Cirdek - Wikipedia
Cirdək — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd.[2]
Cirdək | |
---|---|
40°43′13″ şm. e. 45°34′28″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimikası
redaktəCir (qədim türk dillərində çir) Azərbaycan dilinin dialekt və şivələrində "kiçik, balaca" mənasında işlənmişdir. -dək məkan, yer bildirən şəkilçidir. Oykonim "kicik, balaca yaşayış yeri" mənasını bildirir. Kənd həqiqətən də sahəsinə görə cox kiçikdir.[3]
Tarixi
redaktəTarixi abidələri
redaktəKənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
redaktəKənd Tovuz şəhərinin mərkəzindən 35 km aralıda, Tovuz-Böyük Qışlaq yolunun üzərində, dağlıq ərazidə yerləşir. Kənd dörd bir yandan dağ və meşələrlə əhatə olunmuşdur. Kəndin içməli suyunu bulaqlar təşkil edir. Cirdək kəndi Qandalar, Kazımlı, Çatax, Hacılar, Saladınlı kəndləri ilə həmsərhəddir.
Kənddə havanın orta illik temperaturu 8-13 C, yanvarda -5-4 C, iyulda isə 18-25 C dərəcə arasında dəyişir. Orta illik nisbi rütubəti 71 %-dir. Yağıntının illik miqdarı 400–700 mm-dir.
Kəndin yer adları: Qız Dağı, Kalafalıq, Göyəmli, Kəmər Qayası, Böyük Qaya, Hərrəmələr, Qamışlı, Cilli, Quşburnu, Dovşançalan, Arxac, Çökək, Qırmızı Qaya, Balacırım, Böyükcırım
Əhalisi
redaktəİl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 283 | 134 | 149 |
2009[5] | ↗285 | ↗148 | ↘137 |
İqtisadiyyatı
redaktəCirdək kəndinin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bostançılıq, bağçılıq, taxılçılıq, heyvandarlıq və arıçılıq kənd təsərrüfatının mühüm sahələridir.
Mədəniyyəti
redaktəKənddə Cirdək kənd kitabxana filialı,[6] Cirdək kənd klubu[7] fəaliyyət göstərir.
Təhsil
redaktəKənddə təhsil müəssisəsi mövcud deyil.
Din
redaktəKənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənd ərazisində ziyarətgah olan Hacı Mirbağırın ocağı var.
Səhiyyə
redaktəKənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
redaktə- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=107.
- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- ↑ Cirdək // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 125. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 158.
- ↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 211". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.