Ceyms Cozef Dresnok - Wikipedia
Ceyms Cozef Dresnok (ing. James Joseph Dresnok; kor. 제임스 조지프 드레스녹) — ABŞ ordusunun keçmiş şəxsi birinci sinif rütbəli hərbçisi. Koreya müharibəsi zamanı Şimali Koreya tərəfə keçmiş altı ABŞ hərbçisindən biri. Dresnok Şimali Koreyanın keçmiş rəhbəri Kim Çen İrin rəhbərliyi altında çəkilmiş bir çox təbliğat filmində[1] rol almış, həyatına paytaxt Pxenyanda ingilis dili müəllimi kimi davam etmişdir.
Ceyms Cozef Dresnok | |
---|---|
ing. James Joseph Dresnok | |
| |
Şəxsi məlumatlar | |
Ləqəbləri | "Jim", "Co" |
Doğum tarixi | |
Doğum yeri | Norfolk, Virciniya |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Pxenyan, Şimali Koreya |
Vəfat səbəbi | insult |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
ABŞ (1958–1962) KXDR (1962–2016) |
Qoşun növü | ABŞ ordusu |
Xidmət illəri | 1958–1962 (dayandırılıb) |
Rütbəsi | Şəxsi birinci sinif |
Əlaqələri | Müəllim, aktyor, tərcüməçilik |
Vikianbarda əlaqəli mediafayllar |
2017-ci ilin 28 yanvar tarixində Columbia Broadcasting System telekanalında yayımlanan 60 dəqiqə[2] verilişində Dresnok Şimali Koreyada yaşayan sonuncu ABŞ hərbçisi kimi təqdim olunub. 2006-cı ildə həyatından bəhs edən Sərhəddi keçmək adlı sənədli filmi 2007-ci ildə Sandens Film Festivalında təqdim olunmuşdur.[3]
Özünü daha çox Co Dresnok kimi təqdim etməyə üstünlük verən Dresnok, qərb mediyası tərəfindən Ceyms[4][5][6], Co[2] və Jim şəklində adlandırılmışdır. Ceyms Dresnok 2016-cı ilin noyabr ayında yaşadığı paytaxt Pxenyan şəhərində 75 yaşında vəfat etmişdir.[7][8]
Həyatı
redaktəCeyms Desnok 1941-ci ilin 24 noyabr tarixində Amerika Birləşmiş Ştatlarının Virciniya ştatının Norfolk şəhərində anadan olub. Valideynləri Dresnokun 10 yaşı olarkən boşanır və o, atasının himayəsində Pensilvaniya ştatında yaşamağa başlayır.[9] Dresnok doğma anasını və qardaşını həmin tarixdən sonra bir daha görməmişdir.[10] Atası tərəfindən qəbul edilməməsi səbəbindən uşaq evinə yerləşdirilir və buradan orta məktəbə getməyə başlayır. 17 yaşı tamam olarkən Dresnok orduya yazılır. XX əsrin 50-ci illərində ABŞ ordusu himayəsiz və uşaq evlərində böyüyən oğlanlar üçün əsas sığınacaq və yüksəliş yerlərindən hesab olunurdu.[11]
Qaçış
redaktəHərbi təlimləri tamamladıqdan sonra Dresnok Qərbi Almaniyaya göndərilir. Burada iki il xidmət etdikdən sonra geri qayıdır. ABŞ-yə qayıdan zaman münasibət saxladığı qadının başqa bir adamla evləndiyini və onu tərk etdiyini görür. Bu hadisədən təsirlənən Dresnok çıxış yolunu yenidən orduya yazılmaqda görür. ABŞ ordusunun tərkibində bu səfər Koreya yarımadasına göndərilir. Şəxsi birinci sinif rütbəsi alan hərbçi Cənubi Koreya və Şimali Koreya arasındakı sərhəd və keçid məntəqəsi rolunu oynayan Koreya silahsızlaşdırılmış zonasında xidmət etməyə başlayır. 250 km uzunluğu, 4 km eni olan Koreya silahsızlaşdırılmış zonası minalanmış ərazilərdə yerləşdiyindən ərazidə xidmət aparmaq çətin sayılırdı.[2]
Koreya silahsızlaşdırılmış zonasında xidmət aparan zaman yaxınlıqda yerləşən kəndə getmək üçün komandanlıqdan icazə istəsədə, istədiyi icazəni ala bilmir və saxta sənədlə kəndə yollanır. Həmin kənd Amerikan əsgərlərinin əyləncə və istirahət məqsədləri üçün istifadə etdikləri ərazidə yerləşirdi və hərbçilər ora növbəli prinsipi ilə buraxılırdılar. Dresnokun icazəsiz kəndə getdiyi məlum olduqdan sonra ona barəsində daha yuxarı komandanlığa məlumat veriləcəyi və cəzalandırılacağı bildirilir.
Tribunal tərəfindən cəza ala biləcəyindən əsəbləşən Dresnok 1962-ci ilin 15 avqust tarixində hərbçilər nahar yeməyində olan zaman Koreya silahsızlaşdırılmış zonasında Şimali Koreya tərəfə doğru hərəkət etməyə başlayır. Hər iki tərəfin atəş açmasına baxmayaraq, Dresnok minalanmış sahəni xəsarət almadan keçməyi bacarır və dərhal Şimali Koreyalı hərbçilər tərəfindən həbs olunur. Şimali Koreyalı hərbçilər ilk öncə Dresnoku öldürmək istəsələrdə, komandirlərinin əmri ilə onu həbs edirlər və hərbçi təcili şəkildə paytaxt Pxenyana göndərilir.[2]
Şimali Koreyada həyat
redaktəPxenyan şəhərinə gətirilən Dresnok burada xüsusi istinaq komitəsi tərəfindən dindirilir. Koreya silahsızlaşdırılmış zonasını keçməkdə əsas məqsədi, Şimali Koreya haqqında nə bildikləri soğrulanır. Yüksək rütbəli hərbçi olmadığından qısa zamanda Dresnokun xüsusi bilgilərə sahib olmadığı və xüsusi bir məqsədlə qarşı tərəfə keçmədiyi müəyyənləşir. Müsahibələrinin birində koreya silahsızlaşdırılmış zonasını keçməsini belə təsvir etmişdir; həyatda hər bir şeydən bezmişdim. Uşaqlığımdan, evliliyimdən, hərbi həyatımdan, bir sözlə hər bir şeydən.
Mənim üçün tək yol çıxıb getmək idi. — deyə Dresnok müsahibəsində bildirir. Müsahibənin davamında bildirir; 15 avqust günorta vaxtı, bütün şəxsi heyət yeməkdə olan zaman qarşı tərəfə keçmək qərarı verdim. Qorxdunmu ? Bəli çox qorxmuşdum. Sağ qalıb-qalmayacağımdan əmin deyildim. Minalanmış ərazini keçən zaman tərləmişdim və qarşı tərəf məni ələ keçirən zaman nə edəcəklərindən tam əmin deyildim. Bununlada həyatımın yeni bir mərhələsinə başlamış oldum. — Dresnok müsahibəsini tamamlayır.[2]
Dresnokun qarşı tərəfə keçməsindən bir müddət sonra Lari Allen Abşir adlı başqa bir amerikan hərbçisi də, koreya silahsızlaşdırılmış zonasını keçərək, şimal tərəfə təslim oldu. Həmin dövr ərzində şimal tərəfə keçərək təslim olmuş ABŞ ordusunun dörd hərbçisi olmuşdur. Şimali Koreya sərhəd ərazisini keçən şəxslərin, ilk öncə xüsusi şəkildə təlimatlandırılmış şəxslər olduğunu zənn etəsədə, qısa zamanda hərbçilərin müxtəlif problemlər səbəbindən bu addımı atdıqları ortaya çıxdı. Ceyms Dresnok, Lari Abşir, Cerri Perriş və Carlz Cenkinsdən ibarət olan amerikalı hərbçilər Şimali Koreya tərəfindən təbliğat video və qəzet materiallarında istifadə edilməyə başlandı.
Dresnok sərhəd xəttini keçdikdən bir necə ay sonra koreya silahsızlaşdırılmış zonasının Şimali Koreya tərəfindən ABŞ hərbçilərinə səsgücləndirici ilə ingilis dilində səslənməyə başladı. Dresnok oxuduğu mətndə, azad və firavan həyatın Şimali Koreyada olduğunu, hərbçilərin qarşı tərəfə keçəcəcəyi təqdirdə onların ev, iş və həyat yoldaşları ilə təmin ediləcəkləri vədləri verilirdi. Dörd amerikan hərbçisi bir necə il Şimali Koreyada yaşadıqdan sonra öz ölkələrinə geri qayıtmaq qərarına gəldilər.
Bu məqsədlə 1966-cı ildə Pxenyanda yerləşən SSRİ səfirliyinə gedərək, rəsmi Moskvaya sığınmaq tələblərinin olduqlarını və onlara ölkədə çıxmaqda köməklik göstərməklərini istədilər. Sovet diplomatlar, keçmiş amerikalı hərbçilərin bu əməlləri barədə yerli dövlət məmurlarını məlumatlandırdı onlara sığınacaq verməkdən imtina etdi.[2] Hadisədən bir müddət sonra, Dresnok ömrünün sonuna qədər Şimali Koreyada yaşamaq qərarını verdi.
İlk illər Şimali Koreyadakı həyata özünü öyrəşdiyə bilməyən Dresnok bir müddət sonra cəmiyyətə inteqrasiya olmağa başladı. Koreya dilini öyrəndi və Şimali Koreyanın bir çox təbliğat filmlərində rol aldı. 1978-ci ildən etibarən çəkilməyə başlayan Ağılsız qəhrəmanlar filmində Şimali Koreyadakı ideyaları məhv etməyə çalışan mənfi obrazı canlandırdı. Cəmiyyət tərəfindən filmdə canlandırdığı Artur adı tanınmış və rəğbət görmüşdür. Dresnok filmlərlə yanaşı Kim İr Senin kitablarını ingilis dilinə tərcümə etməklə də məşğul olmuşdur.[2][12]
Ceyms Dresnok bütün müsahibələrində Şimali Koreyadakı həyatından məmun olduğunu və heç bir halda buradan çıxmaq istəmədiyini bildirmişdir. 1966-cı ildə Pxenyanda yerləşən SSRİ səfirliyinə getməkdə səhv etdiyini və həmin addımı digər amerikalı hərbçilərin təsiri ilə atdığını əlavə etmişdir. Dresnok tez-tez Şimali Koreya aclığı zamanı ona göstərilən münasibətdən bəhs edir. 1994–1998-ci illərdə Şimali Koreya aclığı zamanı 2.5 milyon insanın ərzaq çatışmazlığı səbəbindən öldüyü təxmin edilir. Dresnok həmin dövrdə onun hər gün yeməklə təmin olunduğunu və aclığı hiss etmədiyini bildirmişdir. Ölkədə aclığ davam edən zaman niyə bir amerikalının yezdirilməsi bu qədər zəruridir ? Çünki böyük rəhbər heç bir zaman öz diqqətini və qayğısını mənim üzərimdən əskik etməmişdir. İnanıram ki, dövlət ölən günümə qədər mənim yeməyimi verməyə davam edəcək. — deyə Dresnok müsahibəsində bildirir.[13]
Şəxsi həyatı və evililik
redaktə1959-cu ilin dekabr ayında Dresnok Nyu-York ştatında Ketlin Rinqvud adlı 19 yaşlı amerikalı qızla evlənmişdir.[14] Sərhəddi keçmək sənədli filmində Ketlin Rinqvuda sadiq olduğunu, hərbi xidməti ilə ələqədar Qərbi Almaniyaya göndərildiyini bildirmişdir. Qərbi Almaniyada iki il xidmət etdikdən sonra geri qayıtmış və Ketlinin başqa bir şəxslə yaşadığını öyrənmişdir. Dresnok sənədli filmdə onu çox sevdiyimdən, 2 il ərzində ona heç bir xəyanət etmədim — deyə bildirmişdir. Ketlin barəsində danışarkən sevinirəm ki, onu hamilə buraxmamışam. Mən heç bir zaman öz övladlarımı atıb getməzdim — deyə əlavə etmişdir. Bununlada Dresnok uşaqlıq dönəmində atasının onu atıb getdiyinə və uşaq evinə qoyarkən, geriyə qayıdacağına söz verməsinə baxmayaraq, bir daha geri dönməməsini xatırlatmışdır. 1962-ci ilə qədər evli qalan çütlük, Dresnokun Koreyaya ezam olunmasından sonra rəsmən boşanmışdır.[15]
Ceyms Dresnok Şimali Koreyada yaşadığı müddət ərzində iki dəfə ailə həyatı qurmuşdur. Rumın bir qadın olan Doina Bumbea ilə evləndikdən sonra Ted Rikardo Dresnok və Ceyms Qabriel Dresnok adlı iki övladları dünyaya gəlmişdir. Ted 1980-ci ildə, Ceyms isə 1982-ci ildə dünyaya gəlmişdir. Doina Bumbeanın Şimali Koreyaya gəlişi müəmmalıdır.[16] Bəzi mənbələr onun Rumıniya səfirliyində çalışan zaman gizli xidmət tərəfindən qaçırıldığını və paytaxta gətirildiyini iddia edir. Dresnok isə ikinci həyat yoldaşı ilə Pxenyanda yerləşən və xaricilər üçün nəzərdə tutulmuş restoranların birində tanış olduğunu və münasibətə oradan başladığını iddia etmişdir.[17][18] Doina Bumbea 1997-ci ildə ağciyər xərçəngindən vəfat etmişdir. Vəfatına qədər Dresnok ilə evli qalmışdır.[19][20][21]
İkinci həyat yoldaşının vəfatından sonra Dresnok koreyalı qadın və toqolu diplomatın övladı bir qadınla üçüncü dəfə evləndi. 2001-ci ildə çütlüyün Toni adlı övladları dünyaya gəldi. Bu dövrdən etibarən Dresnokun səhətti pisləşməyə başlamışdır. Gündəlik şəkildə siqaret çəkməsi və artıq çəkidən əziyyət çəkməsi səbəbindən sağlamlığında ciddi problemlər yaranan Dresnok 2006-cı ildən etibarən həkim nəzarətində yaşamağa başlamışdır. Dresnok Pxenyan şəhərində dövlət tərəfindən verilən kiçik mənzildə yaşamışdır.
Pxenyan Xarici Dillər Universitetində ingilis dili müəllimi kimi çalışan Dresnokun ikinci evlilikdən olan oğlu Ceyms Şimali Koreya ordusunda xidmət keçmişdir.[22] 2016-cı ildə kapitan rütbəsi alan Ceymsdə, atası kimi bəzən dövlətin təbliğat filmlərində mənfi obrazlı amerikan personajlarını canlandırmaqdadır. Dresnokun hər iki oğlu Pxenyanda yaşayır və koreyalı qadınlarla evləniblər.[23]
2017-ci ilin aprel ayında qərb mətbuatında Ceyms Dresnokun ölümü ilə bağlı xəbərlər yayımlanmışdır.[24] 2017-ci ilin avqust ayında oğlu tərəfindən verilən məlumatda atası Ceyms Dresnokun 2016-cı ilin noyabr ayında paytaxt Pxenyan şəhərində sağlamlığında yaranmış problemlər səbəbindən vəfat etdiyi təsiqlənmişdir. 75 yaşında vəfat edən Dresnokun dəqiq ölüm tarixi məlum deyil.[7][25]
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "The Americans Who Chose To Live in North Korea". BBC. December 7, 2016 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 7 Anderson, Robert G.; Morgan, Casey. "An American in North Korea". 60 Minutes. January 28, 2007. August 10, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 21, 2007.
- ↑ World Documentary Competition, "Crossing the Line" (2006) Arxiv surəti 4 mart 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib mart 4, 2007, at the Wayback Machine 2007 Sundance Film Festival. Accessed January 28, 2007.
- ↑ Frederick, Jim; "In from the Cold" Arxiv surəti 4 sentyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib sentyabr 4, 2007, at the Wayback Machine, Time, November 4, 2004. Accessed January 28, 2007.
- ↑ Russell, Mark, An American in North Korea, Pledging Allegiance to the Great Leader, New York Times, October 19, 2006, 25 January 2016 tarixində arxivləşdirilib, İstifadə tarixi: January 28, 2007
- ↑ Full Cast and Crew for Crossing the Line Arxiv surəti 14 mart 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib mart 14, 2007, at the Wayback Machine, IMDb profile. Accessed January 28, 2007.
- ↑ 1 2 "Sons confirm death of US soldier James Dresnok, who defected to North Korea". The Guardian. Agence France-Presse. 21 August 2017. 21 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2017.
- ↑ "A U.S. soldier who defected to North Korea in 1962 has died, his Pyongyang-born sons say". The Washington Post. 21 August 2017. 21 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2017.
- ↑ Joseph Dresnok I (1917–1978) was born on February 3, 1917 and died in March 1978 according to the Social Security Death Index
- ↑ Man Hopes His Brother Alive Arxiv surəti 5 fevral 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib fevral 5, 2007, at the Wayback Machine; Thursday January 18, 1996
- ↑ Sweeney, John. North Korea Undercover: Inside the World's Most Secret State (ingilis). Pegasus Books. 2015. səh. 123. ISBN 9781605988030. İstifadə tarixi: 21 August 2017.
- ↑ Spiller, Penny. "Last US defector in North Korea". BBC News. January 23, 2007. February 8, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 1, 2009.
- ↑ "An American in North Korea, Pledging Allegiance to the Great Leader". The New York Times. October 19, 2006. January 25, 2016 tarixində arxivləşdirilib.
- ↑ Virginia, Marriage Records, 1936–2014
- ↑ Virginia, Divorce Records, 1918–2014
- ↑ "N. Korea kidnap victim's brother wants Pyongyang to come clean". Bangkok Post. mart 17, 2014. avqust 23, 2017 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Ministerul Afacerilor Externe". mae.ro. February 27, 2012 tarixində arxivləşdirilib.
- ↑ "Japonia mizează pe ajutorul României, în relaţia cu Phenianul pe tema răpirilor". REALITATEA.NET. December 28, 2015. February 9, 2011 tarixində arxivləşdirilib.
- ↑ Cain, Geoffrey. "Political kidnappings, North Korean style". USA Today (ingilis). December 26, 2014. 22 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2017.
- ↑ "Romanian Woman Kidnapped by N. Korea in 1978" Arxiv surəti 22 iyun 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib iyun 22, 2011, at the Wayback Machine, The Chosun Ilbo, March 22, 2007. Accessed November 13, 2010.
- ↑ "Romanian brother of Pyongyang abductee visits" Arxivləşdirilib 2012-07-17 at Archive.today, The Japan Times, April 21, 2007. Accessed November 13, 2010.
- ↑ "White North Koreans, sons of 1960s defector, defend Kim Jon Un online". dailymail.co.uk. September 18, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 15, 2017.
- ↑ Broinowski, Anna. "The Australian who shot a North Korean propaganda film". BBC News. 21 January 2016. April 23, 2017 tarixində arxivləşdirilib.
- ↑ O'Carroll, Chad. "Jim Dresnok, American who defected to N.Korea in 1962, died in 2016". NK News - North Korea News. 10 April 2017. 10 April 2017 tarixində arxivləşdirilib.
- ↑ "A U.S. soldier who defected to North Korea in 1962 has died, his Pyongyang-born sons say". The Washington Post. 21 August 2017. 21 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2017.