Daglar Qizi Reyhan Mahni - Wikipedia
Dağlar qızı Reyhan — Azərbaycan xalq mahnısı. 1960-ci ildə mahnını ilk dəfə SSRİ xalq artisti Rəşid Behbudov ifa etmişdir.[1]
"Dağlar qızı Reyhan" | |
---|---|
Ən məşhur ifa Zeynəb Xanlarova tərəfindən ifa olunmuş mahnı | |
Yayımlanıb | 1960 |
Janr | Azərbaycan folkloru |
Dil | Azərbaycan dili |
Sözlərin müəllifi | Xalq mahnısı |
Mahnının yaranma tarixçəsi
redaktə1918-ci il Mart soyqırımı zamanı erməni daşnakları azərbaycanlıların toyuna hücum edərək bəyi öldürürlər. Əslən Xaçmazdan olan Reyhan adlı gəlin isə qaçıb gizlənməyi bacarır. Sonradan dağlara çəkilən Reyhan başına dəstə yığaraq Qubada "Gəlinqaya" adlandırılan yerdə daşnakları darmadağın edir. 1928-ci ildə Reyhan həbs olunur, amma bolşeviklər tərəfindən güllələnməyə aparılan zaman o, xilas edilir. Reyhanın adı və soyadı dəyişdirilir. O, Krımdakı bir monastrda yerləşdirilir. Hansı monastra yerləşdirildiyi məlum deyildir.[1]
Əslən Xaçmazın Padar kəndindəndir.[2]
Haqqında
redaktə1959-cu ildə Azərbaycan bəstəkarı Fikrət Əmirov bu qəhrəman qıza həsr olunan "Dağlar qızı Reyhan" şerinə musiqi bəstələyir.[3] Bir versiyaya görə mahnının sözləri şair Tələt Eyyubova məxsusdur. 1960-cı ildə mahnını ilk dəfə SSRİ xalq artisti Rəşid Behbudov ifa etmişdir. Lakin bu mahnı SSRİ xalq artisti Zeynəb Xanlarovanın ifasında daha da məşhurlaşır.[1]
1969-cu ildə Türkiyədə "Reyhan - Dağlar kızı" filmi çəkilmişdir. Bu filmdə də "Reyhan" mahnısından istifadə edilir. "Reyhan" mahnısı Azərbaycanla qonşu olan bir neçə qonşu ölkə dillərində də ifa edilib.[1]
Sözləri
redaktəI
Dağlar qızı Reyhan, Reyhan
Parlaq dan ulduzu Reyhan, Reyhan...
Aləm sənə heyran, heyran, heyran ...
II
Nə qəşəngsən, ay qız,
Gül-çiçəksən, ay qız,
Bir danəsən, ay qız,
Dürdanəsən, ay qız...
III
Gözəllər gözəli Reyhan, Reyhan,
Sevdamın əzəli Reyhan Reyhan,
Aləm sənə heyran, heyran, heyran ...
IV
Nə qəşəngsən, ay qız,
Gül-çiçəksən, ay qız,
Bir danəsən, ay qız,
Dürdanəsən, ay qız...
V
Zil qaradır gözün Reyhan, Reyhan,
Baldan şirin sözün Reyhan, Reyhan.
Aləm sənə heyran, heyran, heyran...
VI
Nə qəşəngsən, ay qız,
Gül-çiçəksən, ay qız,
Bir danəsən, ay qız,
Dürdanəsən, ay qız...
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Azərbaycan Xalq Cümhuriyyəti tarixinin qəhrəmanlıq və mədəniyyət səhifələrindən biri olan "Dağlar qızı Reyhan" mahnısının tarixi məqamları". 2018-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.
- ↑ "Dağlar qızı Reyhan"- kimdir?[ölü keçid]
- ↑ ""Dağlar qızı Reyhan" mahnısının real qəhrəmanı Reyhanın həyat hekayəsi haqqında müxtəlif versiyalar mövcuddur". 2021-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.