Dedeli Korpusu - Wikipedia
Dədəli Körpü – İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında yerləşən qədim körpü. Bu körpü həm strateji, həm də mədəni-tarixi əhəmiyyətə malik olmuşdur.[1] Şərur rayonu ərazisində, Arpaçay üzərində bir tağlı körpü.
Dədəli körpüsü | |
---|---|
Dədəli körpüsü | |
Keçid | piyadalar üçün |
Üslubu | Tağlı körpü |
Uzunluğu | 30 metr |
Eni | 4 metr |
Hündürlüyü | 12 metr (orta aşırım) |
Memarlıq quruluşu
redaktəYerli daş materialı inşa edilmişdir. Ümumi uzunluğu 30 m, eni 4 m, mərkəzdə suyun səthindən hündürlüyü 12 m-dir. Körpünün sol tərəfinin özülü sahildəki sal daşın üstündə, sol tərəfinin özülü isə 2 m dərinlikdə qoyulmuşdur. Kənardan baxanda körpüdə monumentallıq hiss olunur. Orta əsr körpülərinin memarlıq üslubunda inşa olunmuş körpünün XIII əsrdə tikildiyi ehtimal edilir.[2]Ara məsafəsi 1,5 km olan Keşikçi qəsəbəsi ilə Əyər kəndi arasındakı yol bu körpüdə birləşir. Körpünün tağbənd hissəsində istifadə olunan daşlar kənardakılardan daha səliqəli və dəqiq yonulmuşdur. Tağbəndin aşağı kənarı boyunca düzülmüş daşlar isə körpünün ümumi səthindən bir qədər geri çəkilib, bu isə günəşli havalarda o hissəyə düşən kölgənin körpünün estetik görünüşünü daha ifadəli etməsinə səbəb olur. Bu detal, sadə konstruksiyanın necə incəliklə işlənməsinin və memarın yüksək ustalığını göstərir. Körpünün gövdəsi isə tağ şəkillidir, yəni ortadan yanlara doğru yüngül maillik var. Bu quruluş körpünün yükdaşıma qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Qeyd edək ki, orta əsrlərdə inşa edilmiş Qırmızı Körpü, Xudafərin və Qaflankuh kimi körpülərin konstruksiyasında da bu prinsip tətbiq edilmişdir. Dədəli körpüsünün ilk inşa tarixi yazılı mənbələrdə VIII əsrə aid edilir və XVII əsrdə bərpa edildiyi qeyd olunur. Bununla yanaşı, erməni tədqiqatçıları Dədəli körpüsü haqqında saxta məlumatlar yayaraq bu qədim Azərbaycan abidəsini erməni abidəsi kimi təqdim etməyə çalışmışlar.
Coğrafi mövqeyi
redaktəDədəli Körpüsü İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında yerləşirdi. Qərb bölgəsinin mühüm nəqliyyat yollarından biri olan bu körpü, xüsusilə kəndlərarası əlaqələrin qurulmasında əhəmiyyətli rol oynamışdır. Körpü su hövzələrindən, çaylardan keçid üçün tikilmiş və bölgənin ticarət və kənd təsərrüfatı fəaliyyətlərinin həyata keçirilməsində əsas infrastruktur elementi olmuşdur.
Toponimi
redaktə"Dədəli" adı qədim türk kökəninə malikdir və "dədə" sözü ağsaqqal, hörmətli şəxs mənasını verir. Bu cür adlar bölgənin qədim sakinlərinin adət-ənənələrinə, yaşlılara və böyüklərə olan hörmətinə işarə edir.
Tarixi və
redaktəİrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında (15.10.1931 ildən Keşiş kənd, 3.1.1935 ildən Mikoyan, 6.12.1957 ildən Yeğeqnadzor rayonu), Arpa çayının sağ və sol sahillərində azərbaycanlıların yaşadığı kənd. Kəndin hər iki hissəsini birləşdirən körpü tarixə Dədəli körpüsü adı ilə düşmüşdür. Bölgənin Rusiya tərəfindən işğalı zamanı kənd dağıdılmışdır.
Mədəni əhəmiyyəti
redaktəDədəli Körpü həm də ticarət yolları üzərində yerləşdiyi üçün strateji əhəmiyyət kəsb edib. Qədimdə bölgənin iqtisadi əlaqələrinin genişlənməsi və təhlükəsizliyi üçün bu tip körpülər böyük rol oynayırdı. Dədəli körpüsü, yazılı mənbələrə əsasən, ilk dəfə VIII əsrdə inşa edilmişdir və XVII əsrdə bərpa olunduğu qeyd olunur. Eyni zamanda, bəzi erməni tədqiqatçıları bu körpü haqqında saxta tarixi məlumatlar yayıb, onu qədim Azərbaycan abidəsi olan Dədəli körpüsünü erməni abidəsi kimi təqdim etməyə çalışmışlar. Bu körpü, Azərbaycanın zəngin mədəni irsinin bir hissəsi olaraq, bölgənin tarixi və memarlıq abidələrinin əhəmiyyətini vurğulayır. Dədəli körpüsü, həmçinin yerli əhali tərəfindən mədəniyyətin və tarixin qorunub saxlanılması baxımından mühim bir simvol hesab edilir.
Müasir dövrdə vəziyyəti
redaktəİrəvan quberniyasının Azərbaycan ərazisində yerləşən tarixi abidələrindən biri olan Dədəli Körpü, müasir dövrdə Azərbaycan və Ermənistan arasında münaqişələrin və ərazi dəyişikliklərinin təsiri ilə sıradan çıxmışdır. Bu körpü kimi tarixi obyektlər münaqişələr nəticəsində zərər görmüş və bir çoxu itirilmişdir.[3]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Дәдәли // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- ↑ Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 76.
- ↑ "İrəvan şəhərində Azərbaycan memarlığı". anl.az. İstifadə tarixi: 21 sen 2024.