəşri);
- Dağarcıq (milli nəğmələr). Bakı: [s.n.], 1917;
- Kəşküli-nəğəm. Rusiya inqilabi-kəbiri zamanında təb edilmişdir. Bakı: [s.n.], 1917;
- İgid oğul və yaxud vətən məhəbbəti. Bakı: Zərdabi, 2023.[9][10]
Qeydlər
redaktəİstinadlar
redaktə- ↑ Bünyadzadə Səfər Xoca oğlu
- ↑ Əlizadə, Tural. "Üzeyir Hacıbəyli - Cəfər Bünyadzadə ixtilafı". sherg.az. 2024-01-29. 2024-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-05.
- ↑ Məmmədova, D. İzahlar // Pyeslər. Bakı: Gənclik. 1984. 294.
- ↑ Bünyadzadə Cəfər Xoca oğlu // Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı: Şərq-Qərb. 2007. 52. ISBN 978-9952-34-075-4.
- ↑ Əzraq, Fidan. "Ermənilər onu öldürüb neft quyusuna atmışdılar - Baş nazirin qardaşı haqqında". kulis.az. 2023-09-09. 2024-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-05.
- ↑ Aşırlı, Akif. 31 mart soyqırımı: 1918–1920-ci illər mətbuatında. Bakı: Elm və təhsil. 2011.
- ↑ Aşırlı, Akif. "Ermənilər uşaq jurnalının redaktorunu vəhşicəsinə qətlə yetiriblər". interpress.az. 2016-03-31. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-05.
- ↑ Uğur. "Cümhuriyyət dövrünün mətbuatında azadlıq ideyaları". "Xalq Cəbhəsi" qəzeti. 2014-12-12. 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-05.
- ↑ ""Tuti" satirik məcmuəsinin redaktoru haqqında yeni nəşr". Azərtac. 2023-11-23. 2023-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-05.
- ↑ "Cəfər Bünyadzadənin "İgid oğul və yaxud vətən məhəbbəti" kitabı işıq üzü görüb". AMEA. 2023-11-24. 2023-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-05.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |