Delisov Marvel Comics - Wikipedia
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur.
Daredevil | |
---|---|
ing. Daredevil | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "Daredevil" #1 (aprel 1964) |
Yaradıcı(lar) |
Sten Li Ber Everett[1] |
Xüsusiyyətlər | |
Əsl adı | Matyu Maykl "Matt" Murdok |
Doğum yeri | |
Cinsiyyəti | kişi[d] |
Növü | insan |
Vətəndaşlıq | |
Təhsili |
|
Komiks bioqrafiyası | |
Üzvlükləri |
SHIELD Göstərişsiz Nelson & Murdok Müdafiəçilər Əl Yeni Qisasçılar |
Partnyorları |
Elektra Qara dul |
Düşmənləri |
Kinqpin[2] Hədəf |
Ləqəbləri | Qorxusuz[3] |
Gücləri |
Atletik bədən 4 güclənmiş duyğu üzvü Döyüş bacarığı Radar qabiliyyəti |
Silahları | İki birləşə bilən çubuq |
Həyatı
redaktəƏsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi.
Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur. Matt getdikcə kor olmasına baxmayaraq digər duyğu üzvlərinin normal insanlara nisbətən inanılmaz inkişaf etdiyinin fərqinə varmağa başlamışdır. Üstəlik eşitmə qabiliyyəti o qədər inkişaf etmişdi ki, cisimləri görməsə də yerlərini radar yolu ilə tapa bilirdi.
Matt kor olduqdan sonra rinqlərə qayıtmağa qərar verən atası Fikser adlı bir qanqsterin o axşam keçiriləcək bir boks döyüşünü ona satmaq təklifini rədd etmişdir, çünki oğlu da izləyicilər arasında olacaqdı. Buna görə qalib gəlməsinə baxmayaraq oyundan sonra öldürüldü. Atasının ölümündən sarsılan Matt qatilləri cəzalandıracağına söz vermişdir. Universiteti bitirib vəkil kimi məzun olmuş və dostu Foqqi Nelsonla bir vəkil bürosu açmışdır. Beləliklə, Matt Hells Kitçında ədalət axtaranlara gündüzlər vəkil kimi, axşamlar isə Daredevil kimi kömək göstərəcəkdir.
Partnerləri
redaktəQara dul
redaktə1970-ci illərdə 18 yaşında ikən "Daredevil" #72-dən etibarən jurnalın redaktorluğuna gətirilən Qerri Konvay ilk olaraq sevdiyi iki şeyi Daredevilin hekayəsinə qatmaq istəmişdir. Konvay Daredevili Fantastik Dördlük və Hörümçək-adam[4] kimi super qəhrəmanların olmadığı San-Fransiskoya daşımışdır. Bir müddət sonra bir-birilərinə uyğun gəldiklərini düşündüyü Qara dulu[5] (Nataşa Romanov) da hekayəyə qatmaq üçün Marvel Comicsi razı salmışdır.
#81–124 sayıları arasında partner olan bu ikili bir-birilərinə o qədər bağlanmışdı ki, hətta jurnalın #93–108 arasındakı sayları "Daredevil & Qara dul" adı ilə çıxmışdı. Ancaq bir müddətdən sonra satışlardakı aşağı səviyyə Daredevilin San-Fransisko karyerasına son vermişdir. Qara dul isə Qisasçıların təklifini qəbul edərək Mattdan ayrılmışdır.
Komiksdə Mattla Nataşa eyni binada yaşasalar da, müxtəlif evlərdə qalırdılar. Çünki "Comics Code Authority" adlı qanuna görə komik oxuyucuları uşaqlar olduğuna görə sevişmək səhnələrinə yol verilə bilməzdi.
Karen Peyc
redaktəİlk olaraq oxuyuculara Matt və Foqqinin bürosunda işləyən katibə kimi təqdim olunmuş, daha sonra Mattla bir müddət sevgi münasibətləri olmuşdur.[6] Amma Karen onun sirrini öyrənəndən sonra gah onlar ayrılır, gah da barışırdılar.
Uzun müddət komikslərdə göstərilmədikdən sonra Karen Frank Millerin redaktorluq etdiyi dövrdə heroin bağımlısı bir porno aktrissası kimi geri dönmüşdür. Narkotik pulu qarşılığında Daredevilin kimliyini Kinqpinə satmış və bu dövr Mattın həyatında ən çətin dövrə çevrilmişdir. Karen 1990-cı illərdə Daredevilin düşməni muzdlu qatil Hədəf tərəfindən öldürülmüşdür.[7]
Elektra
redaktə1980-ci illərdə Frank Miller hekayəyə Mattın universitet məhəbbəti olan Elektranı (Elektra Natçios) daxil etmişdir. Mattın yetişdiyi klana rəqib olan klandan çıxan Elektra ilə Daredevil tez-tez qarşı-qarşıya gəlmiş və aralarında qəribə münasibətlər yaşanmışdır.
Hədəf ilə Elektra Kinqpinin baş suiqəsdçisi olmaq üçün aralarında yarışmışdır. Sonda Hədəf Elektranı öldürmüşdür.
Gücləri
redaktəDaredevilin əsas qabiliyyəti onun hiss orqanlarıdır. Gözləri tam olaraq kor olsa da, bədəninə saçılan radioaktiv maddəyə görə digər 4 duyğu üzvü inanılmaz güclənmiş, adi insandakından qat-qat güclü olmuşdur. Bu ona əlavə üstünlüklər qazandırmışdır. İnsanların səsini uzaq məsafələrdən eşidə bilir, adi insanların belə tapmayacağı əşya və cisimlərin yerini radar qabiliyyəti ilə müəyyən edir.
Daredevil həm də əla döyüş bacarığına malikdir. O, bu döyüş bacarığını ninja klanında ikən Çubuqdan öyrənmişdir. Döyüşərkən ayrıla bilən çubuqdan istifadə edir.
Bəzi faktlar
redaktə- Matt atasını öldürən Fikser adlı qanqsteri tapmış, onu təqib edərkən Fikserin infarkt keçirməsinə səbəb olmuşdur.[8]
- Daredevil əsasən Hörümçək-adam kimi öz məhəlləsinin super qəhrəmanı olmuşdur və uzun illər statusunu qorumuşdur. Bu cür anlayış Hörümçək-adama da tədbiq edilmişdir. Amma Hörümçək-adam lazım gəldikdə bəzən qalaktik hadisələrə də müdaxilə etmişdir.[9]
- Matt Murdok (Daredevil) və Piter Parker (Hörümçək-adam) bir dəfə komiksdə qarşılaşmış və gücləri sayəsində bir-birilərinin gizli şəxsiyyətlərini öyrənmişdir. Bu onların uzun illər dost olmasına səbəb olmuş və birlikdə vuruşmuşlar.[10]
- Daredevilin həm kor əsası, həm də döyüşlərdə istifadə etdiyi ayrıla bilən çubuğu əfsanə komiksçi və bir çox personajın yaradıcısı Cek Kyorbi tərəfindən dizayn edilərək Stan Li və Bill Everettə tövsiyə edilmişdir.[11]
- Daredevil adında ilk personaj əslində Marvel Comics tərəfindən yaradılmamışdır. 1940-cı illərdə Lev Gleason Publications adlı kiçik nəşriyyat tərəfindən nəşr olunan "Daredevil" adlı komiksdə Bart Hill adlı lal qəhrəmanın həyatından bəhs olunurdu. Hətta bu qəhrəman Kapitan Amerika kimi İkinci dünya müharibəsinə qatılaraq Adolf Hitlerə qarşı mübarizə aparmışdır.
- Daredevil "Qisasçılar İks-adamlara qarşı" adlı komiksdə Qisasçılara qatılmış və Psayloka qarşı döyüşmüşdür. Hər iki personajın döyüş stili demək olar ki, eyni olduğundan qalib gələn olmamışdır. Psaylok rəqibinin fikirlərini oxumağa çalışmış, amma Daredevilin inkişaf etmiş duyğularına görə bunu bacarmamışdır.
Frank Miller dövrü
redaktəDaredevil günümüzə qədər Sten Li, Roy Tomas, Rocer Makkenzi, Ed Brubeykır, Brayan Maykl Bendis və Mark Vay kimi yazıçıların əlindən çıxan hekayələri ilə oxuyucularla görüşsə də, onu ən çox tanıtdıran yazıçı Frank Millerdir. Azalan satışlara görə jurnalı bağlanmaqdan qurtaran, Daredevilin həyatını dərinləşdirib bu günlərə çıxaran Frank Miller olmuşdur. 80-ci illərin başında redaktor olan Frank özündən əvvəl qorxu janrında olan hekayələri ilə məşhurlaşmış və personajı qaranlıq yollara soxan Rocer Makkenzinin yolu ilə irəliləmişdir.[12] Personajın keçmişini yenidən formalaşdırmışdır:
- Mattın atası alkolik və onu döyən bir şəxsiyyətlə dəyişdirildi.
- Hörümçək-adamın düşməni Kinqpin Daredevilin baş düşməni oldu.[2]
- Daredevil anti-qəhrəman kimi də təsvir olunmağa başlandı.
- Daredevilin Göstərişsiz adlı klanda Çubuq tərəfindən öyrədilməsi, Elektranın Əl adlı klanda öyrədilməsi, Elektranın Mattın universitet məhəbbəti olması və onun Hədəf tərəfindən öldürülməsi hekayəyə əlavə olundu.
Filmlərdə və seriallarda
redaktəDaredevil ilk dəfə 1989-cu ildə "İnanılmaz Halkın sınağı" filmində qara kostyumda canlandırılmışdır.
Daredevila həsr olunmuş ilk film isə 2003-cü il istehsalı "Daredevil" filmi olmuşdur. Bu filmdə Daredevil rolunu Ben Aflek, Elektra rolunu Cenifer Qarner, Kinqpin rolunu Maykl Klark Dunkan, Hədəf rolunu isə Kollin Farrel oynamışdır.
Marvel Studios tərəfindən atılan ilk addım isə 2015-ci ildə çəkilən və 13 seriyadan ibarət "Daredevil" teleserialı olmuşdur.[13] Bu teleserialın 2-ci mövsümü 2016-cı ildə yayınlanacaqdır.[14]
İstinadlar
redaktə- ↑ DeFalco, Tom; Gilbert, Laura, ed. 1960s // Marvel Chronicle A Year by Year History. Dorling Kindersley. 2008. səh. 100. ISBN 978-0756641238.
Stan Lee chose the name Daredevil because it evoked swashbucklers and circus daredevils, and he assigned Bill Everett, the creator of the Sub-Mariner to design and draw Daredevil #1.
([[:Category:|link]])[[Category:]] - ↑ 1 2 Sten Li (w), Bill Everet (p), Stiv Ditko (i). "The Origin of Daredevil" Daredevil 1 (April 1964), Marvel Comics
- ↑ Rezvan-Mojarrad, Sohrab. "Daredevil". The Superhero Dictionary. 2002. April 7, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 3, 2009. (#invalid_param_val)
- ↑ Carson, Lex. "Daredevil and the Black Widow: A Swinging Couple of Crimefighters". Back Issue!. TwoMorrows Publishing (45). December 2010: 31–38.
- ↑ Sanderson "1970s" in Gilbert (2008), p. 155: In May [1972], writer Gerry Conway transported Daredevil and his crime-fighting partner, the Black Widow, into a mansion in San Francisco.
- ↑ DeFalco "1960s" in Gilbert (2008), p. 138
- ↑ Peter Sanderson "1970s" in Gilbert (2008), p. 175:
- ↑ Rocer Makkenzi (w), Frank Miller (p), Klaus Yanson (i). "Exposé" Daredevil 164 (May 1980), Marvel Comics
- ↑ Manning, Matthew K.; Gilbert, Laura, ed. 1960s // Spider-Man Chronicle Celebrating 50 Years of Web-Slinging. Dorling Kindersley. 2012. səh. 35. ISBN 978-0756692360.
.
([[:Category:|link]])[[Category:]] - ↑ Sten Li (w), Con Romita (p), Frank (i). "Enter... Spider-Man!" Daredevil 16 (May 1966), Marvel Comics
- ↑ Quesada, Joe. "Joe Fridays 4 (column)". Newsarama. n.d., circa May 2005. October 11, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 24, 2015. (#invalid_param_val)
- ↑ Rocer Makkenzi (w), Gene Kolan (p), Klaus Yanson (i). "Ring of Death!" Daredevil 156 (January 1979), Marvel Comics
- ↑ "Marvel's Daredevil". Netflix.com. 7 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 January 2015.
- ↑ Graser, Marc. "Why Disney Chose to Put Marvel's New TV Shows on Netflix". Variety. November 7, 2013. February 20, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 20, 2014. (#invalid_param_val)
Xarici keçidlər
redaktə- Daredevil Marvel Dünyası Vikisində