Con Popl - Wikipedia
1998-ci ildə kimya üzrə Nobel mükafatçısı
Con Popl | |
---|---|
ing. Sir John Pople | |
Doğum adı | John Anthony Pople |
Doğum tarixi | 31 oktyabr 1925[2][3][…] |
Vəfat tarixi | 15 mart 2004[2][3][…] (78 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qaraciyər xərçəngi[2] |
Elm sahələri | nəzəri kimya[d][1], kvant kimyası[d][1], kimya |
Elmi dərəcəsi |
|
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbərləri | Con Edvard ,Lennard Cons |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Con Popl 1925-ci ilin oktyabrın 31-də Böyük Britaniyada anadan olmuşdur. Özünün bütün dərəcələrini Kembric universitetində almışdır, o cümlədən 1951-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsini. Pensilvaniya ştatında (ABŞ) Karnegi Mellona universitetində 1964-1974-cü illərdə kimyəvi fizika üzrə Karnegi-prefessor və 1974-1991-ci illərdə təbiət elmləri üzrə Con-Kristian-Uorner-professor işləmişdir. 1991-ci ildən Şimali-Qərb universitetində işləmişdir. 2004-cü ilin martın 15-də vəfat etmişdir. Popl London Kral cəmiyyətinin üzvü, ABŞ-nin Milli elmlər akademiyasının xarici üzvü, Avstraliya elmlər akademiyasının müxbir üzvü olmuşdur. 1977-ci ildə Amerika kimya cəmiyyətinin Laynus Polinq mükafatına, 1988-ci ildə Kral cəmiyyətinin Devi medalına və 1992-ci ildə İsrailin Volf mükafatına layiq görülüb.
İstvan Xarqitti 1995-ci ildə Evanstonda Poplun kabinetində müsahibə almış və onu “Kimya həmsöhbəti” (The Cemical Intelligencer. 1197, 3(3), 14-19) jurnalında çap etdirib.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 Sir John A. Pople // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 3 4 A.D. Buckingham, Buckingham D. Sir John Anthony Pople. 31 October 1925 -- 15 March 2004: Elected FRS 1961 (ing.). // Biogr. Mem. Fellows R. Soc. / J. T. Stuart The Royal Society, 2006. Vol. 52, Iss. 0. P. 299–314, 299. ISSN 0080-4606; 1748-8494 doi:10.1098/RSBM.2006.0021
- ↑ 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
- ↑ Obituaries of note (ing.). // Tampa Bay Times St. Petersburg: Times Publishing Company, 2004. ISSN 2327-9052; 2641-4643
- ↑ Obituary: John A. Pople. Şimal-Qərb Universiteti, 2004.