C C Catch - Wikipedia
C. C. Catch (alm. Caroline Catharina Müller; 31 iyul 1964[1], Oss, Şimali Brabant) – Alman ifaçısı və bəstəkarıdır.[2] 1980-ci illərdə Diter Bolenlə əməkdaşlıq etmiş və bir çox mahnıları ilə Avropa ölkələrinin hit-paradlarında populyarlıq əldə etmişdir.[3]
Karolina Katarina Müller | |
---|---|
alm. Caroline Catharina Müller | |
Ümumi məlumatlar | |
Doğum adı | Caroline Catherine Müller |
Ləqəbi | C. C. Catch |
Doğum tarixi | |
Doğum yeri | Niderland, Şimali Brabant, Oss |
Vətəndaşlığı |
Niderland Almaniya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, müğənni-mahnı yazarı, musiqiçi |
Fəaliyyət illəri | 1980-ci ildən |
Janrlar |
Avro disko Pop musiqi |
Albom şirkəti | Hansa Records |
cccatch.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Gənclik illəri
redaktəKarolina Katarina Müller 31 iyul 1964-cü ildə Niderlandın Şimali Brabant ərazisinin Oss adlanan kiçik şəhərində anadan olmuşdur.[4] Uşaqlıq illərindən anası onu Karo deyə çağırırdı. Onun valideynləri müxtəlif ölkələrin vətəndaşları idi. Atası Yurgen alman əsilli və anası Korri isə holland əsilli idi. Ailə böhranı nəticəsində Karolina 14 yaşından müvəqqəti olaraq Niderlandda anası ilə yaşamışdır. Anası ailəni barışdırmaq məqsədilə 1979-cu ildə Almaniyanın Bünde adlanan kiçik şəhərinə köçürlər.[5]
Karolina paltar üzrə dizayner peşəsini öyrənmiş və öyrəndikdən sonra bir neçə il ağır şəraitdə tikiş fabrikində işləmişdir. Boş vaxtlarında gitara çalır və dünya ulduzlarının mahnılarını ifa edirdi. Karolina bir axşam musiqiçilər qrupu ilə görüşür. Karolina onlardan musiqini öyrətməyi xahiş etmişdir. Həmin andan başlayaraq gitara və rəqs dərslərini öyrənməyə başlamışdır. Onun ilk ləqəbi "Karol Din" (ing. Carol Dean) olmuşdur.[6]
Solo karyerası
redaktəMəşhur alman prodüserlərindən biri olan Piter Kent Karolinanı "Optimal" qrupuna cəlb edir. Onun parlaq səsi ilə valeh olan Diter Bolen Karolinanı 1985-ci ilin aprel ayında Hamburqa dəvət edir.[7]
Bu qrupu tərk etdikdən sonra Diter Bolen ilə çalışmağa başlamışdır. Karolina "C. C. Catch" (Si Si Ketç, C. C. – adının ilk hərfləridir) ləqəbi ilə 1985–1988-illər arası populyarlıq qazanmışdı. 1985-ci ildə ad günündə yazılmış I Can Lose My Heart Tonight mahnısı, ona ilk uğurunu gətirir.[8] Lakin onun haqqında məlumat, həmin ildə heç kimə məlum deyildi. Nəhayət, 1986-cı ilin fevral ayında ilk albomu Catch the Catch çıxır. Albomun üzərində onun sevimli "Morti" adlı ev pişiyi təsvir edilmişdir. 1986-cı ilin may ayında Karolinanın ikinci albomu Welcome to the Heartbreak Hotel çıxır.
1987-ci ildə Like a Hurricane albomu çıxır. Artıq Karolina Avropanın bir çox ölkələrində tanınırdı. Karolinanın populyarlığı SSRİ-də Maykl Cekson və Madonna ilə bir səviyyədə idi. Onun mahnıları Skandinaviya ölkələrində də məşhur idi. Bu illərdə bütün mahnılarının sözlərini Diter Bolen (1985–1988-ci illər arası mahnılarının prodüseri) yazmışdır.[9] 1987-ci ildə Diamonds albomu işıq üzü görür. Bu albomda Karolinanın ən yaxşı mahnıları toplanmışdır. Lakin bu albomun çıxarılmasından başlayaraq Diter ilə Karolina arasında münasibət dəyişir. 1988-ci ildə Big Fun albomu çətinliklə də olsa, işıq üzü görür. Səbəbi isə Diter Bolenin bu alboma prodüserlik etməmək istəyi idi.
Karolina solo karyerasının ilk illərində mahnıların sözlərini yazmaq istəyirdi. Onun ifa etdiyi mahnı sözlərinin müəllifi və prodüseri olan Diter Bolen isə Karolinaya icazə vermirdi. Diter söyləyirdi ki, Karolina heç bir vaxt onsuz məşhurluq qazanmayacaqdır. Lakin Karolina Diterlə qəti olaraq, razılaşmaq istəmirdi. Bu səbəbdən Karolina Diter ilə əməkdaşlığını pozmaq qərarına gəlir. Lakin Diter Bolen onun prodüseri olduğu üçün Karolinaya bir sıra şərtlər irəli sürürdü. Həmin şərtlərdən biri də belə idi: "Karolina Diterdən ayrıldıqdan sonra daha "C. C. Catch" ləqəbini daşımayacaqdır." Karolinanın sözlərinə görə, bu ləqəbi ilk dəfə şəxsən özü Diterə təqdim etmiş və bu səbəbdən ləqəbin bütün hüquqları məhz özünə məxsus olmalıdır.
Məhkəmənin qərarı ilə Karolina Diterə böyük həcmdə pul ödədikdən sonra onunla əməkdaşlığını bitirir və yeni solo karyerasına başlayır. Diter Bolen isə Blue System musiqi qrupunu yaradır və bu qrup Almaniyada Avrodens janrında ifa edən qruplardan birinə çevrilir. Karolina 1989-cu ildə Diter Bolen ilə əməkdaşlığını bitirdikdən sonra yeni ifa edəcəyi mahnılarının sözlərini yazmağa başlayır. Lakin bundan sonra Karolina əvvəlki müvəffəqiyyətini qazana bilməmişdir. Həmin ildən başlayaraq ifa etdiyi mahnıların janrı, əvvəlki ifa etdiyi mahnıların janrından fərqli idi. Məhz bu səbəbdən Karolina populyarlıq qazana bilmir.
1989-cu ildə İspaniyada Böyük Britaniyanın menecmentlərindən biri olan Simon Napyer Bellon ("Wham!" musiqi qrupunun prodüseri) ilə tanış olur. Simon Napyer Bellon Karolina ilə yaxından maraqlanmağa başlayır. Onun sayəsində 1989-cu ildə Hear What I Say albomunu çıxarır. Bu albomla Karolina istəyirdi ki, fanatlar Diter Bolenin nə demək istədiyini yox, məhz özünün nə demək istədiyini eşitsinlər. Həmçinin, albomun yeni prodüserləri Endi Teylor ("Duran Duran" musiqi qrupunun prodüseri), Deyv Kleyton (ifaçı Corc Maykl və U2 musiqi qrupu ilə əməkdaşlıq etmişdir) və Co Duorniek kimi ("Duran Duran" musiqi qrupu ilə əməkdaşlıq etmişdir) prodüserlər idi. Bu albomun ən yaxşı mahnısı Big Time mahnısıdır.[10] Həmin ildə BMG musiqi kompaniyası Baby I Need Your Love mahnısını istehsal edir. Diter Bolen Good Guys Only Win In Movies mahnısını çıxarmağa razılıq verir. Bu vaxtda Karolina albomun ikinci mahnısı olan Midnight Hour mahnısını çıxarır. 1990-cı ildən başlayaraq Karolina Katarina Müller musiqi karyerasına ara verir.[11]
1991-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "Çernobılın uşaqları – bizim uşaqlardır" adlı xeyriyyəçilik konsertində C. C. Catch iştirak etmişdir. Bu konsertdən sonra onun haqqında məlumat çox az idi. Lakin Karolina 1998-ci ildə musiqi səhnəsinə qayıdaraq bir çox mahnıları remiks formasında ifa edir və bir çox uğurlar qazanır.[12] Həmin ildə Karolina 1998-ci ildə öz yoqa müəllimi ilə ailə həyatı qurur və bir müddət keçdikdən sonra ayrılırlar.[13] 2003-cü ildə Almaniyada Karolina Shake Your Head mahnısını yazır. Bu mahnı bir sıra hit-paradlarda, o cümlədən, Belçika və Norveç kimi ölkələrin hit-paradlarında uğur qazanır. 2010-cu ildə Xuan Martinezlə duet oxuyur və bu duet ifası ona müvəffəqiyyət gətirir.
Mükafatlar
redaktəİl | Mükafat |
---|---|
1988 | "RSH-Gold" mükafatı |
1989 | 1989-cu ilin müğənnisi "Qızıl Şir" mükafatı |
2006 | "Rusiya Sülh Yaradan Orqanizasiya" mükafatı[14] |
Diskoqrafiya
redaktəStudiya albomu
redaktəAd | Albom | Hit-paradlarda tutduğu yüksək mövqe | Sertifikasiya | ||||||
---|---|---|---|---|---|---|---|---|---|
[15] |
[16] |
[17] |
[18] |
[19] |
[20] | ||||
"Catch the Catch" |
|
6 | 24 | 6 | 21 | 25 | 8 | ||
"Welcome to the Heartbreak Hotel" |
|
28 | — | — | 22 | 44 | — |
| |
"Like a Hurricane" |
|
30 | — | — | 25 | — | — | ||
"Big Fun" |
|
53 | — | — | 22 | — | — |
| |
"Hear What I Say" |
|
75 | — | — | 46 | — | — | ||
"—" bu işarə albomun heç bir hit-paradda yer tutmadığını bildirir. |
Albom yığmaları
redaktəAlbom yığmaları | Albom haqqında qısa məlumat | Hit-paradlarda tutduğu yüksək mövqe | Sertifikasiyalar | ||||||
---|---|---|---|---|---|---|---|---|---|
[15] |
[22] | ||||||||
Diamonds: Her Greatest Hits |
|
43 | 25 | ||||||
"Super 20" |
|
— | — | ||||||
"Backseat of Your Cadillac" |
|
— | — | ||||||
"Super Disco Hits" |
|
— | — | ||||||
"Best of '98" |
|
76 | — | ||||||
"Heartbreak Hotel" |
|
— | — | ||||||
"Best of C. C. Catch" |
|
— | — | ||||||
"In the Mix" |
|
— | — | ||||||
"Catch the Hits" |
|
— | — | ||||||
"The 80's Album" |
|
— | — | ||||||
"Maxi Hit Sensation-Nonstop DJ" |
|
— | — | ||||||
"Ultimate C. C. Catch" |
|
— | — | ||||||
"25th Anniversary Box (5CD)" |
|
— | — | ||||||
"—" bu işarə albomun heç bir hit-paradda yer tutmadığını bildirir. |
Sinqllar
redaktəMahnı | İl | Hit-paradlarda tutduğu yüksək mövqe | Albom | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
[23] |
[16] |
[24] | [18] |
[22] | [25] | ||||||||
"I Can Lose My Heart Tonight" | 1985 | 13 | 24 | — | 7 | 19 | — | "Catch the Catch" | |||||
"Cause You Are Young" | 1986 | 9 | 28 | — | 6 | 8 | — | ||||||
"Strangers by Night" | 9 | 15 | 33 | 10 | 11 | — | |||||||
"Heartbreak Hotel" | 8 | 22 | 23 | 3 | 13 | — | "Welcome to the Heartbreak Hotel"' | ||||||
"Heaven and Hell" | 13 | — | — | 2 | 19 | — | |||||||
"Are You Man Enough" | 1987 | 20 | — | — | 5 | 28 | — | "Like a Hurricane" | |||||
"Soul Survivor" | 17 | — | — | 1 | — | 96 | |||||||
"Good Guys Only Win in Movies" | 1988 | — | — | — | 6 | — | — | ||||||
"House of Mystic Lights" | 22 | — | — | 7 | — | — | "Diamonds" yığmalar silsiləsinin ilk sinqlı | ||||||
"Backseat of Your Cadillac" | 10 | — | — | 6 | — | — | "Big Fun" | ||||||
"Summer Kisses" | — | — | — | — | — | — | |||||||
"Nothing but a Heartache" | 1989 | 39 | — | — | 14 | — | — | ||||||
"Baby I Need Your Love" | — | — | — | — | — | — | |||||||
"Big Time" | 26 | — | — | — | — | — | "Hear What I Say" | ||||||
"Midnight Hour" | — | — | — | — | — | — | |||||||
"C. C. Catch Megamix '98" | 1998 | 33 | — | — | — | — | — | Best of '98 | |||||
"Soul Survivor '98" | — | — | — | 8 | — | — | |||||||
"I Can Lose My Heart Tonight '99" | 1999 | 72 | — | — | 12 | — | — | ||||||
"Shake Your Head" | 2003 | — | — | — | — | — | — | Non-album singles | |||||
"Silence" | 2004 | — | — | — | — | — | — | ||||||
"Unborn Love" | 2010 | — | — | — | — | — | — | ||||||
"Another Night in Nashville" | 2014 | — | — | — | — | — | — | ||||||
"—" bu işarə albomun heç bir hit-paradda yer tutmadığını bildirir. |
İstinadlar
redaktə- ↑ Deutsche Nationalbibliothek Record #134633733 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "Allmusic: C.C. Catch (Biography)". Allmusic. 2014-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-16.
- ↑ "Stern.de: C.C. Catch". Stern (magazine). 2001-06-18. 2013-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-11.
- ↑ C. C. Catch Strelna.ru saytında Arxivləşdirilib 2014-03-19 at the Wayback Machine Yoxlanılıb: 30 avqust 2014
- ↑ C. C. Catch həyatı ingiliscə Arxivləşdirilib 2017-04-10 at the Wayback Machine Yoxlanılıb: 30 avqust 2014
- ↑ Karolina Müllerin həyatı Arxivləşdirilib 2019-06-13 at the Wayback Machine Yoxlanılıb: 30 avqust 2014
- ↑ C. C. Catch Karol Din ləqəbində Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine Yoxlanılıb: 30 avqust 2014
- ↑ "Hitparade.ch: C.C. Catch (I Can Lose My Heart Tonight)". Schweizer Hitparade. 2017-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-16.
- ↑ "Charts.de: C.C. Catch (Discography)". Charts.de. 2019-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-16.
- ↑ "Charts.de: C.C. Catch (Big Time)". Charts.de. 2019-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-16.
- ↑ C. C. Catch Cccatch-concert.com saytında Arxivləşdirilib 2022-01-02 at the Wayback Machine Yoxlanılıb: 30 avqust 2014
- ↑ C. C. Catch haqqında Arxivləşdirilib 2017-09-18 at the Wayback Machine Yoxlanılıb: 30 avqust 2014
- ↑ C. C. Catch Moskva.fm saytında Arxivləşdirilib 2012-07-15 at the Wayback Machine Yoxlanılıb: 30 avqust 2014
- ↑ Sülh yaradan mükafatı: C. C. Catch Arxivləşdirilib 2021-07-24 at the Wayback Machine Yoxlanılıb: 30 avqust 2014
- ↑ 1 2 "Charts.de: C.C. Catch (Albums)". Media Control (German). Charts.de. İstifadə tarixi: 2003-05-17.
- ↑ 1 2 "C.C. Catch in der Österreichischen Hitparade" (German). austriancharts.at. Hung Medien. 2013-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-17.
- ↑ "C.C. Catch in Norwegian Charts". norwegiancharts.com. Hung Medien. 2015-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-17.
- ↑ 1 2 Salaverri, Fernando. Sólo éxitos: año a año, 1959–2002 (1st). Spain: Fundación Autor-SGAE. September 2005. ISBN 84-8048-639-2. (#accessdate_missing_url)
- ↑ "C.C. Catch in Swedish Charts". swedishcharts.com. Hung Medien. 2015-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-17.
- ↑ "Hitparade.ch: C.C. Catch (Albums)" (German). swisscharts.com. Hung Medien. 2015-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-17.
- ↑ 1 2 "Solo Exitos 1959–2002 Ano A Ano: Certificados 1979–1990". Solo Exitos 1959–2002 Ano A Ano. 2013-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-25.
- ↑ 1 2 "Hitparade.ch: C.C. Catch (Singles)" (German). swisscharts.com. Hung Medien. 2015-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-17.
- ↑ "Charts.de: C.C. Catch (Singles)". Media Control (German). Charts.de. İstifadə tarixi: 2003-05-17.
- ↑ "Ultratop: C.C. Catch (Singles)" (Dutch). ultratop.be/nl. Hung Medien. 2015-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-17.
- ↑ "The Official Charts Company – C. C. Catch". The Official Charts Company. 10 July 2013. 18 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2014.
Xarici keçidlər
redaktə- CC Catch Official UK site Arxivləşdirilib 2009-02-18 at the Wayback Machine
- Official German site
- C. C. Catch at MusicMoz
- CCCatch. Com Arxivləşdirilib 2006-10-04 at the Wayback Machine – Katarina Karolinanın rəsmi saytı
- CCCatch. Ru Arxivləşdirilib 2005-03-24 at the Wayback Machine – Informative site about Caroline Muller.
- CCCatch.de Arxivləşdirilib 2008-07-04 at the Wayback Machine – German fan site
- C. C. Catch Spanish Site – Official Spanish Blog
- C. C. Catch Sitio Oficial Peruano – Sitio Fan Oficial Peruano
- big section about C. C. Catch and Optimal Arxivləşdirilib 2011-12-04 at the Wayback Machine
- C. C. Catch Facebook Profile C. C. Catch Facebook
- C. C. Catch Official Spanish Fanclub Arxivləşdirilib 2012-08-15 at the Wayback Machine – Official Spanish Fanclub
- C. C. Catch Discography at Discogs