Deniz Tisbagalari - Wikipedia
Dəniz tısbağaları (lat. Chelonioidea) — tısbağalar dəstəsinə aid heyvan fəsiləüstü.
Dəniz tısbağaları | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Yarımdəstə: Klad: Klad: Fəsiləüstü: Dəniz tısbağaları |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Xüsusiyyətləri
redaktəDaim su mühitində yaşamağa uyğunlaşmış iri sürünənlər (zirehinin uz. 1,4 m-ədək, kütləsi 400 kq-a qədər olur). Zirehi hündür deyil, sürüşgən qərni qalxancıqlarla örtülüdür. Sümükdən olan bel qalxanı qabırğalar və kənar qatlar arasında deşiklərin əmələ gəlməsi hesabına yüngülləşmişdir. İri başı və kürəkşəkilli ətrafları çanağa yığılmır, yoğun və qısa boynu isə qismən yığılır. Dəniz tısbağaları ətrafların (xüsusilə arxa ətraflara nisbətən çox iri ön ətrafların) kürəkvarı hərəkəti ilə yaxşı üzür və suya baş vururlar. Yalnız birləşmiş vəziyyətdə olan 1-3-cü barmaqlarda qısa caynaqlar var. Əksəriyyəti balıqlar, mollyusklar, dərisitikanlılar, xərçəngkimilər, bağırsaqboşluqlular və süngərlərlə qidalanır; ən irisi sayılan yaşıl tısbağa (Cheloniamydas) yosunlarla qidalanır. Dəniz tısbağaları bütün həyatlarını dənizdə keçirir, çoxalma yeri ilə okeanın bolqidalı yerləri arasında uzaq (bəzən 1000 km-ədək) miqrasiyalar edirlər. Dişilər ancaq yumurta qoymaq üçün sahilə çıxır. Bir neçə onluqdan 350-yədək üzəri dəriciklə örtülü yumurtaları qumda basdırır, yuvalamaq üçün 60 sm dərinlikdəki yeri arxa ətrafları ilə qazırlar. Yumurtadan çıxan balalar dərhal dənizə üz tutur, axınlar onları okeanın uzaq yerlərinə apa rır. Dəniz tısbağaları cinsi yetkinliyə çatdıqda çoxalmaq üçün əvvəlki yuva yerlərinə qayıdırlar. 4 cinsə aid olan 6 növü var: loqqerxedlər və ya yekəbaş tısbağalar (Caretta), yaşıl və ya şorba tısbağaları (Chelonia), bissalar (Eretmochelys), ridleylər və ya zeytunu tısbağalar (Lepi dochelys). Yer kürəsinin tropik və subtropik dənizlərində yayılmışlar. Dəniz cərəyanları ilə bəzi fərdlər yuxarı coğrafi enliklərə gedib çıxırlar. Dəniz tısbağaları uzun müddət intensiv ovlanmaya məruz qaldıqları üçün (əti, yumurtası və zirehi istifadə olunur) təbii populyasiyalarının sayı kəskin azalmışdır. Dəniz tısbağalarının bütün növləri BTMC-nin “Qırmızı kitabı”na daxil edilmişdir. [1]
Təsnifatı
redaktə- Cheloniidae fəsiləsi (Oppel, 1811)
- Dermochelyidae fəsiləsi
- †Protostegidae fəsiləsi
- †Toxochelyidae fəsiləsi
- †Thalassemyidae fəsiləsi
İstinadlar
redaktə- ↑ Dəniz tısbağaları// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 576.
Xarici keçidlər
redaktə- [1]
- [2] Arxivləşdirilib 2009-01-11 at the Wayback Machine Wildlife Trust Sea Turtle protection and research
- Conserving Turtles on a Global Scale
- Sualtı videogörüntülər Arxivləşdirilib 2008-05-14 at the Wayback Machine
- Sea Turtle Research and Conservation – Center for Biodiversity and Conservation, American Museum of Natural History
- Kosta-Rika Arxivləşdirilib 2011-11-20 at the Wayback Machine
- Juara Turtle Project, Tioman, Malayziya