Cincer Ve Fred Film 1986 - Wikipedia
"Cincer və Fred" (it. Ginger E Fred) — rejissor Federiko Fellininin filmi.
Cincer və Fred | |
---|---|
it. Ginger e Fred | |
Janr | komediya-dram, LGBT mövzulu film[d], komediya filmi |
Əsas mövzu | LGBT mövzulu film[d] |
Rejissor | |
Ssenari müəllifləri | |
Baş rollarda | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 1985, 13 fevral 1986[1] |
Müddət | 122 dəq. |
Ölkələr | |
Dil | italyan dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Roma |
IMDb | ID0091113 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktə1950-ci illərdə rəqqaslar Ameliya Bonetti və Pino Botiçelli səhnədə sevilən duetlərlə çıxış etmişdirlər. Onlar özlərinə əfsanəvi Hollivud step rəqqasları Cincer Rocers və Fred Asterin təxəllüslərini götürmüşdülər.
Bu hadisələrdən 30 il keçmişdir. Keçmiş tərəf-müqabillər bir-birilərindən çoxdan uzaqlaşıblar. Hərəsi öz şəxsi həyatını yaşayır. Lakin onlara cavanlıqlarında olan müvəffəqiyyətlərini bir daha yoxlamaq qismət olmamışdır. Elə bu vaxt onlara gözlənilməz şans verilir. Amelio və Pino Yeni İl bayramına həsr olunmuş televiziya şousunda çıxış etməyə dəvət olunurlar. Lakin illər keçib və ayaqları onların sözünə baxmır. Buna baxmayaraq onlar özlərini toplayıb səhnəyə çıxmalıdırlar. Tamaşa zamanı Pino yıxılır, amma tərəf-müqabilinin dəstəyi ilə ayağa qalxır və öz çıxışını tamamlayır.
Film haqqında
redaktə- Cincer Rocers onun adından icazəsiz istifadə edildiyi üçün Federiko Fellinini məhkəməyə verməyə hazırlaşırdı.
Mükafatlar və nominasiyalar
redaktəMükafatlar
redaktə1986-cı ilin "Devid di Donatello" mükafatı:
redaktə- Ən yaxşı aktyor – Marçello Mastroyanni
- Ən yaxşı geyim dizaynı – Danilo Donati
- Ən yaxşı musiqi – Nikola Piovani
- "Rene Kler" adına mükafat – Federiko Fellini
- Ən yaxşı aktyor – Marçello Mastroyanni
- Ən yaxşı aktrisa – Cülyetta Mazina
- Ən yaxşı geyim dizaynı – Danilo Donati
- Ən yaxşı rəssam – Dante Feretti
- Qran-Pri – Federiko Fellini
Nominasiyalar
redaktə- Xarici dildə ən yaxşı filmə görə – Federiko Fellini, Alberto Qrimaldi
1987-ci ilin "Qızıl Qlobus" mükafatı:
redaktə- Xarici dildə ən yaxşı filmə görə
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifləri : Federiko Fellini, Tonino Querra, Tullio Pinelli
- Rejissor : Federiko Fellini
- Operatorlar : Tonino Delli Kolli, Ennio Qvarniyeri
- Rəssam : Dante Feretti
- Bəstəkar : Nikola Piovani
- Prodüser : Alberto Qrimaldi
Rollarda
redaktə- Cülyetta Mazina – Ameliya Bonetti ("Cincer")
- Marçello Mastroyanni – Pippo Bottiçella ("Fred")
- Franko Fabrisi – şounun aparıcısı
- Frederik Ledebur – admiral Aulenti
- Auqusto Pedorosi
- Martin Mariya Blau – rejissor köməkçisi
- Jak Anri Lartiq]] – Cerolamonun qardaşı
- Toto Minyone – Toto
- Esio Marano
- Antuan Sen Jan
- Fridrix Tun
- Antonio Yuorio
- Barbara Skoppa
- Elizabetta Flümeri
- Salvatore Billa
- Caynestra Spinola
- Stefaniya Marini
- Françesko Kasale
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Cincer və Fred — Internet Movie Database saytında
- Cincer və Fred TCM Movie Database saytında
- Cincer və Fred AllMovie saytında