Derman Adacayi - Wikipedia
Dərman adaçayı (lat. Salvia officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Dərman adaçayı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Dərman adaçayı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bioloji xüsusiyyəti
redaktəHündürlüyü 75 sm-ə qədər olan yarımkol ot bitkisidir. Birinci il dərman adaçayı payıza qədər möhkəm kola malik olur. İkinci ildən başlayaraq çiçəkləməyə başlayır. İyunda çiçəkləyir. Meyvələri avqust-sentyabrda yetişir. Toxum 3 ilə qədər qala bilir.
Yarımkol olub, hündürlüyü 50 sm, budaqlanan, gövdəsi dördtilli, qarşı-qarşıya, uzunsaplaqlı və uzunsov yarpaqlıdır. Yarpaqlarının əsası dairəvi və ya ürəkşəkilli, hətta ikipərli olmaqla, kiçik çəpərlidir. Yarpaqlarının uzunluğu 10 sm, eni isə 2,5sm-dir. Çiçəkləri böyük, göy-bənövşəyi rəngli, ikidodaqlı, köbəli olub, sünbül çiçək qrupunda toplanmışdır. Dilimli yarpaqları — 1–35 mm, dairəvi yarpaqları isə müxtəlif forma və ölçülərdə rast gəlinir. Yuxarı yarpaqları bir bərabərdə, bürüşüklü və ya kiçik deşikli, sıx torabənzər, kiçik damarlara malik olub, yuxarı hissəsi çökük, aşağı hissəsi isə qabarıqdır. Çiçəkləri yaşıl və ya gümüşü-ağ, xüsusən aşağı hissəsi uzun tükcüklüdür. Aromat iyli, acı (ədviyyəli) dadlı olub, azacıq büzücüdür. Xoş rayihəlidir.
İstisevən və quraqlığa davamlı bitkidir. Becərilmə zamanı torpaq münbit, məhsuldar, bərəklətli olmalı və işıqlanma şəraiti təmin olunmalıdır. Yarımkolu və yarpaqları keyfiyyətli dərman xammalı kimi yayda toplanılır. Quruducu şkafda 35–40°С temperaturda qurudulmalıdır. Bağlı yeşiklərdə, anbarlarda isə parçadan olan kisə və taylarda efiryağlı xammala edilən düzgün quluğu gözləməklə saxlamaq lazımdır. Bir il ərzində efiryağlı tərkib yoxlanılmalıdır. Saxlanılma müddəti 1,5 ildir.
Tərkibi və təsiri
redaktəYarpaqlarının tərkibində efiryağlı maddələr (0,5–2,5%), sineol (15%), pinen, tuyon, salven, borneol, kamfora və digər terpenoidlər vardır. Bundan başqa flavonoidlər, aşı maddələr, triterpen turşuları – ursol, olein, diterpenoidlər, fenol, acı maddələr və fitonsidlər vardır. Dərman adaçayının yarpaqlarında efir yağı, alkoloidlər – salven, tuyon, sineol, acı, aşı maddələr, qatran, turşu (ursol və olein), fitonsidlər, Kox çöplərinə (vərəm) qarşı aktiv olan maddələr və fitonsidlər vardır.
Yarımnövləri
redaktə- Salvia officinalis subsp. gallica (W.Lippert) Reales, D.Rivera & Obón
- Salvia officinalis subsp. lavandulifolia (Vahl) Gams
- Salvia officinalis subsp. multiflora Gajic
- Salvia officinalis subsp. officinalis
- Salvia officinalis subsp. oxyodon (Webb & Heldr.) Reales, D.Rivera & Obón
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 23.