Cavad Xanligi - Wikipedia
Cavad xanlığı (az.-əski. جواد خانلیغی, fars. خانات جاواد) — bir çox Azərbaycan xanlıqları kimi Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. Kür-Araz qovşağının sağ və sol sahilində yerləşirdi. Xanlıq qərbdən Qarabağ və Qaradağ xanlığı, şərqdən Şirvan xanlığı və Salyan sultanlığı, cənubdan Talış xanlığı ilə həmsərhəd idi. Xanlığın əsas hissəsi Muğan ərazisində olduğuna görə tarixi sənədlərdə Muğan xanlığı da adlanmışdır. Xanlığın iqamətgahı Cavad qalası, ikinci iqamətgahı isə xan ailəsi qəsrinin olduğu və Muğan mahalının mərkəzi olan Qalaqayın idi. Xanlığın tərkibində Muğan mahalından başqa Rudbar mahalı da vardı.
Xanlıq[1] | |
Cavad xanlığı | |
---|---|
جاواد خانلیغی | |
|
|
|
|
Paytaxt | Cavad |
Ən böyük şəhər |
Qalaqayın[2][3] Cavad[4][5] |
Dilləri | Azərbaycan dili, fars dili |
Rəsmi dilləri |
Azərbaycan türkcəsi (danışıq dili),[6][7][8] fars dili (rəsmi)[9] |
Dövlət dini | İslam (Şiə) |
Valyuta | Abbası |
Ərazisi | 4.956 km² |
Əhalisi | Azərbaycan türkləri - 9000[10][11][12][13][14][15] |
İdarəetmə forması | Mütləq monarxiya |
Xan | |
• 1747-1750 | Qiyas xan (ilk) |
• 1794-1805 | Səfi xan (son) |
• 1768 | Quba xanlığından asılılıq |
• 1796 | Şamaxı xanlığından asılılıq |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafi ərazisi
redaktəCavad xanlığının mərkəzi Araz çayının kəsişdiyi nöqtədə, Kür çayının sol sahilində və Şamaxının cənub-qərbində yerləşən Cavad qala şəhəridir. Çulkova görə "Cavadın bu əsas ərazisi böyük yaşayış yeridir".[16]
Xanlıq qərbdə Qarabağ və Qaradağ xanlığı,şimalda Şamaxı xanlığı,cənubda Talış xanlığı,şərqdə isə Salyan sultanlığı ilə əhatə olunmuşdur.Muğan əsasən Cavad xanlığına aid idi.[17] Q.B.Abdullayevin yazdığına görə "Cavad xanlığı nisbətən kiçik idi və əslində sultanlığın ölçüsünü aşmırdı".[18]
Tarixi
redaktə1768-ci ildə Cavad xanı Taleh Həsən xan könüllü surətdə Quba xanlığından asılılığı qəbul etdi.[19][20] Lakin Cavadda xan hakimiyyəti saxlanıldı.[21]
Bu hadisə Quba xanlığın ərazisinin genişlənməsi ilə yanaşı onun əhalisinin say dinamikasına da müəyyən təsir göstərdi. Tarixi qaynaqlar Cavad xanlığının könüllü olaraq Quba xanlığına birləşməsinin bu xanlığın əhalisinin kəmiyyət və keyfiyyətinə müsbət təsir göstərməsini qeyd edir. Muğan əhalisi XVIII əsrin 60-80-ci illərində stabil siyasi mühit şəraitində yaşamağa müvəffəq oldu. Cavad xanlığının tarixi qısa dövrü əhatə edir və hər hansı diqqəti cəlb edən hadisələrlə seçilmir, lakin, buna baxmayaraq XVIII əsrdə Azərbaycanda mövcud olmuş xanlıqlar sistemində onun mövcudluğunu inkar etmək mümkün deyildir. Cavad xanlığının tarixi mənzərəsini müəyyən etmək üçün tarix ədəbiyyatında və arxiv sənədlərində çox müxtəsər, məhdud və dağınıq məlumatlar saxlanılmışdır. Cavad xanlığının əhali tarixi haqqında qaynaqlar olduqca məhdud və epizodikdir. Buna baxmayaraq, əldə olan tarixi materiallar əsasında Cavad xanlığının Şimal-Şərqi Azərbaycan siyasi birliyində olan əhali payını müəyyən etməyə cəhd etmək olar. XVI əsrdə, hətta bir qədər ondan əvvəl siyasi vahid kimi tarix səhnəsinə çıxan Cavad XVIII əsrin ortalarında yarımmüstəqil xanlığa çevrilmişdi.Xanlığın mərkəzi Kür və Araz çaylarının qovuşduğu yerdə yerləşən Cavad şəhəri idi (Hal-hazırda həmin yerdə Sabirabad rayonunun Cavad kəndi yerləşir). Cavad xanlığı şimaldan Şamaxı xanlığı, cənubdan Talış xanlığı, şərqdən Salyan hakimliyi, qərbdən isə Qarabağ xanlığı ilə həmsərhəd idi. Şahsevənlərin və digər türk elat tayfalarının daimi qışlaq yeri olan Muğan düzənliyinin Cavad xanlığının tərkibində olması bu xanlığa xüsusi mövqe qazandırırdı. Qeyd etmək lazımdır ki, mənbələrdə Cavad xanlığı bəzən Muğan xanlığı kimi də göstərilməkdədir.
Cavad xanlığının hərbi-siyasi vəziyyəti
redaktəMuğan düzündə və Cavad şəhərində yaşayan əhalinin demoqrafik vəziyyətinə əsaslı təsir göstərmiş tarixi hadisələrdən biri də Gilan xanı Hidayət xanın 1778-ci ildə bu bölgəyə hücumu ilə bağlıdır. P.Q.Butkov yazır ki, 1768-ci ildə Şamaxının ardınca "...Cavad xanı (Fətəli xan) da ondan asılı vəziyyətə düşdü".
Tarixi ədəbiyyatdan bəllidir ki, dinc yolla Quba xanlığına birləşdirilən Cavad xanlığının xanı Həsən xan tezliklə Fətəli xanın ən yaxın adamlarından birinə çevrilir. Cavad xanı Fətəli xanın ən inanılmış adamlarından biri olub, onun gizli məşvərətlərində iştirak edirdi.[22] Cavad Quba xanlığın bir hissəsi olandan sonra Quba xanı Fətəli xan Taleh Həsən xanı şahsevənlərin başçısı təyin etdi. İstər yerləşməsi, istərsə də hərbi-strateji baxımdan əhəmiyyətli olan Muğanın xanlığa qatılması sonuncunun getdikcə güclənməsi demək idi.[23] Xanlığı birləşdirməklə Quba xanı cənubi Azərbaycan xanlıqları, döyüşkən elatları, həmçinin Şəki, Qarabağ, Qaradağ və Ərdəbil könüllüləri ilə təmasda ola bilərdi. Muğan uzun illər müxtəlif xanlıqlar arasında mübarizə obyekti olmuşdu. 1758-ci ildə Qarabağın və Şəkinin birləşmiş qoşunları Muğan uğrunda Astrabad və Mazandaran hakimi Məhəmmədhəsən xan Qacar ilə döyüşmüşdülər. Muğanın Quba xanlığının himayəsinə daxil olaraq özü üçün xarici basqınlara qarşı etibarlı dayaq əldə etdi.
Qubalı Fətəli xanın dövlətçilik mənafeyini üstün tutaraq böyük dövlətlər (Rusiya, Qacarlar, Osmanlı) arasında diplomatik manevr siyasətini Quba xanının rəqibləri qəbul etmirdi. Fətəli xanın Muğan düzənliyini və Cavad xanlığını öz torpaqlarına birləşdirməsi bir sıra Cənubi Azərbaycan xanlıqlarının mənafeyinə uyğun gəlmirdi. Belə ki, yuxarıda göstərilən xanlıqların əhalisinin köçmə maldarlıqla məşğul olan tərəkəmə hissəsinin ənənəvi qışlaq yeri olan Muğançölün böyük bir hissəsinin Fətəli xanın nəzarəti altına düşməsi, eyni zamanda Ərdəbildən və Muğandan şahsevənlərin müəyyən qisminin Quba xanlığına köçürülməsi Gilan, Ərdəbil,Qaradağ və digər xanlıqların mənafeyinə uyğun gəlmirdi. Əvvəllər Quba xanlığına qarşı diplomatik fitnəkarlıqla məşğul olan bir sıra Cənub xanlıqları Fətəli xanın 1774-cü ildə Gavduşan vuruşmasındakı məğlubiyyətindən bir qədər sonra açıq hərbi müdaxiləyə başladılar.[24][25]
Gilanlı Hidayət xanın Cavad xanlığına hücumu
redaktəBu işdə Gilanlı Hidayət xan xüsusilə canfəşanlıq edirdi. O, keçmiş Şamaxı xanı Ağası xan və Qaraqaytaq usmisi ilə ittifaq bağladı.[26] Hidayət xanın qoşunları 1778-ci ilin əvvəllərində Talış xanlığını,sonra isə Salyan hakimliyini qarət etdikdən sonra Muğanda onu gözləyən şamaxılı Ağası xanın qoşunlarıyla birləşərək aprelin 6-da Cavad xanlığının mərkəzi sayılan Cavad şəhərinə doğru irəlilədilər və qala divarlarını mühasirəyə aldılar. 1778-ci ilin aprel ayında Cavad şəhərinə əvvəlcə 7 bomba və toplarla atəş açandan sonra camaat böyük təşvişə düşdü. Cavad qalasının mühasirəsi aprelin 5-i (bəzi mənbələrdə 6 aprel) günorta başlamışdı.[27]
Həsən xan güclü rəqiblərinə qarşı dura bilməyəcəyini hiss edərək qardaşı və oğlunu götürərək "hər birinin boynunda təslim olduğu mənasını daşıyan qılıncla bütün sakinlərin bağışlanması üçün" Gilan xanı Hidayət xanın düşərgəsinə getdi.[28] Tale Həsən xanın özünün onun düşərgəsinə gəlməsini tələb etmişdi. Ertəsi gün Cavad xanının özü Hidayət xanın düşərgəsinə getmiş, lakin Hidayət xan onu həbs etdirmişdi. Hidayət xanın qoşunları Cavada daxil olaraq şəhəri qarət etmişdilər. Bu zaman şəhərdə sakinlərdən başqa 150 dağıstanlı döyüşçü, 1500 nəfər Ağası xanın təbəəsi, 600 şəkili və 300 qubalı vardı. Hidayət xan dağıstanlı döyüşçülərin hər birinə xələt və pul verərək onları usminin yanına göndərmişdi. Şamaxı xanı Cavadın alınmasında köməklik göstərdiyinə görə Hidayət xan qaçqın şamaxılıları da sərbəst buraxmışdı. Qalan 900 nəfəri, şəkililəri və qubalıları isə Rəştə göndərmək niyyətində idi. Hidayət xan buranın əhalisini Gilan,Rəşt və Ənzəliyə köçürtdü. Bir məlumata görə şəhərdən 900 nəfər əhali köçürülmüşdü. Digər bir tarixi qaynağa görə isə şəhərdən 7500 nəfər əhali köçürülmüşdü. Onları ağır torpaq işlərində, qala tikintilərində və kənd təsərrüfatı işlərində istifadə üçün Rəşt və Ənzəli istiqamətində apardılar. Ənzəlidəki rus konsulluğunun tərcüməçisi Vanslov Həştərxan qubernatoru Yakobiyə göndərdiyi 28 aprel 1778-ci il tarixli məlumatında yazırdı ki,
həmin ilin fevral ayında gilanlı Hidayət xan Muğan çölünə daxil olub usmiyə qiymətli xəzinələr göndərərək Fətəli xana qarşı mübarizədə ondan yardım istəmişdir. Buna görə də Fətəli xan Hidayət xanın onun himayəsində olan muğanlı Tale Həsən xana basqın etmək niyyətindən xəbər tutub ona qarşı çıxmaq istədikdə usmi ona işarə vermişdi ki, əgər Fətəli xan onun dostu Hidayət xanın düşmənlərini müdafiə edəcəksə, usmi Dərbəndə həmlə edəcəkdir. |
Bu səbəbdən də Fətəli xan Dərbəndi tərk etməyə cəsarət etməmiş, Hidayət xan Cavad qalasını almış və qarət etmişdi.[29][30] Hidayət xan Cavadı qarət edərkən eşitmişdi ki, Tale Həsən xan gilanlıların hücumu ərəfəsində öz əmlakını qarabağlı İbrahimxəlil xanın yanına göndərmişdir. Hidayət xan məktub göndərərək İbrahimxəlil xandan Tale Həsən xanın əmlakını tələb etmiş, əks halda ona qarşı yürüş edəcəyini bəyan etmişdi. İbrahimxəlil xan cavab vermişdi ki,
Hidayət xanla aralarındakı dostluğa görə Tale Həsən xanın əmlakını ona xoşluqla verir. |
Bu hadisə Cavad xanlığı əhalisinin tarixi demoqrafik durumuna mənfi təsir göstərdi. Cavad şəhəri dağıdıldı və bir daha əvvəlki vəziyyətinə dönmədi. 1781-ci ildə Həsən xanın qoşunu Azərbaycan xanlarının (Quba xanı, Dərbənd xanı, Bakı xanı, Şamaxı xanı, Cavad xanı, Şəki xanı, Qarabağ xanı, Lənkəran xanı və Ərdəbil xanı) o zaman İranın taxt-tacına namizədlərdən biri olan Ağa Məhəmməd şah Qacara qarşı birgə yürüşündə iştirak etdi. 1783-cü ildə Həsən xan qubalı Fətəli хanın 13 min nəfərlik qоşunun tərkibində Qarabağa hücum еtmişdi. Qubalı Fətəli xan 1784-cü ilin mayında hücum edərək Ərdəbili və Meşkini tutdu.
Şahsevən əmirləri ona tabe oldular. Yerli hakim Nəzərəli xan Şahsevəni qovaraq Həsən xanı Ərdəbilə hökmdar təyin etdi.[33][34][35][36]
Mədəniyyət
redaktəƏn qədim tarixi memarlıq abidəsi Baba Samid türbəsidir. Türbə Şıxlar kəndi ərazisində magistral yolun kənarında yerləşir. XVI əsr tarixi memarlıq abidəsi haqqında Azərbaycan Tarix İnstitutunun professoru, tarix elmləri doktoru xanım Nemətova araşdırmalar aparmış və türbənin kitabəsini oxuyaraq açıqlamalar vermişdir. Alim "Əsrlərin daş yaddaşı" və "Azərbaycanda pirlər" adlı kitabında maraqlı fikirlər irəli sürmüşdür.[37]
Qalaqayın məscidinin daş kitabəsi bu gün də qorunub saxlanılır. Kitabənin üstündə 1657-ci tarixi məscidin inşa olunması qeyd olunmuşdur. Məscid isə özü müasir tiplidir.[37]
Sənətkarlıq
redaktəCavad şəhərinin adı XVI əsr mənbələrində çəkilsə də arxeoloji tədqiqatlar təsdiq edir ki, kəndin əsası daha 500 il əvvəl XI əsrdə qoyulmuşdur. Buradan böyük ticarət və karvan yolları keçmişdir.XVII əsrdə Nadir şahın və onunla birgə farsların ağalığı tənəzzülə uğradıqdan sonra Kür, Araz çaylarının ərazisi və digər ərazilərdə böyük və kiçik xanlıqlar yarandı. Kiçik xanlıqların içərisində Cavad xanlığı diqqəti cəlb edir. Kür və Araz çaylarının sahillərində yaşayan əhalinin əsas məşğuliyyəti əkinçilik olmuşdur. Cavad kəndi qəza kimi fəaliyyət göstərdiyi dövrdə maldar tayfalar qış aylarında bu yerlərə qışlağa gəlirdilər. Taxılçılıq, tütün, bostançılıq, heyvandarlıq da əhalinin əsas məşğuliyyəti idi. Oturaq əhali kustar əl əməyi ilə məşğul olur, saxsıdan, metaldan, şüşədən, müxtəlif məmulatlar düzəldir, həsir, xalça, palaz, çuval və s. əşyalar toxuyurdular.
Muğan bölgəsində yaşayan əhalinin məşğuliyyətini əks etdirən materiallar bölgə tarix-diyarşünaslıq muzeyində qorunub saxlanılır.
Bu gün də bir çox sənətkarlıq növləri ilə bir qisim əhali məşğul olur. Taxta işi, dəmirçilik, qalayçılıq, papaqçılıq, pinəçilik, toxuculuq, tikişçilik və s. sahələr inkişaf etdirilir.
Milli geyimlər
redaktəÖtən əsrlərdə qadınlarımız əsasən qırçınlı və büzməli tuman, köynək, yundan əl ilə sırınmış sırıqlı geyinər, başlarına ağ, noxudu kəlağayı, qrebdişin və tirmə şallar örtər, zərbafta ilə işlənmiş yay və qış arxalıqları geyinərdilər. Kişilər və uşaqlar ətəkləri büzməli şalvarlar geyinər, qışda altdan dizlik, əyinlərinə gödəkçə, sırıqlı, ayaqlarına yun corab və başlarına isə papaq geyinərdilər.[38]
İqtisadiyyat
redaktəXanlığın paytaxt şəhəri olmuş Cavad Avropa-Şərq ölkələri arasındakı ticarət yolunun üstündəki əsas məntəqələrdən biri sayılırdı. Yazıları bizə gəlib çatmış bir sıra Avropa və rus səyyah və diplomatları – ingilis Antoni Cenkinson (6 oktyabr 1561), rus Artemi Suxanov (1551-1552-ci illər), Fyodor Kotov (avqust, sentyabr 1623), alman Adam Oleari (31 mart 1637), hollandiyalı Yan Streys (1671-1672-ci illər), şotlandiyalı Bel (7 dekabr 1716) Cavadda olmuş, buradakı zəncirlərlə bir-birinə bağlanmış gəmilərin üstündən salınmış körpüdən keçərək İrana getmişlər. Onların bəziləri burada şəhəri xatırladan qəsəbə olduğunu, kərpicdən, qamışdan tikilib palçıqla suvanmış evlər, bağ-bağat, xalça və müxtəlif ipək parçalar istehsal edən çox məşhur sənətkarların yaşadığını, hətta toxucu dəzgahlarını da gördüklərini yazmışlar. "Moskva kompaniyası"nın agenti olan tacir-səyahətçi Antoni Cenkinson bildirir: "Yenə də həmin 1562-ci il oktyabrın 6-da mən öz yoldaşlarımla Şamaxıdan çıxdım və 60 mil getdikdən sonra kralın (Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı nəzərdə tutulur) hər cür növlü meyvələrlə bol bağları olan gozəl sarayının yerləşdiyi CAVAD (Javate) şəhərinə çatdım". Səyyah Adam Olearinin fikrinə görə "cavas" sözündən qaynaqlanır,keçid-bərə mənasını verir. O,1563-cü ildə İrandan geri qayıdarkən aprelin 6-da Cavadda Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı ilə Cavadda onun sarayında görüşür. O, bəylərbəyidən sərbəst ticarət icazə verən bir sənəd də alır. A. Cenkinsonun xatirələrində surəti saxlanılan bu sənəddə bəylərbəyi onun Cavad şəhərindəki sarayında yazıldığını, hakimiyyətdə olduğunun 12-ci ilində möhürlə təsdiq edildiyini bildirir və özünü “Şirvan və Girganın hakimiyyət başında olan padşahı” adlandırır. Cavad XVII—XVIII əsrlərdə də böyük qəsəbə olmuşdur. Səyyahlardan Övliya Çələbi, İ. Lerx, İ.Qerberq Şirvanın başqa nahiyələri ilə yanaşı Cavadda da ipək parçalar, xalçalar və digər şeylər istehsal edən böyük feodal toxucu ustalarının birləşdikləri “fabrik və manifakturalar” olduğunu görmüş və bu barədə də öz fikirlərini yazmışdır.İ.Q.Qerberq Cavad yaşayış məntəqəsi haqqında 1726-cı ilə dair məlumatlarında qeyd edir ki, Cavad sərhəd zolağında, həm də Rusiyanın tərəfində yerləşir. Onun ətrafında çoxlu tut bağları var və iranlıların hakimiyyəti dövründə buradan ipək qurdu bəsləmək üçün çoxlu məhsul yığılırdı və eyni zamanda çoxlu ipək istehsal olunurdu. Cavad qəsəbəsində isə müxtəlif ipək parçalar istehsal etmək üçün manufaktura olmuşdur. Lakin həmin müəssisə qiyamçılar tərəfindən dağıdılmışdır və yaxın vaxtlarda bərpa olunana oxşamır. Əvvəllər buralarda yaşayan əhali isə dağılışmış, yeni hücumlardan çəkinərək yaşayış yerlərinə qayıtmaq istəmirlər. Qazıqumuxlu Surxay xan və Hacı Davudun başçılığı altında dağlı qiyamçılar 1720-ci ildə tarixi Şirvan torpağının digər bölgələri kimi Cavadı və onun ətrafında olan kəndləri də dağıtmışdılar.1726-cı ilin payızında general - leytenant Ştof başda olmaqla rus qoşunları Kür çayı üzərindəki Cavad qəsəbəsinə daxil oldular. Qəsəbə Kür üzərində yerləşirdi və qiyamçılar tərəfindən həddindən artıq dağıdılmışdı.[39] Sərhəd Kür çayı ilə Araz çayları ətrafındakı tut bağlarından keçirdi. Kür çayı üzərində və Araz çayının Kürə töküldüyü yerlə üzbəüz yerləşən, əvvəllər böyük şəhər olan Cavad haqqında indi yalnız xatirələr yaşayır.Səfəvilər dövləti dağılmasından sonra adıyla eyni olan xanlığın mərkəz şəhəri olmuşdur.Azərbaycan xanlıqlarının işğalı prosesində çarizm gəmiçiliyin inkişafı üçün əlverişli yer : ayılan Cavadda gömrük məntəqəsinin yaradılmasını da yaddan çıxartmamışdı. Pavel Sisiyanovun Nikolay Rumyantsevə 29 avqust 1805-ci il tarixli 594 saylı təqdimatında sözügedən məsələ haqqında məlumat verilir.[40] Cavad bu dövrdə hətta XIX əsrin birinci yarısında da avropalıların da istifadə etdikləri dəniz və quru ticarət yolunun üstündə mühüm məntəqə olmuşdur. Həştərxan-Rəşt yolu adlanan bu xəttin bir qolu da “Şamaxı-Cavad” və “Cavad-Lənkəran” olmuşdur. Cavad yolu el arasında da çox şöhrətli olmuşdur.
Nəhayət, bu da məlumdur ki, qraf Valerian Zubov çar qoşunları ilə Azərbaycana gələndə 1795-ci il noyabrın 21-də Cavad yaxınlığında düşərgə salmışdı. İki çayın qovuşduğu bu ərazidə o vaxt Yekaterinoserd adlı bir şəhər salmaq, orada iki minə yaxın çar əsgəri yerləşdirmək, onları bura gətiriləcək erməni və gürcü qızları ilə evləndirmək, torpaq və kənd təsərrüfatı alətləri ilə təmin edib məskunlaşdırmaq istəyirdilər.[41][42][43][44] Həştərxandan gələn gəmilər yükünü burada boşaltmalı idi. Bu şəhərdən Gürcüstan, Gəncə, Bakı, Salyan, Şamaxı ilə əlaqə yaratmaq, İranla ticarətdə dayaq məntəqəsi kimi istifadə etmək niyyətində idilər. Bu ildə çoxdan düşünülmüş Cavad şəhərini yaratmaq üçün çiy kərpicdən ilk ikimərtəbəli bina və pravoslav kilsəsi tikilir. Lakin sonradan şəhər salmaq fikrindən əl çəkilir.[45]
Qalaqayında icarə haqqı 150 şirvan rublu olan boyaq evi var idi. İcarə haqqını əvvəllər (1820-ci ilə qədər - S.İ.) Mustafa xana verirdilər. İrandan və digər yerlərdən Muğan mahalı ərazisindən keçən karvanın hər bir yükünə mahal bəyinin xeyrinə 6 abbası gömrük haqqı alınırdı. Qalaqayından 6 ağaclıqda 6 duz gölü var idi. Yerli əhali duz göllərindən vergi ödəmədən istifadə etdikləri halda, Şirvan əyalətinin digər yerlərindən duz aparmağa gələnlər hər yükə - taya 1 abbası verməli idilər. Kür arxasında yaşayan muğanlılardan çervondan (çervon 10-luq qızıl pul) başqa, digər vergi və mükəlləfiyyətlərdən azad olunurdular. Bunun əvəzində muğanlılar İran tərəfdən, Rusiyaya qarşı Muğançöldən gələn hər hansı təhlükənin qarşısını almalı, gözətçilik etməli və hərbi xidmətə həmişə hazır olmalı idilər. Beləliklə, muğanlılar ildə xəzinəyə hər ailəyə təqribən 1 çevron vergi ödəyirdilər.
Əhali
redaktəTarixin bir az dərin qatlarına nəzər salsaq, onda görərik ki, V-VII əsrlərdən X əsrə qədər Mil və Muğan düzlərində sıx oturaq əhali yaşamış və bu düzənliklərdə çoxlu suvarma kanalları qazılmış, böyük əkin sahələri və zəngin bağlar salınmışdı.[46] Xanlıq dövründə isə Muğanda yerləşən yaşayış məskənləri bərbad vəziyyətdə idi. XVI-XVII əsrlərdə baş vermiş Osmanlı-Səfəvi müharibələri Muğan düzündə əkinçilik mədəniyyətinin dirçəlməsinə imkan vermirdi və Muğançöldən daha çox qışlaq yeri kimi istifadə olunurdu. Muğan düzünün böyük bir hissəsinə sahib olan Cavad xanlığı - Ərdəbil, Qaradağ, Gilan xanlıqları ərazisindən - Muğançöldə qışlamaq üçün axışan Şahsevən tayfaları qarşısında aciz idi. Tarixi məxəzlərdə Cavad xanlığını idarə etmiş iki xanın - Həsən xanın və Səfi xanın adı saxlanılmışdır. 1780-ci ildə Bakıda olmuş konsul Tumanovski Cavadlı Həsən xanın Kür və Araz çaylan arasında olan əraziləri idarə etdiyini və Fətəli xandan asılı olduğunu təsdiq edir.[47] Həmin dövrdə Cavad xanı Muğanı da idarə edirdi. Bumaşevin 1786-cı ilə dair tarixi məlumatında Muğançöldə yaşayan əhali haqqında qeydlər vardır. O, yazırdı ki, burada Həsən xanın başçılığı altında 1500 ailədən ibarət köçərilik edən tərəkəmə elləri yaşayır.
Onların özünəməxsus dili var və məhəmmədi dininə inanırlar.[48] Həsən xan Fətəli xandan asılıdır. Mənbələr Cavad xanlığı əhalisinin dilini tatarca, qarışıq türk dili kimi göstərir. Beləliklə, XVIII əsrin 80-ci illərində Muğan xanlığında azəri türkcəsində danışan 1500 ailənin hər birini orta hesabla 6 nəfər götürsək, onda bu erazidə 8000 nəfər əhali yaşadığı məlum olar. Rus hərb tarixçisi P.Butkov isə 1796-cı ilə dair məlumatlarında yazırdı ki, indi - 1796-cı ildə Cavad bölgəsində əksəriyyəti tərəkəmələrdən ibarət olan 470 ailə və ya 1410 nəfərdən ibarət kişi cinsli əhali yaşayır. Buranı Cavad qəsəbəsində əyləşən Səfi xan idarə edir.[49] Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığı Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir. Xanlığın Rudbar mahalına daxil olan kəndlərin əhalisinin sayı isə rus zabitinin tarixi qeydlərində göstərilmir. XVIII əsrin 80-ci illərində Cavadda əyləşən Səfi xan idarə edir. Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığın Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir. Xanlığın Rudbari mahalına daxil olan kəndlərin əhalisinin sayı isə rus zabitinin tarixi qeydlərində göstərilmir. XVIII əsrin 80-ci illərində Azərbaycan xanlıqlarında əhalinin siyahıya alınması keçirilmədiyindən polkovnik Bumaşevin Muğan əhalisinin ümumi sayı haqqındakı məlumatları elmi baxımdan şübhə doğurmaya bilməz. Belə ki, Bumaşev digər Azərbaycan xanlıqlannda (Dərbənd, Şəki) yaşayan xristian əhalinin sayım xeyli şişirdir və onun tarixi qeydləri digər statistik qaynaqlarla təsdiqlənmir. Beləliklə, yuxarıdakı rəqəmlər öyrənilən dövrün tarixi reallığım tam əks etdirmir, çünki qışda maldarlığın inkişafı üçün təbii otlaqlarla zəngin olan Muğan düzənliyinin və Cavad bölgəsinin əhalisi gəlmə əhali hesabına xeyli çoxalırdı. XIX əsrə dair tarixi qaynaqlann birində Şirvan əyalətinin tarixi coğrafiyası ilə bağlı qeydlərdə Muğançölün əhalisi haqqında ötəri məlumat verilir. Bu əyalətin əhalisinin sayı ciddi dəyişikliyə məruz qalmışdır. Deyilənlərə görə, təkcə Muğan düzü 40000-ə qədər ailənin məskunlaşdığı yer olmuşdur.[50]
Doğrudan da Cavad bölgəsi, həmçinin Muğançöl Rusiya işğalına qədər Araz çayının (o taylı - bu taylı) həm şimalında, həm də cənubunda yerləşən Azərbaycan xanlıqlarının tərəkəmə əhalisinin təbii qışlaq yeri olmuşdur. Rusiya işğalından sonra isə bu ənənə pozulmuşdur. XVIII əsrdə Cavad xanlığında da əhalinin sayımı keçirilmədiyindən buraya gələn və gedən əhalinin miqdarındakı fərqi müəyyən etmək mümkün deyildir. Lakin, buna baxmayaraq, mənbələr Cavad xanlığında yerləşən kəndlərin əhalisinin tarixi-demoqrafik durumu haqqında müəyyən məlumat verməkdədir. Muğan bölgəsi əhalisinin tərkibinə mənfi təsir göstərmiş amillərə nəzər yetirək. Hələ Cavad xanlığı yaran mamışdan xeyli qabaq buranın əhalisi müəyyən demoqrafik dəyişikliyə məruz qalmışdı. Rusiya çarı və İran şahı II Təhmasib arasında 1723-cü il Osmanlı Portası ilə 1724-cü il müqavilə traktatlarına görə Cavad üç ölkənin sərhəd məntəqəsinə düşüb.[51] 1724-cü il 24 iyun Osmanlı Türkiyəsi ilə Rusiya arasındakı İstanbul müqaviləsinə əsasən Azərbaycan torpaqları iki yerə parçalanmış Türkiyə və Rusiyaya keçən torpaqlar arasında üç sərhəd ayırıcı qoyulurdu. Üçüncü mərəz Kür ilə Arazın kəsişdiyi Suqovuşan adlı yerə düşürdü.[52] Əlbəttə, belə bir siyasi şəraitdə yerli əhalinin əvvəlki yaşayış yerlərinə qayıtması qeyri - mümkün idi. Göstərilən bölgədə sərhədçilər yerləşdirilirdi. Şəhərin dağıdılmasını digər qaynaqlar da təsdiq edir. Osmanlı Türkiyəsi, Səfəvi dövləti və Rusiya dövlətlərinin sərhədləri Cavadda kəsişirdi. Bölgüyə görə Cavad Rusiyanın payına düşürdü. Beləliklə, hələ Azərbaycan xanlıqlar yaranmamışdan xeyli qabaq Muğan və Cavad əhalisi ciddi demoqrafik dəyişikliyə məruz qalmışdılar.[53] Muğan düzündə və Cavad şəhərində yaşayan əhalinin demoqrafik vəziyyətinə əsaslı təsir göstərmiş tarixi hadisələrdən biri də Gilan xanı Hidayət xanın 1778-ci ildə bu bölgəyə hücumu ilə bağlıdır. Tarixi ədəbiyyatdan bəllidir ki, dinc yolla Quba xanlığına birləşdirilən Cavad xanlığının xanı Həsən xan tezliklə Fətəli xanın ən yaxın adamlarından birinə çevrilir. Cavad xanı Fətəli xanın ən inanılmış adamlarından biri olub, onun gizli məşvərətlərində iştirak edirdi.[54] İstər yerləşməsi, istərsə də hərbi-strateji baxımdan əhəmiyyətli olan Muğanın xanlığa qatılması sonuncunun getdikcə güclənməsi demək idi.[55] Qubalı Fətəli xanın dövlətçilik mənafeyini üstün tutaraq böyük dövlətlər (Rusiya, Qacarlar, Osmanlı) arasında diplomatik manevr siyasətini Quba xanlığının rəqibləri qəbul etmirdi. Fətəli xanın Muğan düzənliyini və Cavad xanlığını öz torpaqlanna birləşdirməsi bir sıra Cənubi Azərbaycan xanlıqlarının marağına əks idi. Belə ki, yuxarıda göstərilən xanlıqların əhalisinin köçmə maldarlıqla məşğul olan tərəkəmə hissəsinin ənənəvi qışlaq yeri olan Muğançölün böyük bir hissəsinin Fətəli xanın nəzarəti altına düşməsi, eyni zamanda Ərdəbildən və Muğandan şahsevənlərin müəyyən qisminin Quba xanlığına köçürülməsi Gilan, Ərdəbil,Qaradağ və digər xanlıqların mənafeyinə uyğun gəlmirdi.
Əvvəllər Quba xanlığına qarşı diplomatik fitnəkarlıqla məşğul olan bir sıra Cənub xanlıqları Fətəli xanın 1774-cü ildə Gavduşan vuruşmasındakı məğlubiyyətindən bir qədər sonra açıq hərbi müdaxiləyə başladılar. Bu işdə Gilanlı Hidayət xan xüsusilə canfəşanlıq edirdi. O, keçmiş Şamaxı xanı Ağası xan və Qaraqaytaq usmisi ilə ittifaq bağladı. Hidayət xanın qoşunları 1778-ci ilin əvvəllərində Talış xanlığını, sonra isə Salyan hakimliyini qarət etdikdən sonra Muğana çıxıb Cavad xanlığının mərkəzi sayılan Cavad şəhərinə doğru irəlilədilər.Əhalini əsir aldılar.Onları ağır torpaq işlərində, qala tikintilərində və kənd təsərrüfatı işlərində istifadə üçün Rəşt və Ənzəli istiqamətində apardılar.[29] Bu hadisə Cavad xanlığı əhalisinin tarixi demoqrafik durumuna mənfi təsir göstərdi. Cavad şəhəri dağıdıldı və bir daha əvvəlki vəziyyətinə dönmədi.
Fətəli xanın ölümündən sonrakı dövrdə (XVIII əsrin 90-cı illərində) keçmiş Cavad xanlığının ərazisi əvvəlcə Qarabağ xanlığının, 1795-ci ildən sonra isə Şamaxı xanlığının tərkibinə qatılır.
Şirvan xanlığının inzibati ərazisi kimi
redaktəŞamaxı xanlığındakı 17 mahaldan ikisi - Muğan və Rudbar mahallarının ərazisi Cavad xanlığının tarixi ərazisinə uyğun gəldiyindən, Şirvan əyalətinin Rudbar və Muğan mahalları əhalisinin kəndlər üzrə paylanmasına dair bir neçə tarixi sənəd tədqiqat işinə daxil edilmişdir. Belə ki, xanlıqlar dövrünə dair qaynaqlar sırasında Cavad xanlığında yaşayan əhalinin kəndlər üzrə yerləşməsi, təbii və mexaniki hərəkəti, eləcə də ümumi siyahıya alınması və tərkibinə aid tarixi material olmadığından Şirvan əyaləti əhalisinin 1820-ci il təsviri və 1831-ci il kameral təsvirinin materiallan Muğan və Rudbar mahallarında (tarixi Cavad xanlığı ərazisinin əksəriyyət hissəsini məhz bu mahallar təşkil etmişdir) əhalinin ailə hesabıyla kəndlər üzrə yerləşməsi, kişi cinsli əhalinin ümumi say miqdarına dair məlumat almaq baxımından mühüm elmi maraq kəsb edir.Aşağıdakı cədvəldən göründüyü kimi, Rudbar mahalında 18 kənd üzrə 422 ailə məskunlaşmışdı.[56]
Kür çayı boyunca həm üzüaşağı, həm üzüyuxarı sahil boyunca yerləşən kəndlər Rudbar mahalı adı altında birləşmişdi. XIX əsrin əvvəllərinə dair qaynaqlardan məlum olur ki. Cavad qəsəbəsindən sonra Kür çayının aşağı axarı boyunca üç eyniadlı Rudbar kəndi - Aşağı, Orta və Yuxarı Rudbar kəndləri mövcud olmuşdur. Cavaddan sonra Kür çayından üzüyuxarı eyniadlı üç Kovlar kəndi - Aşağı, Orta, Yuxarı Kovlar yerləşir.Mənbədə həmin kəndlər əhalisi çox olan kəndlər kimi qeyd olunur.[57] Mənbədə həmin kəndlər əhalisi çox olan kəndlər kimi qeyd olunur. 1820-ci il təsvirində Rudbar mahalında 18 kəndin yerləşdiyi göstərildiyi halda, 1831-ci il kameral təsvirinin yekun sənədlərində Rudbar mahalında 15 kəndin adı çəkilir.Mahalın naibi Darğa Məmmədxan idi. Nəticədə,tərəkəmə ellərinə başçılıq edən bəylərin siyahısı Rudbar mahalında 524 ailədə 1361 nəfər kişi cinsli əhalinin yaşadığı göstərilir.[58][59]
Rudbar mahalı əhalisinin kəndlər üzrə yerləşməsi (1820-ci il)
redaktəSıra sayı | Kəndlər | Əhali/ailələrlə | |
1 | CAVAD | 92 | |
2 | Bəlvan | 10 | |
3 | Davağlar | 4 | |
4 | Qoralar | 15 | |
5 | Yenikənd | 39 | |
6 | Qəzili | 58 | |
7 | Əhmədbəyli | 4 | |
8 | Quruzmanlı | 22 | |
9 | Abdulyan | 49 | |
10 | Yenicə | 5 | |
11 | Mustafalı | 16 | |
12 | Axtaçı | 5 | |
13 | Meyniman | 9 | |
14 | Həzrət | 51 | |
15 | Surra-Ağamoğlan | 7 | |
16 | Surra-Ağabədil | 8 | |
17 | Surra-Məmməd | 5 | |
18 | Surra-Abdulla bəy | 23 | |
Cəmi | 18 | 422 |
Rudbar mahalı əhalisinin kəndlər üzrə yerləşməsi (1831-ci il)
redaktəSıra sayı | Kəndlər | Həyətlərin sayı | Kişi cinsli əhali (nəfərlə) | |
1 | Kavratlı | 93 | 256 | |
2 | Meyneman | 12 | 26 | |
3 | Mustafalı | 9 | 21 | |
4 | Axtaçı | 6 | 14 | |
5 | Əli-Mədətli | 6 | 18 | |
6 | Yeni donlu | 17 | 37 | |
7 | Abdulyanlı | 65 | 188 | |
8 | Əhmədbəyli | 2 | 6 | |
9 | Qunızmanlı | 33 | 87 | |
10 | Qəzili | 62 | 159 | |
11 | Yenikənd | 46 | 125 | |
12 | Surra | 52 | 110 | |
13 | Qaralar | 19 | 50 | |
14 | Bəlvan-Dabaqlar | 16 | 26 | |
15 | CAVAD | 86 | 238 | |
Cəmi | 15 | 524 | 1361 |
Hələ 1820-ci ildə keçmişdə Cavad xanlığına (mərkəzi indiki Cavad kəndi) bağlı olan istehkam qala vardı.1 istehkam-qala (Qalaqayın) və 44 obada (onların bir hissəsinin adı məlumdur: Bildik, Ulucalı-Xəlfəli, Məmişli, Kürkəndi, Cəngən, Birinci Rəncbərlər, Müridlər, İkinci Rəncbərlər, Qarağlı, Minbaşı, Molla Vaizli, Dəymədağıldı, Əli Sultanlı, Şahatlı, Quştan, Məlday, Mustafabəyli, Haşımxanlı, Potular) 500 ailə yaşayırdı.[61]
Muğan mahalını idarə edən mahalbəyi (naibi) Qalaqayında əyləşirdi.Muğan mahalının naibi Həsən xan,sonra əmisi oğlu Mustafa bəy olmuşdur. Mənbədə Qalaqayın qalasında 100-ə qədər ailənin, ümumilikdə Muğan mahalında isə 400-ə qədər tərəkəmə ailəsinin məskunlaşdığı qeyd olunurdu.300 ailə vergi verirdi.[62] Ellərə başçılıq edən bəylərin siyahısı cədvəldə verilir.Kollegiya qeydiyyatçısı Suşko tərəfindən tərtib olunmuş Şirvan əyaləti əhalisinin kameral təsvirinə dair sənədlərdə Muğan mahalının 19 kəndində 468 ailənin olduğu, bu ailələrdə 1216 kişi cinsli əhalinin yaşadığı göstərilir.[63][64]
Muğan mahalı bəylərinin siyahısı (1820-ci il)
redaktə1-2 | Məmməd Rza bəy | Məlik bəy |
3-4 | Məhəmməd Əli bəy | Abdulla bəy |
5-6 | Yolçu bəy | Səfi Mirzə bəy |
7-8 | Əhməd bəy | Molla Abdulla |
9-10 | Cəmşid bəy | Məhəmməd Hüseyn bəy |
11-12 | Ağa bəy | Əsədulla bəy |
13-14 | Məhəmməd Xəlif bəy | Şahmurad bəy |
15-16 | Kəlbəlai bəy | Abdulla Hüseyn bəy |
17-18 | MəlikMəmməd bəy | Əli xan |
19-20 | Əhməd Əli bəy | Əli bəy |
21-22 | Talib bəy | Şərif bəy |
23-24 | Məmməd Əli bəy | Hüseyn bəy |
25-26 | Cəfər bəy | Məşədi Həsən Əli bəy |
27-28 | Əhməd bəy | Mehmed bəy |
29-30 | Qaynaqdan oxunmur | Cosuz bəy |
31-32 | Əli Məmməd bəy | Potu bəy |
33-34 | Əli Mirzə bəy | Axund Qasım bəy |
35-36 | Ağa Rəhim bəy | Seyid Qasım bəy |
37-38 | Allahverdi bəy | İbrahim bəy |
1820-ci ildə Şirvan xanlığının sonucu xanı Mustafa xandan narazı olan Muğandan 50 ailə Talış xanlığına, 60 ailə isə Qarabağ xanlığına qaçmışdı. 1820-ci ildə Talış xanlığına qaçan ailələr geri qayıtsalar da Qarabağ xanlığına gedənləri Mehdiqulu xan hələ də geri qaytarmamışdı.
Muğan mahalı əhalisinin kəndlər üzrə yerləşməsi
redaktəSıra sayı | Kəndlər | Həyətlərin sayı | Kişi cinsli əhali (nəfərlə) | |
1 | Bəylik | 31 | 79 | |
2 | Mənbədən oxunulmur | 13 | 39 | |
3 | Məmişli | 23 | 61 | |
4 | Kürkəndi | 13 | 47 | |
5 | Çəngən | 13 | 29 | |
6 | Rəncbər-1 | 16 | 46 | |
7 | Mənbədən oxunulmur | 2 | 3 | |
8 | Rəncbər-2 | 13 | 29 | |
9 | Qırağlı | 24 | 46 | |
10 | Minbaşıh | 18 | 52 | |
11 | Potubəyli | 28 | 67 | |
12 | Molla-Vaizli | 24 | 90 | |
13 | Mənbədən oxunulmur | 31 | 79 | |
14 | Əli-Sultanlı | 24 | 58 | |
15 | Saatlı | 28 | 67 | |
16 | Quzman | 24 | 65 | |
17 | Molday | 27 | 66 | |
18 | Mustafa bəyli | 20 | 60 | |
19 | QALAQAYIN | 96 | 233 | |
Cəmi | 19 | 468 | 1216 |
Hakimləri
redaktəSıra | Xan | Hakimiyyət illəri | Haqqında |
---|---|---|---|
Qeyd
redaktə- ↑ Cədvəl general Mədətov tərəfindən 1820-cü ildə həyata keçirilmiş Şirvan əyalətinin (Rudbar mahalı) təsviri əsasında tərtib olunub.
- ↑ Cədvəl Ali Gürcüstan Hökumətinin Xəzinə Ekspedisiyasının kollegiya qeydiyyatçısı Suşko tərəfindən həyata keçirilmiş 1831-ci ildə Şirvan əyaləti əhalisinin (Rudbar mahalı) kameral təsviri əsasında tərtib olunub.
- ↑ Cədvəl general Mədətov tərəfindən 1820-cü ildə həyata keçirilmiş Şirvan əyalətinin (Muğan mahalı) təsviri əsasında tərtib olunub.
- ↑ Cədvəl Ali Gürcüstan Hökumətinin Xəzinə Ekspedisiyasının kollegiya qeydiyyatçısı Suşko tərəfindən həyata keçirilmiş 1831-ci ildə Şirvan əyaləti əhalisinin (Muğan mahalı) kameral təsviri əsasında tərtib olunub.
Mənbə
redaktə- Abbasqulu ağa Bakıxanov. Gülüstani-İrəm (tərcümə edən: M.Əsgərli) (PDF) (Minarə). Bakı: Minarə. Buraxılışa məsul Haçı Əli Dərkah oğlu İbrahimov. 2000. Təkrar nəşr (düzəlişsiz). 224. ISBN B-47020600000 108M-00.
- ŞAHİN FƏRZƏLİYEV- tarix elmləri doktoru, professor. Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi. Bakı: "Elm". 2012. 336. ISBN 978-9952-453-43-0.
- Г.Б. Абдуллаев. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Баку: Изд-во Академии наук Азербайджанской ССР. 1965. 620.
- Mustafazadə Tofiq. Quba xanlığı (PDF) ("Elm"). Bakı: A.A.Bakıxanov adına Tarix İnstitutu. 2005. 480. ISBN 5-8066-1747-5.
- Nailə Bayramova. Şamaxı xanlığı. Bakı: Təhsil. 2009.
- Гербер И.Г. Описание стран и народов вдоль запад- ного берега Каспийского моря 1728 г. История, география и этнография Дагестана ΧVΙΙΙ-ΧΙΧ вв., М.: Изд-во восточной литературы,с. 60-119. 1958.
- Prof.S.Əliyarlı. Azərbaycan tarixi. Bakı:Azərbaycan. 1996. 870.
- Абдуллаев Г.Б. Иранские происки против кубин- ского ханства и Картли - Кахетинского царства в 1776 и 1778 гг. Известия АН Азербайджанской ССР (серия общественных наук). 1960, №4. 13–25.
- Аzərbaycan Respublikası Dövlət Тarix Аrxivi (АRDТА). Bakı.
- Бутков П.Г. Материалы для новой истории Кавказа с 1722 по 1803 г. Ч.1. СПб. Изд-во Императорской Академии Наук. 1868. 620.
- АКАК Т.ΙΙ. Издание под редакцией председателя ко- миссии Ад. Берже. Тифлис: Главное Управление Наместника Кавказа. 1868. 1238.
- Дубровин Н. История войны и владычества русских на Кавказе. Т.ΙΙΙ, СПб, типография И.Н.Скороходова. 1886. 550.
- Левиатов Вадим Николаевич. 'Очерки из истории Азербайджана в XVIII веке. Баку: "Изд-во Академии наук Азербайджанской ССР". 1948. 227.
- Описание Ширванской провинции, составленное въ 1820 году, по распоряжению главноуправляющего въ Грузии А.П.Ермолова, генералмаером князем Мадатовымъ и действи- тельным статским советником Могилевским. Тифлис: типо- графия Главного Управления наместника Кавказского. 1867. 287.
- Аzərbaycan Respublikası Dövlət Тarix Аrxivi (АRDТА). Bakı.
- Обозрение Российских владений за Кавказомь въ статистическомъ, этнографическом, топографическом и финансовом отношениях. Ч.ΙΙΙ. СПб, типография департамента внешней торговли. 1836. 397.
- Броневский С.М. Новейшие географические и исторические известия о Кавказе. Ч.2. М.: Типография С.Селивановского. 1823. 465.
- "MOḠĀN". Encyclopædia Iranica. 2013-01-21 tarixində arxivləşdirilib.
İstinadlar
redaktə- ↑ Bournoutian George A. The 1820 Russian Survey of the Khanate of Shirvan: A Primary Source on the Demography and Economy of an Iranian Province prior to its Annexation by Russia. Gibb Memorial Trust. 2016. səh. xvii. ISBN 978-1909724808.Orijinal mətn (ing.)
"Serious historians and geographers agree that after the fall of the Safavids, and especially from the mid-eighteenth century, the territory of the South Caucasus was composed of the khanates of Ganja, Kuba, Shirvan, Baku, Talesh, Sheki, Karabagh, Nakhichivan and Yerevan, all of which were under Iranian suzerainty."
- ↑ Mirzə Rəhim Fəna. Qarabağnamələr. Bakı,Şərq-Qərb. 2006. 247. ISBN 9952-34-070-2,978-9952-34-070-9.Orijinal mətn (az.)
HÜDUDİ ƏYALƏTİ QARABAĞ-Cənub tərəfdən mis mədənləri olan Qapan dağlarının imtidadilə bir yerdə sariyal ru be məşriq gedir Araz çayınadək. Oradan məcrayi-nəhri-Araz ilə bir yerdə şərqdən gedir ta haman suyun qərbdən şərqə dəryayi-Xəzərə tərəf cari Kür nəhrinin məcrasınadək ki, oradan hər iki nəhrin suyu bir yerə qarışıb axar dəryayə. Bu nöqtə Qalaqayın adlı qəsəbədir ki, sabiqi Mustafaxanlı pristavlığına daxildir.
- ↑ "Gegeichnet von I.C.M. Reinecke. Schirwan. 1804". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.
- ↑ Dilavər Əzimli-AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. Beynəlxalq ticarət əlaqələrində Xəzər ticarətinin rolu. Bakı. 2018.Orijinal mətn (az.)
Moskva tacirləri Qərbi Avropaya xam ipək, ipək parçalar, Hindistandan daxil olan ədviyyatı daşıyır, ölkədən Azərbaycan neftini də aparırdılar. XVI əsrə dair «Ticarət kitabları» nda bu barədə məlumatlar vardır. Həmin kitablara əsasən belə bir nəticəyə gəlmək olar ki, neft Moskva tacirləri vasitə silə Şirvandan Qərbi Avropaya daşınırdı. Şamaxıya Xəzər dənizi vasitəsilə gələn Moskva tacirləri Muğan düzünü keçib Cavad şəhərinə daxil olur, oradan da Ərdəbilə gedirdilər. Onlar Ərdəbildən iki istiqamətdə hərəkət edirdilər. Bu yollardan biri Təbrizə yönəlirdi. Digər yol isə Cənub-Şərq istiqamətində - Qəzvinə və Kaşana gedirdi. Həmin dövrdə bu şəhərlərdə qızğın ticarət gedirdi
- ↑ "Cavad (Tzawat) və Qalaqayın (Cellan)". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-23.
- ↑ Гербер И.Г., 1958. səh. 100
- ↑ Сумбатзаде А. С. Азербайджанцы, этногенез и формирование народа. "Элм". 1990. səh. səh: 100. ISBN 5-8066-0177-3.Orijinal mətn (rus.)
Во второй половине XVIII в. азербайджанский язык впервые становится языком государственных актов, официальных переписок в административных учреждениях, в частности, в канцелярии Северо-восточного объединения, созданного Фатали-ханом. Об этом свидетельствуют сохранившиеся в русских архивах тексты разных документов подобного характера. Так, например, в документе, направленном Кизлярскому коменданту русским чиновником, находившемся в то время в гор. Шемахе, очевидно, кумыком по национальности Темур-беком, в феврале 1768 г. на азербайджанском языке, было написано: («Кубинский Фатали-хан со внуком Аджи Челебиевым, Усейн-ханом, собрав войска свои, приняли движение... к новой и старой Шемахе, которыми без войны овладели». Сохранился текст соглашения, заключённого в апреле 1776 г.между южнодагестанскими феодалами и Фатали-ханом, об их примирении. В этом соглашении на чисто азербайджанском языке было написано следующее: («Между нами и дербентским, и кубинским Фатали-ханом в наши дела подводим черты и соглашаемся на примирение».
- ↑ Bertsch, Gary Kenneth. Crossroads and Conflict: Security and Foreign Policy in the Caucasus and Central Asia. Routledge. 2000. 297: "Shusha became the capital of an independent "Azeri" khanate in 1752 (Azeri in the sense of Muslims who spoke a version of the Turkic language we call Azeri today).". ISBN 0415922739.
- ↑ Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв (Восточный Научно-Исследовательский Институт). Ленинград. 1949. səh. 7.Orijinal mətn (rus.)
Языком официальных актов не только в Кызылбашском государстве, но и в полунезависимых закавказских ханствах вплоть до эпохи присоединения их к России и даже некоторое время после него был новоперсидский (фарси).
- ↑ Абдуллаев Г.Б. Азербайджан в ΧVΙΙΙ веке и его взаимоотношения с Россией. Баку: Изд-во Академии Наук Азербайджанской ССР, 1965, 621 с.
- ↑ Серебров А.Г. Историко-этнографическое описание Дагестана 1796 г. История, география и этнография Дагестана ΧVΙΙΙ-ΧΙΧ вв. М.: Изд-во восточной литературы, 1958, с. 173- 197
- ↑ Симонович Ф.Ф. Описание Южного Дагестана 1796 год. История, география и этнография Дагестана ΧVΙΙΙ-ΧΙΧ вв. М.: Изд-во восточной литературы, 1958, с. 138-157
- ↑ Бутков П.Г. Сведения о Кубинском и Дербентском владениях - 1798 г. История, география и этнография Дагестана ΧVΙΙΙ-ΧΙΧ вв. М.: Изд-во восточной литературы, 1958, с. 209-212.
- ↑ Обозрение Российских владений за Кавказомь въ статистическомъ, этнографическом, топографическом и финансовом отношениях. Ч.ΙΙΙ. СПб, типография департамента внешней торговли, 1836, 397 с.
- ↑ Обозрение Российских владений за Кавказомъ, въ статистическомъ, этнографическом, типографическом и финансовом отношениях. Ч.ΙV. СПб, типографии департамента внешней торговли, 1836, 401 с
- ↑ Абдуллаев Г. Б., 1965. səh. 230
- ↑ "MOḠĀN". Encyclopædia Iranica. 2013-01-21 tarixində arxivləşdirilib.Moḡān was mostly under the khan of Javāt.
- ↑ Абдуллаев Г. Б. Труды Института истории АН Азербайджанской ССР. Баку.: Из истории Азербайджана во второй половине XVIII в. 1960. 58.
- ↑ А.С.Сумбатзаде. Азербайджанцы – этногенез и формирование народа, АН Азербайджанской ССР. Элм. 1990. 254. ISBN 5806601773, 9785806601774.
- ↑ Абдуллаев Г.Б, 1965. səh. 231
- ↑ T.Mustafayev. Azərbaycan xanlıqlarının qısa tarixi. 2011. səh:270.
- ↑ Абдуллаев Г. Б. Из истории Северо-Восточного Азербайджана в 60-80-х гг. XVIII в. Изд-во АН Азербайджанской ССР. 1958. səh. 52.
- ↑ Prof.S.Əliyarlı, 1996. səh. 527
- ↑ Şahin Fərzəliyev - tarix elmləri doktoru, professor. "Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi" (PDF) (az.). Elm. 2012. 2021-08-31 tarixində arxivləşdirilib (PDF).
- ↑ Salman Ərzuman oğlu İbişov. "Quba xanlığının əhalisi" (PDF) (az.). Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu. 2007. 2019-01-23 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ Абдуллаев Г. Б., 1965. səh. 565
- ↑ Сумбатзаде А. С. Азербайджанцы, этногенез и формирование народа. Элм. 1990. 254. ISBN 5806601773, 9785806601774.Orijinal mətn (rus.)
В апреле 1778 г. отряды гилянских войск внезапным нападением овладели Сальяном и разорили его, а затем вышли на Муган, где соединились с силами ожидавшего их шемахинского Агаси-хана. 6 апреля они осадили крепостные сооружения гор. Джавада. «Неприятели бросили в город 7 бомб, потом палили из пушек и от того в городе сделалось смятение», после чего город был взят. По одним сведениям, из гор. Джавада было вывезено 900 пленных, а по другим 7500.
- ↑ Абдуллаев Г. Б., 1965. səh. 566
- ↑ 1 2 Абдуллаев Г.Б., 1960. səh. 22
- ↑ Mustafazadə Tofiq, 2005. səh. 132
- ↑ Mustafazadə Tofiq, 2005. səh. 132-133
- ↑ АВПРИ, f.77, siy.6,i ş481, v. 222
- ↑ Richard Tapper. Frontier Nomads of Iran: A Political and Social History of the Shahsevan. Cambridge University Press. 1997. səh. 119-120. ISBN 0521583365, 9780521583367.
- ↑ РГВИА, f.52/1, iş 131, v.31
- ↑ Butkov, II his., 140 – 141
- ↑ Abdullayev (1958), 123
- ↑ 1 2 "Управление делами Президента Азербайджанской Республики. Административно-территориальное деление. С. 120" (PDF). 2012-03-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-06.
- ↑ "Mədəniyyət". 2018-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-14.
- ↑ Гербер И.Г., 1958. səh. 100
- ↑ АКАК Т.ΙΙ. Издание под редакцией председателя ко- миссии Ад. Берже. 69, c.II, sənəd 455, 1868. səh. 246
- ↑ Дубровин Н. cild 3., 1886. səh. 193
- ↑ Зубов (1873), 889-890)
- ↑ Alexander, 1989. səh. 321
- ↑ Ismail bey Zardabli. "Ethnic and political history of Azerbaijan.From ancient times to the present day" (ingilis). Published by Rossedale Books 3101 Hillsborough Street Suite 210 Raleigh,NC 27607-5436 United States of America. 2018. səh. 570. ISBN 978-0-244-99782-3. 2022-03-28 tarixində arxivləşdirilib.Orijinal mətn (ing.)
By the coming of winter Russian troops moved to Mughan,Zubov prepared project about the strenghthening of the positions of Russian troops and providing economic conquer of the area.According to this project there should be build new city near Javad,which would be called by the name Ekaterina ll and there was planned to settle 2 thousand Russian soldiers who were married to georgian and armenian girls here
- ↑ Левиатов, 1948. səh. 188
- ↑ Левиатов В.Н., 1948. səh. 41
- ↑ Г.Б. Абдуллаев, 1965. səh. 231
- ↑ ARDTA,iş.581
- ↑ Бутков П.Г., 1868. səh. 246
- ↑ Обозрение Российских владений за Кавказомь въ статистическомъ, этнографическом, топографическом и финансовом отношениях,cild 3, 1836. səh. 37
- ↑ Броневский С.М., 1823. səh. 433
- ↑ Prof.S.Əliyarlı, 1996. səh. 484
- ↑ Salman Ərzuman oğlu İbişov. "Quba xanlığının əhalisi" (PDF) (az.). Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu. 2007. 2019-01-23 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ Г.Б. Абдуллаев, 1965. səh. 233
- ↑ Prof.S.Əliyarlı., 1996. səh. 527
- ↑ 1 2 А.П.Ермолова, генералмаером князем Мадатовы, 1867. səh. 244-253
- ↑ Броневский С.М., 1823. səh. 433
- ↑ ARDTA, siy.2, iş.347, vər.5
- ↑ Şahin Fərzəliyev - tarix elmləri doktoru, professor. "Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi" (PDF) (az.). Elm. 2012. 2021-08-31 tarixində arxivləşdirilib (PDF).
- ↑ АRDТА, fond 24, siy.1, iş.347, vər.5
- ↑ Bayramova Nailə. Şamaxı xanlığı (PDF). Bakı: "Təhsil". 2009. səh.44. Archived from the original on 2016-12-28. İstifadə tarixi: 2019-01-14.
- ↑ А.П.Ермолова, генералмаером князем Мадатовы, 1867. səh. 252
- ↑ ARDTA 2, iş.347, vər.5
- ↑ Şahin Fərzəliyev - tarix elmləri doktoru, professor. "Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi" (PDF) (az.). Elm. 2012. 2021-08-31 tarixində arxivləşdirilib (PDF).
- ↑ А.П.Ермолова, генералмаером князем Мадатовы, 1867. səh. 244-253
- ↑ ARDTA, fond 24, siy.1, iş.347, vər.5
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "Countries An-Az" (ingilis). rulers.org. İstifadə tarixi: 2018-12-23.
- Vahid Ömərov-fəlsəfə üzrə fəlsəfə doktoru. "Azərbaycan xanlıqları" (az.). sesqazeti.az. 2012-10-10. İstifadə tarixi: 2018-12-23.
- A.N.Abbasbəyli, S.Z.Yusifzadə. "Azərbaycanda xanlıqlar" (az.). kayzen.az. 2011-11-14. İstifadə tarixi: 2018-12-23.