Celd Kertenkelecik - Wikipedia
Cəld kərtənkələcik (lat. Eremias velox) — Kərtənkələcik fəsiləsinə aid kərtənkələ növü.
Cəld kərtənkələcik | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Cəld kərtənkələcik |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Xariçi görünüşü
redaktəKiçik ölçülü olub 10,5 sm uzunluğa malik olurlar. Quyruqları 1,5–2 dəfə uzun olur. Rəngi və üzərindəki ləklər fərqli olur. Yuxarı hissəsi boz və qum rəngində olur. Üzərində isə qara və parlaq ləkələrlə örtülü olur. Qarın nahiyəsi ağ rəngdə olur.
Həyat tərzi
redaktəƏsasən səhra, yarımsəhra və dağlarda yayılırlar. Onlara 1700 m yüksəkliklərdə belə yayıla bilir. Bərkimiş qumlarda gəmiricilərin yuvalarında gizlənir və yuva qururlar. Hörümçəklər, Cücülər və digər onurğasızlarla qidalanırlar. Mövsüm ərzində 2–3 dəfə yumurta qoya bilirlər. 2–9 yumurta qoyurlar (ölçüləri 1,3–1,5 sm).
Yayıldığı ərazilər
redaktəCəld kərtənkələlər Cənubi Qafqazın şərq hissəsində (Gürcüstanın şərqi və Azərbaycan), şimali İran, Dağıstan, Qazaxıstan və Mərkəzi Asiya, Əfqanıstanın şimalı, Monqolustan və Çin ərazilərində yayılmışdır.
Yarımnövləri
redaktəİstinadlar
redaktə- ↑ The Reptile Database (ing.). / P. Uetz 2015.