Dasbasi Kanyonu Tebiet Abidesi - Wikipedia
Daşbaşı və ya Tsalka kanyonu[1][2] (gürc. წალკის კანიონი) — Gürcüstanda kanyon. Kanyon Anaxatır çay dərəsinin bir hissəsini təşkil edir. Kanyona ən yaxın kənd Daşbaşıdır. Tsalka şəhəri kanyonun 3 km-dir. Kvemo-Kartli bölgəsində yerləşən kanyonun dəniz səviyyəsindən hündürlüyü 1110-1448 metr arasında dəyişir[3]. Daşbaşı kanyonundan bölgənin tanınmış Algeti milli parkına qədər olan məsafə 42 km-dir.
"Daşbaşı Kanyonu" təbiət abidəsi | |
---|---|
gürc. წალკის კანიონი | |
| |
BTMB kateqoriyası — III (Təbiət abidəsi) | |
Sahəsi | 963 ha |
Yaradılma tarixi | 2013 |
Yerləşməsi | |
41°35′39″ şm. e. 44°07′27″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Yaxın şəhər | Tsalka |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəDaşbaşı kanyonu qədim vulkanik yaylanın eroziyaya uğraması nəticəsində meydana gəlmiş. Kanyonun ümumi uzunluğu 7 km-dir. Kanyon dəniz səviyyəsindən 1448 metr hündürlükdən başlayır və 1110 metr hündürlükdə bitir.[4] Kanyonun orta dərinliyi 300 metrdir.
Vulkanik yaylanın kasıb bitki örtüyündən fərqli olaraq kanyonun bitki örtüyü öz müxtəlifliyi ilə fərqlənir. Kanyonun dik yamaclarında və şəlalələr zonasında bitki örtüyünün müxtəlifliyi oranın mikroiqlimi ilə əlaqəlidir.[4] Ərazidə eniliyarpaqlı meşələr, kolluqlar və çəmənliklər geniş yayılıb. Kanyon ərazisi müxtəlif canlıların çoxalmaq üçün sığınacaq yeridir. Kanyon eyni zamanda şimali və cənubi Gürcüstanın heyvanat ələmləri üçün dəhliz rolu oynayır.[5]
Daşbaşı kanyonunun turistlər üçün ən cəlbedici məkanı kaskad Daşbaşışəlalələridir. Şəlalələr kanyonu yay aylarında bol rütubətlə təmin edir. İlin isti aylarında ekzotik zümrüd rəngə boyanan şəlalələr qış aylarında onlarca donmuş buz sütunlarına çevrilir. Qış aylarında kanyon ərazisi yaxınlıqdakı Daşbaşı kəndi və Tsalka şəhərinin temperaturundan yüksək olur.
Tsalka şəhərindən kanyona gələn yolun üzərində orta əsrə aid Kledkari qalası yerləşir. Bu qala Kledkari knyazlarının gürcü çarlarına qarşı olan müqavimət mərkəzi idi.[6][7]
Kanyon üzərindən eni 240 metr, hündürlüyü isə 280 metr olan asma körpü inşa olunub. Körpü hündürlüyünə və uzunluğuna görə dünyada bu tip körpülər arasında birincidir.[8]
İstinadlar
redaktə- ↑ "Official name of Canyon". 2024-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-10.
- ↑ "Tsalka (Dashbash) Canyon". 2024-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-10.
- ↑ Dashbashi Canyon in Georgia Arxivləşdirilib 2020-03-03 at the Wayback Machine Protected Planet 2014–2019
- ↑ 1 2 "Tsalka (Dashbash) Canyon Natural Monument". Agency of Protected Areas of Georgia. 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-10.
- ↑ "Arxivlənmiş surət". www.tsalka.gov.ge. 2024-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-10.
- ↑ "Tsalka Canyons and Kldekari Fortress". 2016-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-10.
- ↑ About Kvemo Kartli Arxivləşdirilib 2020-03-02 at the Wayback Machine Georgian Travel Guide
- ↑ "Georgia's new hanging bridge is not for the faint-hearted". euronews (ingilis). 2022-06-19. 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-10.