Cahangir Gozelov - Wikipedia
Cahangir Rəcəb oğlu Gözəlov (16 dekabr 1909, Ağdam rayonu, Şıxbabalı kəndi – 7 sentyabr 1999, Bakı) – yazıçı, publisist, felyetonçu. 1935-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkldar mədəniyyət işçisi (1969), Jurnalistlər Birliyinin "Qızıl Qələm" mükafatı lauriyatı (1977)[1]. Rəcəb Gözəlovun oğludur.
Cahangir Gözəlov | |
---|---|
Cahangir Rəcəb oğlu Gözəlov | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam rayonu, Şıxbabalı kəndi |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | Bakı |
Fəaliyyəti | Yazıçı |
Həyatı
redaktə1909-cu il, dekabrın 16-da Yelizavetpol quberniyasının Şuşa uyezdinin (indiki Ağdam rayonu) Şıxbabalı kəndində anadan olmuşdur. İbtidai təhsilini kənddə aldıqdan sonra Bakıda Müəllimlər Seminariyasını bitirmişdir. Azərbaycan Tibb Universitetini III kursadək oxumuş, ancaq səhhətinə görə təhsilini davam etdirə bilməmişdir[1].
Baş mətbuat idarəsində bir müddət müvəkkil işləmiş, yeni pedoqoji sahədə fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Nəşriyyatının bədii ədəbiyyat şöbəsində redaktor (1935), Culfa beynəlmiləl dəmiryol orta məktəbində direktor (1936–1937), Ağcabədi rayon maarif şöbə müdiri (1938–1939), İsmayıllıda Diyallı kənd orta məktəbində direktor (1939–40), "Pioner" jurnalında məsul katib (1941), Ağdam 5 saylı beynəlmiləl orta məktəbində dərs hissə müdiri (1941–42) işləmişdir.
1942-ci ildən təqaüdə çıxanadək (1972) fasiləsiz olaraq "Kommunist" qəzetində çalışmışdır[1].
Mükafatları
redaktə- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 14.12.1979[2]
- Azərbaycan Jurnalistlər İttifaqının (1984)
- Azərbaycan Ali Soveti Rəyasət Heyətinin (1989)
Yaradıcılığı
redaktə1934-cü ildə "Gənc işçi" və "Ədəbiyyat" qəzetlərində ilk dəfə hekayələri çap olunmuşdur. Bundan sonra müntəzəm olaraq dövrü mətbuatda hekayələrlə çıxış etmişdir. 1939-cu ildə "Güllünün çayı" kitabçası müsabiqədə mükafata layiq görülmişdür. Felyeton, satirik hekayə ustası olmuşdur. Əsərləri "Kirpi", "Krokodil", "Ədəbiyyat və İncəsənət", "Bakı", "Azərbaycan gəncləri", qəzetlərində vaxtaşırı dərc edilmişdir[1].
Kitabları
redaktə- Qurd və keçi. Bakı, Uşaqgəncnəşr, 1934. 26s.
- Küsən dişlər. Bakı, Uşaqgəncnəşr, 1935. 29s.
- Seylan. (povest). I hissə. Bakı, Azərnəşr, 1938. 119[1]s.
- Tülkü və dələ. Bakı, Uşaqgəncnəşr, 1938. 18[1]s.
- Mollanın kələyi. Böyük yaşlı uşaqlar üçün. Bakı, Uşaqgəncnəşr, 1938. 30[2]s.
- Güllünün çayı. Bakı, Uşaqgəncnəşr, 1940. 14s.
- Qurd və keçi. Bakı, Uşaqgəncnəşr, 1946. 12[4]s.
- Günahkar müqəssirlər. Bakı, Birlik nəşriyyatı, 1958,173s.
- Müxtəlif əhvalatlar. Bakı, Azərnəşr, 1962. 144[4]s.
- Cəncəl adamlar. Bakı, Azərnəşr, 1964. 205[2]s.
- Bibim, qaqaşım Ququş və xortdan (hekayələr və felyetonlar). Bakı, [s.n.], 1971. 282[2]s.
- Gecəquşu (nağıl). Bakı, Gənclik, 1971. 14[1]s.
- Felyetonlar. Bakı, Azərnəşr, 1977. 280[3]s
- Yarasa. Bakı, Gənclik, 1979. 18s.
- Qara cücə. Bakı, Uşaqgəncnəşr, 1979.
- Yol ayrıcında söhbət (hekayələr). Bakı, Yazıçı, 1984. 195[5]s
- Seylan. Bakı, "Azərnəşr", 1989. 204[2]s.
- Xallı (hekayələr). Bakı, "Gənclik", 1990. 40s[1][3]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Azərbaycan yazıçıları XX–XXI yüzillikdə (ensiklopedik məlumat kitabı). Bakı, Nurlar, 2011.
- ↑ C. R. Gözəlov yoldaşın Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 14 dekabr 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ "Cahangir Gözəlov — anl.az". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-07.