Dag Qizilhacili - Wikipedia
Dağ Qızılhacılı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə İpnari kənd inzibati-ərazi dairəsinə daxildir.[3]
Dağ Qızılhacılı kəndi gürc. სოფელი ყიზილაჯლო (sopeli kizilaclo) | |
---|---|
ყიზილაჯლო | |
41°26′35″ şm. e. 44°10′13″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Rayon | [[Başkeçid]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.240 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 (360) |
Poçt indeksi | 1710[2] |
Coğrafiyası
redaktəKənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 20 km şimal-qərbdə, Qomaret yaylasında yerləşir.[4]
Tarixi
redaktəAran Qızılhacılı kimi "Dağ Qızlhacılı" da Qarapapaqlara bağlı tayfanın adındandır.[4] XIX əsrin tarixi qaynaqlarında kəndin adına "Təhməzqulu-Qızılhacılı" şəklində rast gəlinir.[4]
Əhalisi
redaktəKənddə 1870-cı ildə 25 ailədə 168 nəfər, 1926-cı ildə 67 ailədə 423 nəfər azərbaycanlı yaşayırdı.[4]
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 341 nəfər (156 nəfəri kişilər, 185 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.[5][6]
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 336 nəfər əhali yaşayır.[3]
Təhsil
redaktəKənddə ilk dünyəvi məktəb 1930-cu ildə yaradılıb.[4] Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.[4] Məktəbdə 53 şagird təhsil almaqdadır.[4]
İstinadlar
redaktə- ↑ http://census.ge/en/home.
- ↑ http://www.gpost.ge.
- ↑ 1 2 დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი Arxivləşdirilib 2014-06-22 at the Wayback Machine
- ↑ 1 2 3 4 5 6 7 Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 31 Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine
- ↑ National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine
- ↑ The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine. ECMI Working Paper #23. February, 2005