Delidag Dag Kelbecer - Wikipedia
Delidag Dag Kelbecer - Wikipedia - Haqqında Məlumat
Dəlidağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Mıxtökən silsiləsinin zirvəsidir. Hündürlüyü 3616.9 m[1](3618 m[2]). Zirvənin Şimal yamaclarında qədim buzlaşmanın izləri vardır.[2] Qarabağ vulkanik yaylasına daxil olan ən hündür zirvə. Qarabağ ərazisindəki Dəlidağ Kiçik Qafqazın maqmatik mənşəli dağdır.
Dəlidağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Qarabağ vulkanik yaylası |
Mütləq hündürlüyü | 3616.9 m |
Yerləşməsi | |
39°54,53′ şm. e. 46°3,33′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Vilayət | |
|
|
|
Ermənistan sərhəddindən ucalır. Lava örtüyündən şərqə Mezozoyun turş intruziv süxurlarından ibarət Dəlidağ yerləşir. Mıxtökən silsiləsinin ən yüksək zirvəsi olan bu dağda alp və subalp çəmənlikləri vardır. Yamaclarında qədim buzlaq izləri qalmışdır. Dəlidağ Kəlbəcər və Laçın rayonları sərhədindədir
İstinadlar
redaktə- ↑ "Dəlidağ dağı". 2021-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-17.
- ↑ 1 2 Dəlidağ (dağ, Kəlbəcər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.