Cenubi Vyetnam Respublikasi Muveqqeti Inqilabi Hokumeti - Wikipedia
Cənubi Vyetnam Respublikası Müvəqqəti İnqilabi Hökuməti[1] (CVRMİH, vyet. Chính phủ Cách mạng Lâm thời Cộng hòa miền Nam Việt Nam) — Şimali Vyetnam tərəfindən 8 iyun 1969-cu ildə Vyetnam Respublikasının (Cənubi Vyetnam) hökumətinə qarşı yaradılmış kölgə hökuməti, Sayqonun süqutundan sonra 30 aprel 1975-ci ildən 2 iyul 1976-cı ilə qədər Vyetnam Respublikası (vyet. Cộng hòa miền Nam Việt Nam) adlanmış de-fakto müstəqil ölkə. Onun yaradılmasında Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin nümayəndələri, eləcə də bir neçə kiçik qrup iştirak edirdi.
Tarixi dövlət | |||||
Cənubi Vyetnam Respublikası Müvəqqəti İnqilabi Hökuməti | |||||
---|---|---|---|---|---|
|
|||||
«Độc lập - Dân chủ - Hoà bình - Trung lập» | |||||
|
|||||
Paytaxt | Hoşimin | ||||
Dilləri | Vyetnam dili | ||||
Rəsmi dilləri | |||||
Dövlət dini | buddizm, Konfutsiçilik, Daosizm | ||||
Ərazisi |
|
||||
Əhalisi |
|
||||
İdarəetmə forması | respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
CVRMİH əksər sosialist dövlətlər tərəfindən Cənubi Vyetnam hökuməti kimi tanınmışdır. O, 1973-cü il Paris sülh müqaviləsini həm Cənubi Vyetnamdan, həm də Şimali Vyetnamdan ayrı olan müstəqil bir qurum kimi imzalamışdır.[1] 30 aprel 1975-ci ildə Sayqonun süqutundan sonra Cənubi Vyetnam Respublikası adlanmış və Cənubi Vyetnamın nominal hökuməti olmuşdur. 2 iyul 1976-cı ildə Cənubi Vyetnam Respublikası və Şimali Vyetnam (Vyetnam Demokratik Respublikası) Vyetnam Sosialist Respublikasını yaratmaq üçün birləşmişdir.
Tarixi
redaktə1960-cı ildə Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi yaradılmışdır. Sonrakı 9 il ərzində təşkilat Vyetnam Respublikası ərazisində müxalifət olaraq Sayqon rejiminə qarşı mübarizə aparmışdır. 8 iyul 1969-cu ildə Xalq Nümayəndələri Konqresi tərəfindən Cənubi Vyetnam Respublikasının Müvəqqəti İnqilabi Hökuməti yaradılmışdır. Çox vaxt hökumət Cənubi Vyetnamdan kənarda idi və özünü sürgündə olan bir hökumət kimi göstərmişdir.
30 aprel 1975-ci ildə Müvəqqəti Hökumətin qoşunları Sayqona daxil omuşldular. 2 iyul 1976-cı ildə Şimali və Cənubi Vyetnam birləşərək Vyetnam Sosialist Respublikasına yaratmışdır.
İstinadlar
redaktə- ↑ 1 2 Sadıqlı, Yadigar. "Vyetnam müharibəsinin sonu və "Babylift" əməliyyatı". Meydan TV (az.). 5 sentyabr 2021. 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
Əlavə ədəbiyyat
redaktə- Porter, Gareth. Vietnam: The politics of bureaucratic socialism (1993). Cornell University Press. 1993. ISBN 978-0-8014-2168-6.
- Tảng, Truong Như; David Chanoff, Van Toai Doan. A Vietcong memoir (1985). Harcourt Brace Jovanovich. 1985. ISBN 978-0-15-193636-6.
Xarici keçidlər
redaktə- Provisional Revolutionary Government of South Vietnam (1969–1975)
- "Ethnic Music" Room ("Words" is Japanese version only.)
- Rulers (Vietnam)
- WORLD STATESMEN, Vietnam (including South Vietnam)