Cad Coreyi - Wikipedia
Cad Coreyi - Wikipedia - Haqqında Məlumat
Cad çörəyi — darı unundan bişirilən çörək.[1]
Azərbaycanın bəzi bölgələrində cad çörəyini qarğıdalı unundan da hazırlayırlar.[2] Cad çörəyi A və B2 vitaminləri ilə zülal, kalsium, fosfor və dəmir mineralları baxımından zəngindir. Bu çörəyin bişirilməsində qabardıcı tozlardan və əlavə qatqılardan istifadə edilmədiyi üçün dietik çörək də adlanır. Cad çörəyinin üstünlüklərindən biri də uzun müddət saxlanıldıqda xarab olmamasıdır.
Bir vaxtlar buğda unu qıt olanda, kasıblıq zamanlarında cad çörəyi həmişə insanların köməyinə çatıb. Cad adi isə çörəyin üstü cadar-cadar, girintili-çıxıntılı, "cod" olduğuna görə verilib.
İstinadlar
redaktə- ↑ "Azərbaycan dilinin izahlı lüğəti". 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-30.
- ↑ "Unudulmaqda olan cad çörəyi". 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-30.