Celeb Ehmed Pasa - Wikipedia
Cələb Əhməd Paşa (v. noyabr 1644, İstanbul, Osmanlı imperiyası) — Osmanlı sultanı IV Murad və Sultan İbrahimin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Cələb Əhməd Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | noyabr 1644 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı |
|
Əsli və saraya necə alındığı bilinmir. Əndərunda yetişmiş, daha sonra Sultan Muradın silahdarı olmuşdur. 1633-cü ilin sentyabrında Hələb bəylərbəyliyi ilə saraydan ayrılmışdır. Qısa müddətlik fasilə sayılmazsa, 1638-ci ilədək bu vəzifədə qaldı. Ardından qübbə vəziri təyin edilərək paytaxta çağırıldı və Sultan Əhmədin qızlarından Ayşə Sultanla nigahlandı. Ancaq Sultan Muradın vəfatı və Sultan İbrahimin taxta cülusunun ardından Şam bəylərbəyi təyin edilərək yenidən paytaxtdan uzaqlaşdırıldı. 1641-ci ildə vəzifədən alınsa da, ertəsi il yenidən eyni vəzifəyə təyin olundu. 1643-cü ildə yenidən qübbə vəziri olsa da, bir il sonra İstanbulda vəfat etdi.
Mənbə
redaktə- Sicill-i Osmani I cild, səh. 219