Ciruft Medeniyyeti - Wikipedia
Ciruft mədəniyyəti — Erkən Tunc dövrünə (e.ə. III minillik) aid arxeoloji mədəniyyəti. İndiki İranın Sistan və Bəlucistan və Kirman ostanlarında yerləşir.
Qazıntılar
redaktəBu mədəniyyət haqqındakı məlumat, xüsusilə Xəlil çayı hövzəsindəki Ciruft yaxınlığındakı Konar Sandal başda olmaqla Sistan və Bəlucistan, Kerman bölgələrində son zamanlarda kəşf edilən bir sıra ərazilərdə aparılan çox millətli arxeoloji qazıntılara dayanmaqdadır. Bu sahədə ən azı 12 ədəd yer qazılmışdır, ən qədiminin 7 min yaşında olduğu düşünülür. Digər mühüm yerlər Şehr-i Suhta (Yanıq şəhər), Bambur təpə, Espidej, Şahdad, İblis və Yahya təpədir.
Bu mədəniyyətdə qazıntılara Cənubi Azərbaycanlı Yusif Məcidzadə rəhbərlik etmişdir. Onun bildirdiklərinə görə bu mədəniyyət Hind vadisi mədəniyyəti ilə Elam mədəniyyətinin arasında mövcud olmuşdur. Onun versiyasına görə, Ciruft mədəniyyəti itmiş Aratta krallığının qalığıdır. Lakin bir çox arxeoloqlara görə bu versiya əsassızdır. Daniel. T. Potts, Piotr Steinkeller kimi arxeoloqlar isə Konar Sandal kimi abidələrə əsaslanaraq bu mədəniyyətin Elam mədəniyyətinin bir hissəsi olaraq qəbul edilməsinni daha düzgün olacağını bildirirlər.
Şəkillər
redaktə-
Ciruftda tapılmış klorit vaza
-
Təbrizin Azərbaycan muzeyində saxlanılan,Ciruft regionunda tapılmış AD üçüncü minillik tarixli daş çəkilər
Ədəbiyyətı
redaktə- Jiroft, Fabuleuse Decouverte en Iran, Dossiers Archeologica 287, October 2003.
- Yousef Mazidzadeh, Jiroft earliest oriental civilization (2004).
- O. White Muscarella, Jiroft and «Jiroft-Aratta»: A Review Article of Yousef Madjidzadeh, Jiroft: The Earliest Oriental Civilization, Bulletin of the Asia Institute 15 (2005) 173—198.
- Andrew Lawler, Ancient Writing or Modern Fakery?, Science 3 August 2007: Vol. 317. no. 5838, pp. 588-589.
- Andrew Lawler, Iranian Dig Opens Window on New Civilization, Science 21 May 2004: Vol. 304. no. 5674, pp. 1096-1097.
- M.R. Maheri The Early Civilizations Of Kerman (تمدّن های نخستین کرمان), Markaze Kerman Shenasaee (2000), 1st edition, ISBN 964-6487-21-1