Dasqala Magarasi - Wikipedia
Daşqala mağarası və ya Sirab mağarası – Babək rayonu ərazisində mağara. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071,6 m) yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasının qurtaracağında Sarıdağ (1725,0 m) və Qaraqaya (1438,0 m) dağları arasında uzanan və Orta Eosenin Lütet mərtəbəsinə aid qumdaşı, argillit və əhəndaşılardan təşkil olunmuş tirənin sıldırımlı cənub yamacındadır. Sirab kəndindən 4,2 km şimalda yerləşir. Mağaranın əhəndaşı karnizi altında qeyri-korbanat süxurlarda əmələ gəlməsi onun klastokarst mənşəli olduğuna dəlalət edir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahında izlənilən Göynük-Vayxır dərinlik qırılmasının enmiş cənub-qərb qanadında yerləşir.[1]
Daşqala mağarası | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 3071,6 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.