Damansk Adasi - Wikipedia
Damanski adası (çin. Çjenbao dao. draqosennıy adası) — sahəsi 0,74 km² olan kiçik ada, Ussuri çayında yerləşən adadır. Xabarovskdan 230 km cənubda, Luçeqorsk şəhərindən isə 35 km qərbdə yerləşir. Çay yatağında yerləşən adadır. 1888-ci ildə Transsibir magistral dəmir yolu inşa edilərkən mühəndis Stanislav Damanski fırtına zamanı Ussuri çayında boğularaq həlak olur. Sonradan onun cənazəsi adsız bir adada tapılır. Onun şərəfinə adsız adaya onun adı verilir[1]. 1969-cu ildə bu ada SSRİ və Çin arasında konfliktə səbəb olmuşdur.
Damansk adası | |
---|---|
çin. 珍宝岛, | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,74 km² |
Uzunluğu |
|
Eni | 0,5 km |
Əhalisi |
|
Yerləşməsi | |
49°29′08″ şm. e. 133°50′40″ ş. u.HGYO | |
Ölkə | ÇXR |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1969-cu il sərhəd konflikti
redaktəSərhəd konflikti SSRİ və Çin arasında Damansk asına görə baş vermişdir. 1969-cu ilin martında Çinin hərbi birləşmələri adaya hücum təşkil edir. Hədəf adanın qısa müddətdə ələ keçirilməsi olur. Bu zaman SSRİ-nin Uzaq şərq ordusunun hərbi birləşmələri Çin qüvvələrini geri atsalar da, çinlilər öz həmlələrini kəsmir və hədəflərinə çatmağa çalışırdılar. Bundan sonra SSRİ və Çin arasında danışıqlar başlayır. Danışıqların nəticəsində tərəflər tutduğu mövqelərdə qalmalı idilər. Bu ada isə Çinin nəzarətində qalır. 19 may 1991-ci ildə SSRİ ilə son anlaşmaya əsasən Damansk adası Çinin hüquqi nəzarətinə verilir.
İncəsənətdə
redaktəSərhədyanı münaqişə ilə bağlı bir çox əsərlər yazılmış, şeirlər söylənilmiş və mahnılar bəstələnmişdir. Bu ada ilə bağlı Vladimir Vısovski "Kak-to raz, sitatı Мао proçitav…"[2] adlı şeir yazmışdır.
Konflikt haqqında hərbi-tarixçi, jurnalist Nauma Mara 1969-cu ildə isti izlərlə "Damansk adası. Mart. 1969" adlı kitabını dərc etdirmişdir. Bu əsər faktlar əsasında yazıldığından dünyada məşhurluq qazanmışdır. O, əsərində konfliktin başlamasında rus əsgərlərinin rolunu göstərmişdir.
1969-cu ildə İvan Nikolyokinin sözlərinə bəstələnmiş Mixail İordanskinin "Na octrove Damanskom" adlı mahnısı mövcuddur.[3] Damansk adası və Jalanaşkol gölü ilə bağlı konfliktdən irəli gələrək bir sıra mahnılar meydana gəlmişdir.[4]
İstinadlar
redaktə- ↑ "Спецназ России ||| Наша История ||| Остров Инженера Даманского". 2013-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.
- ↑ Марк Цыбульский О "китайских" песнях Владимира Высоцкого Arxivləşdirilib 2016-08-19 at the Wayback Machine, 2003
- ↑ "На острове Даманском. Музыка: Михаил Иорданский Слова: Иван Николюкин". 2014-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.
- ↑ "Песни о событиях на Даманском и Жаланашколе". 2013-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.
Mənbə
redaktə- Damansk Arxivləşdirilib 2009-03-02 at the Wayback Machine
- Начало и развитие пограничной конфронтации между Советским Союзом и Китаем
- Политый кровью остров Даманский
- Долой новых царей! Сборник материалов о китайско-советском пограничном конфликте, март 1969 г.
- Китайский музей на острове Даманский, посвященный столкновениям советских и китайских пограничников Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine