Dervis Tekkesi Evpatoriya - Wikipedia
Dərviş təkkəsi (krımtat. tekiye) — Krım ərazisində dərviş təriqətinə aid yeganə islam məbədi (təkyə)dir. XV—XVI əsrlərə aid arxitektur abidə əhəmiyyətli tikili. Evpatoriya şəhərində yerləşir. Məbəd İnternasional və Karaev küçələrinin birləşdiyi ərazidə yerləşir. Bu tip binalardan Krım ərazisində ideal vəziyyətdə ancaq bu tikili qalmışdır. Ukraynanın daşınmaz əmlak abidələri siyahısına daxil edilmişdir (№ 01-109-9001).[1].
Dərviş təkkəsi | |
---|---|
45°11′58″ şm. e. 33°22′51″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Şəhər | Evpatoriya |
Yerləşir | Evpatoriya |
Dövlət | Ukrayna |
Region | Avropa |
Kateqoriya | Təkyə |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi abidə üç tikilidən ibarətdir: ictimai təkkə, məscid və mədrəsə. Bu tip tikililər özünün monumentallığı ilə seçilir. Buranın nə fasadı, nə də daxilində bir dənə də bəzək elementi olmur. Tikili kvadrat formaya malikdir. Burada yerləşən gümbəzin diametri 9,5 metrdir. Tikilinin hündürlüyü 20 metrdir. Tikilinin daxili qaranlıq və boğanaqdır. Döşəməsi torpaqdandır. Buradan taxta qapı ilə zala çıxış vardır. Birinin isə bir başa bayıra çıxışı vardır. Böyük ehtimal ki, bu təkkə şeyxinin otağı olmuşdur. Tikili bütünlüklə gümbəzvaridir. Üzəri kirəmitlə örtülüdür.
Təkkənin qərbində XVIII əsrdə elə də böyük olmayan məscid inşa edilmişdir. "Şükural Əfəndi" məscidi adlanır. Şərqində minarə vardır. Mədrəsə və təkkə günümüzə qədər qalsa da məscid haqqında bunu demək olmaz. Burada müəyyən dağıntılar var. Binanın zalı düzbucaqlı formaya malikdir. Məscidin yaxınlığında mədrəsə yerləşir. Restavrasiyadan sonra mədrəsə binasında Krım tatarlarının mədəniyyət muzeyi yerləşir. 300 il fəaliyyətdən sonra 1930-cu ildə bağlanmışdır. Son zamanlara qədər Qara dəniz donanmasının anbarı olub. Hazırda isə müəyyən təmir işləri aparılmışdır.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ "Информация". 2018-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
Mənbə
redaktə- Текие дервишей в Евпатории. История Евпатории Arxivləşdirilib 2010-08-14 at the Wayback Machine
- Виртуальная экскурсия Arxivləşdirilib 2020-03-23 at the Wayback Machine
- Информация на Крымском архитектурном Arxivləşdirilib 2014-03-22 at the Wayback Machine