Dest I Qipcaq - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Dəşt-i Qıpçaq (fars. دشت قپچاق Dašt-i Qipčaq), tam adı — Dəşt-i Qıpçaq və Kuman — Qıpçaq çölü — Qıpçaqların yaşadığı tarixi ərazi və eyniadlı imperiya.
Türk tarixi XIV əsrə qədər | |||||||
---|---|---|---|---|---|---|---|
Göytürk xaqanlığı 552–744 | |||||||
Qərbi Göytürk | |||||||
Şərqi Göytürk | |||||||
Avar xaqanlığı 564–804 | |||||||
Xəzər xaqanlığı 618–1048 | |||||||
Böyük Bolqar xanlığı 632–668 | |||||||
Dunay Bolqariyası | |||||||
İdil Bolqariyası | |||||||
Türkeş xaqanlığı 699–766 | |||||||
Uyğur xaqanlığı 744–840 | |||||||
Qaraxanlılar dövləti 840–1212 | |||||||
Qərbi Qaraxanlılar | |||||||
Şərqi Qaraxanlılar | |||||||
Peçeneq xaqanlığı 860–1091 |
Kimək xaqanlığı 743–1035 | ||||||
Dəşt-i Qıpçaq 1067–1239 |
Oğuz dövləti 750–1055 | ||||||
Şato sülalələri 923–979 | |||||||
Sonrakı Tan | |||||||
Sonrakı Tszin | |||||||
Sonrakı Xan (Şimali Xan) | |||||||
Qəznəvilər dövləti 963–1186 | |||||||
Böyük Səlcuq İmperiyası 1037–1194 | |||||||
Xarəzmşahlar dövləti 1077–1231 | |||||||
Rum sultanlığı 1092–1307 | |||||||
Dehli sultanlığı 1206–1526 | |||||||
Müəzzilər sülaləsi | |||||||
Xələclər sülaləsi | |||||||
Tuğluqoğulları sülaləsi | |||||||
Məmlük dövləti 1250–1517 | |||||||
Bəhri sülaləsi | |||||||
Digər türk sülalələri
Anadoluda | |||||||
Tarixi
redaktəHunların, göytürklərin, xəzərlərin ardınca qıpçaqlar Avrasiya çöllərinin hakiminə çevrildilər. Bu günə qədər "qıpçaq" etnoniminin işləndiyi ilk mənbə 759-cu ilə aid olan "Selenq kitabəsi" hesab olunur. Gürcü mənbələri onları "yeni" və "əski" qıpçaqlara bölür. Orta əsr tarixçisi Fəzlullah Rəşidəddin qıpçaqları Oğuz xaqanın başçılıq etdiyi türk ulusunun beş qolundan biri hesab edir.
Tarixdə "Dəşti Qıpçaq" (Qıpçaq çölü) adlanan ərazi Qara dənizin şimalını və Qafqazları əhatə edirdi. XI–XV yüzillərdə Tyan Şanın qərb ətəklərindən Dunaya qədər torpaqlar türkdilli qıpçaqların (rus mənbələrində-polovəslər) adını daşıyırdı. Qıpçaq ölkəsi dedikdə, ilk növbədə Şimali Qafqaz və Şimali Qaradəniz çöllərini əhatə edən ərazi başa düşülür.
Bəzi tədqiqatçılar Attilanı qıpçaq kökənli hesab edirlər. Qeyd edirlər ki, Yeni erada qüdrətli Dəşti-Qıpçaq hökmdarlığı yarandı; bu türk dövlətçiliyinin ənənəvi davamı idi. Attilanın başçılıq etdiyi bu hökmranlıq öz gücü və əzəməti ilə Roma imperiyasını, Bizansı arxada qoydu, onları həqir əyalətə, qəzaya bənzətdi. Mənbələrdə bu möhtəşəm hökmranlığın sərhədləri belə təsvir olunur: "Dəşti-Qıpçaq qərbdə Alpdan, Dunayın mənbəyindən, bu nəhəng çayın başlanğıcından başlayırdı. Və minlərlə kilometr Şərq-Baykal gölündən də Şərqə uzanırdı. Dəşti-Qıpçağın Şərqindən qərbinə səkkiz aylıq at yolu idi…"[mənbə göstərin]
Attila hökmranlığının bu ucsuz-bucaqsız ölkəsi, əlbəttə ki, Roma və Bizansın ona həsəd aparan hakimlərinin gözünə tikan kimi batırdı. Onlar çöllülərə nifrət edirdilər. Ancaq V əsrin ortalarına qədər bu qüdrətli insanlara tabe olmağa məcbur idilər.
Əbu Həyyanın müasiri XIV yüzilin İslâm tarixçilərindən Əl-Diməşqi Qızıl Orda torpaqlarındaki Qıpçaq boy adlarını sıralayaraq onların hamısının Türk olduğunu zikr etməkdedir.[1][2][3] Bunlar:
"Tokus-oba (doqquz oba), Yet-oba (yeddi oba), Boruç-oğlu, Bergü, Kangaroğlu, Ançoğlu, Duna, Kara-Baroğlu, Çur-Tan, Kara Börklü, Kotan, Barak, Yimek, Borlu, İleris, Tok, Kumandur, Berendi, Beçene, Uzun, As (Az)."
İstinadlar
redaktəHəmçinin bax
redaktəXarici keçidlər
redaktə Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |