Derk Kend - Wikipedia
Dərk — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Yerfi bələdiyyəsinin tərkibindədir[1].
Dərk | |
---|---|
41°04′59″ şm. e. 48°24′58″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 186 (2009) nəfər |
Tarixi
redaktəDərk kəndi qədim tarixə malikdir. Kənddəki yaşlı nəsilin söylədiyinə görə buralar əvvəllər yaylaq yeri olub. Yollar çəkildikdən sonra, əhali çoxalıb və kənd salınıb.
Toponimikası
redaktəDərk oyk., sadə. Quba r-nunun Yerfi i.ə.v.-də kənd. Baba çayının sahilində, Yan silsiləsindədir. Çox vaxt Dərgavar variantında qeydə alınır. Oykonim dərk (bənd, körpü) və var/vər (qarşı tərəf) komponentlərindən düzəlib, "körpünün, bəndin qarşı tərəfi" mənasındadır.[2]
Coğrafiyası
redaktə- Kənd Həzrət Baba ziyarətgahının ətəyində olduğu üçün kənddən oraya yol var. Buna görə də yayda buraya qonaqların axını çoxalır. Vəlvələçayın mənbəyi buradan başlayır.
Əhalisi
redaktəKənd 32 ev və 150 nəfərdən ibarətdir. 2009–cu ilin siyahıyaalınmasına əsasən kəndə 186 nəfər əhali yaşayır.[3]
Təhsil
redaktəAzərbaycan Respublikası Prezidentinin 2 fevral 2018–ci il tarixli Sərəncamı[4] ilə Quba rayonu Dərk kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 285 000 manat vəsait ayrılmışdır[5].
Mədəniyyəti
redaktəİqtisadiyyatı
redaktə- Kəndin əhalisi maldarlıq, qoyunçuluq və arıçılıqla məşğuldur.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018–ci il tarixli Sərəncamı. president.az (az.)
- ↑ "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine. president.az (az.)
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |