Destegird - Wikipedia
Dəstəgird - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Bərgüşad dağlarının ətəklərində yerləşir.
Dəstəgird | |
---|---|
39°22′06″ şm. e. 46°02′12″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1951 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 2.050 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | Azərbaycanca |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə[1] qeyd edilmişdir. Kəndin adı erməniləşdirilərək Dəstəkert formasma salınmışdır[2].
Mədəniyyəti
redaktəCoğrafiyası və iqlimi
redaktəToponim qaraçorlu türk tayfasından olan bərgüşad tayfasının mənsub dəstəgird etnonimindən[3] əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi
redaktəKənddə 1908-ci ildə 555 nəfər, 1914 - cü ildə 400 nəfər azərbaycanlı yaşamışdır[4]. 1918-ci ildə ermənilər azərbaycanlıları qırğınlarla qovmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 358 nəfər, 1926-cı ildə 338 nəfər, 1931-ci ildə 434 nəfər yalnız azərbaycanlı yaşamışdır[5]. 1950-ci illərdə mis-molibden kombinatının yaradılması ilə əlaqədar buraya ermənilər köçürülmüşdür. 1987-ci ildə 1700 nəfər azərbaycanlı və erməni olmuşdur ki, bunun da 80%-ni azərbaycanlılar təşkil edirdi. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. İndi burada təkcə ermənilər yaşayır.
Görkəmli şəxsiyyətləri
redaktə- Məmmədov Yusif Əbülfət oğlu - Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor.
İstinadlar
redaktə- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.183
- ↑ Ermənistan SSR. İnzibati ərazi bölgüsü, (erməni dilində). İrəvan, «Ayastan», 1976. s.79
- ↑ Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, «Элм», 1986. s.73
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство «Мелконян фонд», 1932, с. 146-147
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 76-77, 146-147