Derziler Sinaqoqu - Wikipedia
Dərzilər sinaqoqu və ya Tofre Beqadim sinaqoqu (ivr. בית הכנסת תופרי בגדים) — Türkiyə, İstanbulun Bəyoğlu ilçəsində yerləşən sinaqoqdur.[1] Qalata rayonunda, Özəl Avstriya Müqəddəs Jorj Hospitalın arxasında, Fələk küçəsində yerləşir. Əvvəlcə Aşkenazi icması üçün tikilmiş sinaqoq 1960-cı illərdə onların sayının azalması səbəbindən bağlanmışdı. Bir müddət istifadəsiz qalan sinaqoq 1998-ci ildə yenidən rəsm qalereyası kimi istifadəyə verilib.
İudaizm | |
Dərzilər sinaqoqu | |
---|---|
ivr. בית הכנסת תופרי בגדים | |
Xeyir-duası | 8 sentyabr, 1894 |
Yerləşməsi | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul, Bəyoğlu, Fələk küçəsi |
Memarlıq | |
İnşa tarixi | 1893 |
Üslubu | Eklektizm |
Vəziyyəti | 1964-cü ildən bağlanıb |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəXIX əsrin sonlarında Qalatada yaşayan Aşkenazi camaatı ibadət yeri üçün dövrün sultanı II Əbdülhəmidə müraciət etmişdilər.[2] 1893-cü ildə verilmiş fərmanla sinaqoqun tikintisinə icazə verildi; sinaqoqun tikintisinin maliyyələşdirilməsi yəhudi icmasının ianələri və Osmanlı Bankının krediti hesabına təmin edildi. Sinaqoq bir illik tikinti müddətindən sonra 8 sentyabr 1894-cü ildə açıldı.[2]
1940-cı illərə qədər istifadə edilən sinaqoqda daha çox ticarətçilər və sənətkarlar qalırdılar. Lakin 1940-cı illərdən sonra sinaqoqun icması başqa sinaqoqlardan istifadə etməyə, ərazidən köçməyə başladı və sinaqoq 1964-cü ildə bağlanmalı oldu.[2] Qalan az sayda camaatın, Yüksəkqaldırımdakı Avstriya sinaqoqu ilə birgə xidmət göstərməsi qərara alındı. Tərk edilmiş sinaqoq binasında yalnız icmanın inzibati ofisləri qaldı. 1960-cı illərə qədər tərk edilmiş sinaqoqun təsisçiləri varis qoymadan öldükləri üçün məhkəməyə verildi.[1]
Memarlığı
redaktəİki bitişik binanın arasında yerləşən sinaqoqun ön fasadı Fələk küçəsinə, arxa fasadı isə Banker küçəsinə baxır. Əsas girişi Fələk küçəsindəndir. Binaya göstərişli üç pilləli qapıdan daxil olmaq olur. Binanın eksteryerində eklektik memarlıq xüsusiyyətlərini də görmək olar.[3]
Həmçinin bax
redaktəQalereya
redaktə-
Giriş qapısı
-
İnteryeri
İstinadlar
redaktə- ↑ 1 2 "Terziler (Tofre Begadim) Sinagogu". 19 Eylül 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 Ağustos 2010. (WebCite®[ölü keçid]
- ↑ 1 2 3 "Tofre Begadim Sinagogu". 24 Mayıs 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 Ağustos 2010. (WebCite®[ölü keçid]
- ↑ "Terzi kendi söküğünü dikti". 4 Mart 2016 tarixində arxivləşdirilib. (WebCite®[ölü keçid])