Dunyalarin Muharibesi Radiotamasa - Wikipedia
"Dünyaların müharibəsi" — Orson Uells tərəfindən yaradılan "The Mercury Theatre on the Air" radiodram antologiyasına aid radiotamaşa. 30 oktyabr 1938-ci il tarixində Hellovin epizodu kimi Columbia Broadcasting System radioşəbəkəsi tərəfindən yayımlanmışdır. Radiotamaşa Herbert Uellsin "Dünyaların müharibəsi" (1898) romanı əsasında yaradılmışdır. Efirə verildiyi zaman izləyicilərin sayının az olmasına baxmayaraq, radiotamaşa ABŞ əhalisində kütləvi panikaya səbəb olmuşdur.[1]
Süjet xətti
redaktə1938-ci ilin Hellovin bayramı ərəfəsində "Mercury Theatre" radiodramının aktyorları Herbert Uellsin "Dünyaların müharibəsi" romanını özlərinin 1 saatlıq radioproqrammına daxil etmək qərarına gəlmişdilər. Ardınca eyniadlı radiotamaşanın efirə gedəcəyi barədə anons verilmişdir. Anons zamanı romanın proloqunu Orson Uells gələcəkdən gəlmiş insan obrazında səsləndirmişdir. Radiotamaşada hadisələr 1939-cu ilin Nyu-Cersisində cərəyan edir. Saatın əvvəlində artistlərdən biri radiotamaşanın başlamasını elan etmiş, bundan sonra hava proqnozu, daha sonra "Ramon Rakello və orkestri"nin (əslində orkestrə Bernard Herman rəhbərlik etmişdir) konserti başlamışdır. Tezliklə musiqinin səsi Marsın səthində qəribə partlayışların müşahidə olunması xəbərilə kəsilir. Daha sonra Prinston universitenin məşhur professoru-astronom Riçard Pirson (Orson Uells tərəfindən səsləndirilmişdir)Marsda həyatın olmasını təkzib etmişdir. (Orson Uells tərəfindən səsləndirilmişdir) Konsert davam etmiş, lakin tezliklə yenidən xüsusi xəbər buraxılışı ilə əlaqədar yarımçıq saxlanılmışdır. "CBS"nin müxbiri Karl Filips hadisələrin baş verdiyi yerdən Nyu-Cersi dairəsinin Qrovers-Mill adlı ərazisinə metal silindrə bənzər bir şeyin yerə endiyini bildirmişdir. Silindrdən nəhng döyüş maşının peyda olması və isti şüaları ilə ətrafdakə hər şeyə külə çevirməsi barədə məlumat verilmişdir. Ardınca yadplanetlərin dağıdıcı hücumları, marslıların nəhəng döyüş maşınlarının Nyu-Yorkdan səmaya zəhərli tüstü buraxması, ABŞda və dünyanın digər yerlərində baş verənlər barədə məlumatlar bir-birini ard-arda əvəz etmişdir. Filips və başqaları qaçmağa başlayır və əlaqə dərhal kəsilir. Daha sonra radiostudiya ilə əlaqə saxlayan professor Pirson marslıların texniki durumu barədə mülahizələr aparmış, Nyu-Cersi ABŞ Milli Qvardiyasının başçısı Montqomeri Smit Merser və Midleks dairələrindəki hərbi vəziyyət barədə məlumat verərək dörd milli qvatdiya birləşmələrini Trentondan Qrovers-Mill istiqamətinə dinc sakinlərin evakuasiyası üçün göndərilməsini əmr etmişdir.
Həmin gün verilişin diktoru Frenk Ridik idi. O 1937-ci ilin 6 mayında nəhəng "Hindenburq" drijablının məhvi barədə Herbert Morrisonun radioreportajını ətraflı şəkildə araşdırmış və oradakı kimi real hadisənin şahidi kimi səs tonundan istifadə etmişdir.
Diktor gərginliyi daha da artırmağa davam etmişdir. "Marslılar Nyu-Cersi ştatının orta hissəsini nəzarət altında saxlayırlar. Kommunikasiya xətləri Pensilvaniyadan Atlantik okeana qədər məhv edilmişdir. Dəmiryolu xətləri dağıdılmış, Nyu-York və Pensilvaniya arasındakı məlumat mübadiləsi dayanmışdır. Şosse qaçan insanlarla doludur"….
"Merkuri" radiodramının aktyoru Kenni Delmar ABŞ prezidentinin səsini əla imitasiya etmə qabiliyyətinə sahib idi. Lakin həmin dövrdə radiostansiya prezident Franklin Ruzveltin müraciətini imitasiya etməyi qadağan etsə də, Delmar buna önəm verməmişdir. O Franklin Ruzveltin səsi ilə xalqa müraciət edərək panikaya düşməməyə və sakit hərəkət etməyə çağırmışdır. Ardınca marslıların insanlar deyil, Yer kürəsindəki bakteriyalar tərəfindən məğlub edilməsi bildirilmişdir. Vəziyyətin daha qəlizləşdiyini görən Den Seymur radioburaxılışı dayandırmış və insanlara "CBS" radiosunun Herbert Uellsin "Dünyaların müharibəsi" romanı əsasında Orson Uells tərəfindın hazırlanmış radiotamaşanın verildiyini xatırlatmışdır. Sonda Orson Uells hamını "Hellovin" bayramı münasibətilə təvrik etmişdir.
Reaksiya
redaktəQəzetlərin verdiyi məlumata əsasən, həmin vaxt radiotamaşanı təxminən 6 milyon nəfərə yaxın insan dinləmiş, təqribən 1/5 hissəsi isə bütün bunların real xəbər buraxılışı olmasını zənn etmişdilər. Çoxları proqramın əvvəlində söyləniləcək uydurma hadisələr barədə xəbərdarlığını eşitməmişdir. (həmin vaxt çoxu saatın əvvəlində verilən xəbərləri dinləməyə üstünlük vermiş, ya da konsertə qulaq asmışdır)"Mercury Theatre on the Air" radiodramı həmin müddətdə sponsorsuz yayımlanırdı. Radiotamaşanın doğurduğu rezonansdan "Campbell Soup" şirkəti sponsorluq etməyə başlamış və proqram 6 ay "The Campbell Playhouse" adı altında yayımlanmışdır. Proqramın 40-cı dəqiqəsində diktorun baş verənlərin uydurma olması barədə məlumat verməsinə baxmayaraq, artıq çoxları nəinki radionu dinləmirdi, artıq əllərində silahlarla evlərinin zirzmilərində əşyalarını yığaraq daldalanmağa başlamışdılar. Ölkənin Silahlı qüvvələrindən gəlmələri məhv etməyi, ya da hamıya silah paylanılmasını tələb etmişdilər. Bundan başqa. hətta silahlanmış insan dsətələri yadpalentlərlə mübarizədə yardımçı olmaq üçün polis məntəqələrinə köməyə gəlmişdilər. Telefon xətləri həmin gecə 5 dəfə yüklənmiş, Nyu-Yorkdan 100 km uzunluğunda avtomobil tıxacı başlamışdır. Təkcə 15 dəqiqə ərzində Nyu-York polisi 2000-dən çox çağrı zəngi qəbul etmişdir. Nyu-Cersiyə isə Milli Qvardiya və motorlu yanğınsöndürmə dəstələri səfərbər edilmişdir.[2]
İnsanlar ildırıma bənzər yaylımların olmasını və zəhərli qazların qoxularını hiss etməsini bildirmişdir. Radiotamaşa ABŞ-nin Qərb sahlində də dinlənilirdi. Vaşinqton ştatında yerləşən Konkret şəhərciyində elektrostansiyanın sıradan çıxmasını marslıların hücumu ilə əlaqələndirirdilər. Guya elektrik xətləri marslılar tərəfindən məhv edilmişdir.[3]
Tezliklə dinləyicilərin qorxusu "CBS" radiosuna yönəldilən qəzəblə əvəz olunmuşdur. Xeyli insan mənəvi zərərin kompensasiya edilməsi üçün onları məhkəməyə vermişdir.1 ay ərzində bu hadisə ilə əlaqədar qəzetlərdə təxminən 12,5 min məqalə çap olunmuşdur. Qəzetlər yeni növ kütləvi informasiya vasitəsi sayılan radiostansiyaları tənqid etməkdə davam etmişdilər. Adolf Hitler "Dünyaların müharibəsi" radiotamaşasından sonra yaşanan panikanı demokratik sistemin çökməsinə nümunə kimi göstərmişdir.[4] 28 oktyabr 1940-ci ildə Orson və Herbert Uells "KTSA" radiostansiyasında yayımlanan proqramda çıxış edərək baş verənlərə gülərək reaksiya vermişdilər.
İrsi
redaktəOrson Uellsin tamaşası belə rezonans doğurmuş ilk hal idi. Bu səbəbdən radiostansiyalar həmin effekti təkrarlamağa cəhd edirdilər.
Bu səbəbdən yaponların Pörl-Harbora hücumu xəbəri radioda verilərkən dinləyicilərin bir qismi bunun radiostansiya tərəfindən qurma olduğunu zənn etmişdir.[5]
"Dünyaların müharibəsi" radiotamaşasını bir çox radiostansiyalar öz regionlarına uyğun adaptasiyasını etməyə çalışmışdılar. Tamaşanın Ekvadorda yayımlanan versiyası hətta insan ölümünə səbəb olmuşdur. 1949-cu ilin fevralında Kitoda yerləşən "El Comercio" qəzeti şəhər üzərində UNOların görünməsi barədə məlumat vermişdir. Bir neçə gün sonra isə Leonardı Paes və Eduardo Alkares yerli radiostansiyalardan birində tamaşanı nümayiş etdirmək qərarına gəlmişdilər. Polis və yanğınsöndürənlər tamaşada marslıların endiyi yerə yollanmışdılar. Bunun qurma olması aydınlaşdıqdan sonra qəzəblənmiş ekvadorlular radiostansiyaya və "El Comercio" qəzetinin yerləşdiyi binaya hücum etmişdilər. Nəticədə 6 nəfər dünyasını dəyişmişdir. Ölənlər arasında Paesin qardaşı oğlu və sevgilisi də vardı. O bu hadisədən sonra в Venesuelaya köçmüşdür.[6][7]
Hadisədən 70 il sonra, 2008-ci ildə "Antenna" adı xorvat radiostansiyası Orson Uellsin cəhdini təkrarlamaq qərarına gəlir. Radioda "Zaqreb üzərindəki səmada parlaq işıq ləkəsəinin aşkar olunması, UNOnun enməyə hazırlaşması" barədə xəbər verilir. Panikaya düşən əhali 1938-ci ildə olduğu kimi polisvə yanğınsöndürənlərə onlara yardım etməsi üçün zənglər edirlər. Sonradan bunin qurma olması bildirilmişdir.
Ədəbiyyat
redaktə- Юткевич С. Vətəndaş Keyndən Con Falstafa qədər və ya cənab Orson Uellsin yüksəlişi və enişin qısa tarixi // Юткевич С. Шекспир и кино. М.: Наука, 1973. С.71–113.
- Uells Uells haqda / Сост., комментарий, tərcümə Н. Цыркун. М.: Радуга, 1990.
- Peter Noble. Orson Welles, le magnifique. Paris, Ed. Pierre Horay, 1957.
Keçidlər
redaktə- Запись (ing.) на mercurytheatre.info
- Посвящённый событию сайт (ing.)
İstinadlar
redaktə- ↑ Pooley, Jefferson; Socolow, Michael. "The Myth of the War of the Worlds Panic". Slate. October 28, 2013. May 9, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 1, 2013.
- ↑ "Юткевич С. И. От гражданина Кейна до сэра Джона Фальстафа, или краткая история величия и падения мистера Орсона Уэллса". rus-shake.ru. 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-07.
- ↑ Radio Beat: Oct. 30, 1938 — The broadcast that scared a nation
- ↑ Hand, Richard J. Terror on the Air!: Horror Radio in America, 1931–1952. Jefferson, North Carolina: Macfarland & Company. 2006. səh. 7. ISBN 0-786-42367-6.
- ↑ "Two Top Guns Shoot Blanks". 2014-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-28.
- ↑ War of the Worlds radio broadcast, Quito, Ecuador (1949) Arxiv surəti 1 may 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2008-05-01 at the Wayback Machine
- ↑ Bartholomew, Robert E. Little Green Men, Meowing Nuns and Head-Hunting Panics: A Study of Mass Psychogenic Illness and Social Delusion. Jefferson, North Carolina: Macfarland & Company. 2001. 217ff. ISBN 0-7864-0997-5.