Clash Royale - Wikipedia
Clash Royale — "Supercell" şirkəti tərəfindən yaradımış və nəşr edilmiş real zamanlı, pulsuz, çox oyunçulu videooyun.[1] Oyun stolüstü kart oyunları, qala müdafiəsi və MOBA oyunlarından olan elementləri özündə birləşdirir.[2][3][4] Oyun dünya miqyasında 2 mart 2016-cı ildə buraxılıb.[5][6] "Clash Royale" oyun bazarında bir ildən az müddətdə 1 milyard dollar gəlir əldə edib.[7] "Sensor Tower" şirkətinin məlumatına görə "Clash Royale" oyunun üç il ərzində qazandığı gəlir 2.5 milyard dollardır.[8] Bu "Clash of Clans" oyunun ilk spin-off seriyasıdır.
Clash Royale | |
---|---|
Hazırlayan | Supercell |
Yayımlayan | Supercell |
Buraxılış tarixi | 2 mart 2016 |
Sonuncu versiya |
|
Sonuncu beta-versiya |
|
Janr | qala müdafiəsi[d], Real zamanda strategiya, kütləvi çoxoyunçulu onlayn oyun[d], strategiya video oyunları |
Texniki məlumat | |
Platforma | Android, iOS |
Oyun rejimi | çoxnəfərli oyun |
Daşıyıcı | rəqəmsal yükləmə[d], rəqəmsal distribusiya |
İdarəetmə | sensor ekran |
Rəsmi saytı Rəsmi saytı |
Oynanış
redaktəOyunda gümüş, qızıl, nəhəng, sehrli, epik, əfsanəvi kral sandığı, tac sandığı, turnir sandığı əfsanəvi sandıq var. Bu sandıqlar oyunun sonunda tapıla bilər və ya qiymətli daşlarla satın alına bilər. Bu sandıqlardan alacağınız kartlarla 8 kart destesi yaradaraq digər onlayn oyunçularla eyni vaxtda döyüşə biləcəyiniz bu oyunda maksimum 50 nəfərlik klanlar da var.Döyüş kuboklarını toplaya bilərsiniz. Oyunda 5 növ kart növü var: Ümumi, Nadir, Epik Əfsanəvi və Çempion. Oyunun məqsədi oyunun sonunda daha çox qüllələri məhv etməkdir. Kral qülləsini dağıdan tərəf birbaşa oyunda qalib gəlir. Oyunun ümumi vaxtı 3 dəqiqədir. Əgər 3 dəqiqədən sonra hər iki oyunçu eyni sayda qüllələri dağıtsa və ya məhv etməsə, oyuna əlavə 2 dəqiqə əlavə olunacaq. Bu 2 dəqiqə ərzində istənilən qülləni dağıdan tərəf qalib gəlir. 3 dəqiqədən sonra heç kim qalib gəlməzsə, oyun dayandırılır. Həyat qüllələrdən azalmağa başlayır. Ən az həyat qabiliyyəti olan qüllə məhv edilir. Qarşı tərəf qalib gəlir. Oyunu qələbə ilə başa vuran oyunçu rəqibin kuboklarının sayından asılı olaraq kubok alır.
Oyunun buraxılışı
redaktəOyun 4 yanvar 2016-cı ildə Kanada, Honq-Konq, Avstraliya, İsveç, Norveç, Danimarka, İslandiya, Finlandiya və Yeni Zelandiyada iOS platformaları üçün buraxılıb. Oyun 16 fevral 2016-cı ildə eyni ölkələrdə Android proqramları paketi olaraq Android-də buraxıldı. Hər iki platforma üçün 2 mart 2016-cı ildə qlobal buraxılış aldı. Buraxıldıqdan sonra Clash Royale ABŞ-nin iOS App Store-da ən çox yüklənən və ən çox gəlir gətirən oyun oldu.
İstinadlar
redaktə- ↑ Grundberg, Sven; Rossi, Juhana (March 8, 2013). "Finland's Newest Hit Maker: Supercell" Arxivləşdirilib 2017-09-06 at the Wayback Machine. The Wall Street Journal. Retrieved January 14, 2016.
- ↑ Renaudin, Clement (February 8, 2016). "Supercell's mix of TCG and MOBA Clash Royale set for global release in March" Arxivləşdirilib 2017-01-11 at the Wayback Machine. Pocket Gamer. Retrieved March 14, 2016.
- ↑ Squires, Jim (January 4, 2016). "Clash of Clans Goes MOBA in Clash Royale" Arxivləşdirilib 2021-01-19 at the Wayback Machine. Gamezebo. Retrieved March 14, 2016.
- ↑ Hodapp, Eli. "'Clash Royale' Review – A Hybrid of Card Games, RTS, MOBA, and Awesome". TouchArcade. March 2, 2016. August 13, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 14, 2016.
- ↑ (March 2, 2016). Clash Royale: Now available EVERYWHERE! Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. Supercell. Retrieved March 14, 2016.
- ↑ Saxena, Himalaya. "Released* Release Date of Clash Royale in US, UK and other countries -Gammerson". Gammerson (ingilis). January 4, 2016. January 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2017.
- ↑ "Supercell's Clash Royale reaps $1 billion in its first year | GamesBeat". venturebeat.com (ingilis). February 16, 2017. August 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 18, 2017.
- ↑ Fogel, Stefanie. "'Clash Royale' Made $2.5 Billion in Revenue in Three Years (Analyst)". Variety (ingilis). 2019-03-05. 2019-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-19.