Cefer Xendan - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hacıyev Cəfər Zeynal oğlu (Cəfər Xəndan) — azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1948), professor (1949).[1]
Cəfər Xəndan | |
---|---|
Cəfər Zeynal oğlu Hacıyev | |
Doğum adı | Cəfər Hacıyev |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (51 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya İmperiyası→ AXC→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
Gəncə Pedaqoji Texnikumu; ADPİ-nin Dil və ədəbiyyat fakültəsi |
Fəaliyyəti | yazıçı, şair |
Əsərlərinin dili | azərbaycanca |
Mükafatları | |
Cəfər Xəndan Vikimənbədə |
Həyatı
redaktəCəfər Xəndan 1910-cu il mayın 8-də İrəvan şəhərində müəllim ailəsində doğulmuşdur. 1918-ci ildə ailəsi Gəncəyə köçmüş, ata-anası burada öldüyündən kimsəsiz qalan kiçik qardaş və bacısı ilə Gəncə uşaq evində yaşamışdır (1925-ci ilədək).
Gəncə Pedaqoji Texnikumunu bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, həm də fəhlə fakültəsində müəllimlik (1925–1929) etmişdir. İnstitutun Dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra aspiranturaya daxil olmuş, eyni zamanda institutun ədəbiyyat kafedrasının assistenti, sonra dosenti kimi fəaliyyət göstərmişdir (1932–1941).
Fəaliyyəti
redaktəM. F. Axundov adına Müəllimlər İnstitutunun Dil və ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, həm də Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi, "Allahsız" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul katibi, "Gənc işçi" redaksiyasında ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Dissertasiya müdafiə edib fılologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1939).
Müharibə illərində
redaktə1941-ci ildə səfərbərliyə alınmış, sovet ordusu tərkibində siyasi rəhbər və jurnalist kimi alman işğalçılarına qarşı vuruşmuşdur. O, Cənub-Qərb, Şimali Qafqaz, Zaqafqaziya cəbhələrində siyasi şöbənin baş təlimatçısı, cəbhə qəzetlərində ("Vo slavu Rodinı", "Vpered k pobede", "Boets RKKA", "Vətən yolunda") məsul redaktorun müavini olmuşdur (1944–1946).
Nailiyyət və mükafatları
redaktəOrdu sıralarından tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında dosent, eyni zamanda "Kommunist" qəzetində Mədəniyyət və məişət şöbəsinin müdiri (1946–1947) işləmişdir. Universitetin Filologiya fakültəsinin dekanı (1947–1950), sonra isə dörd il Azərbaycan Dövlət Universitetinin rektoru (1950–1954) olmuşdur. 1954–1961-ci illərdə universitetin Sovet ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. "1906–1946-cı illərdə Cənubi Azərbaycan xalqının milli azadlıq mübarizəsi və onun bədii ədəbiyyatda inikası" mövzusunda dissertasiya müdafiə edib doktorluq alimlik dərəcəsi almışdır.
"Qırmızı ulduz" (1942), "Qırmızı Əmək Bayrağı" (1946) ordenləri, "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları, fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdır. 1961-ci il avqustun 10-da Bakıda vəfat etmişdir. Bakı küçələrindən biri onun adını daşıyır.
Əsərləri
redaktə- Bəyaz gecələr. Bakı: Azərnəşr, 1936, 47 səh.
- Azərbaycan ədəbiyyatı (sovet dövrü). Bakı: Azərnəşr, 1939, 94 səh.
- Sabir (həyat və yaradıcılığı). Bakı: SSRİ EA Azərbaycan filialının nəşri, 1940, 168 səh.
- Cəbhə şerləri. Bakı: Azərnəşr, 1942, 110 səh.
- Qafqaz. Bakı: Uşaqgəncnəşr, 1942, 30 səh.
- İlk ayrılıq. Bakı: Azərnəşr, 1944, 80 səh.
- Mübarizə yollarında. Bakı: Uşaqgəncnəşr, 1946, 29 səh.
- Ədəbiyyat nəzəriyyəsi. Bakı: Azərnəşr, 1948, 189 səh.
- Təşviqatçı və bədii ədəbiyyat. Bakı: Azərnəşr, 1950, 65 səh.
- XX əsr Azərbaycan ədəbiyyatı. Bakı: ADU nəşriyyatı, 1951, 616 səh.
- Sovet ədəbiyyatı (I hissə). Bakı: Azərnəşr, 1952, 396 səh.
- Sovet ədəbiyyatı (II hissə). Bakı: Azərnəşr, 1952, 127 səh.
- C. Cabbarlının həyat və yaradıcılığı. Bakı: Birləşmiş nəşriyyat, 1954, 62 səh.
- XX əsr Azərbaycan ədəbiyyatı tarixi oçerkləri. Bakı: ADU nəşriyyatı, 1955, 436 səh.
- Mikayıl Müşfiq. Bakı: ADU nəşriyyatı, 1956, 68 səh.
- Molla Nəsrəddin. Bakı: Bilik cəmiyyəti, 1956, 42 səh.
- Ədəbiyyat nəzəriyyəsi. Bakı: Azərnəşr, 1958, 287 səh.
- Mir Cəlal. Bakı: Bilik cəmiyyəti, 1958, 48 səh.
- Şairin həyatı. Bakı: Uşaqgəncnəşr, 1961, 100 səh.
- Sabir yaradıcılığında sənətkarlıq xüsusiyyətləri. Bakı: Azərnəşr, 1962, 438 səh.
- Ədəbi qeydlər. Bakı: Azərnəşr, 1966, 194 səh.
- Sovet ədəbiyyatı (dərslik 17-ci nəşri). Bakı: Maarif, 1971, 285 səh (müştərək).
- Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1972, 260 səh.
- Şairin həyatı. Bakı: Gənclik, 1977, 90 səh.
- Ədəbiyyatımızın dünəni və bu günü. Bakı: Yazıçı, 1980, 246 səh.
- Şerlər. Bakı: Gənclik, 1983, 124 səh.
- Uğurlu yol. Bakı: Azərnəşr, 1987, 283 səh.
Tərcümələri
redaktə- Nizami Gəncəvi. Lirika. Bakı: Azərnəşr, 1940, 80 səh.
- Heyran xanım. Qəzəllər. Bakı: Gənclik, 1975, 60 səh.
- M. F. Axundov. Şərq poeması. Azərb. SSR EA nəşri, 1962, 12 səh.
İstinadlar
redaktə- ↑ "Cəfər Xəndan". 2017-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)