Dambulaq - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Dambulaq — Azərbaycan Respublikasının Laçın rayonu Şəlvə kənd inzibati ərazi dairəsində kənd.[1][2]
Dambulaq | |
---|---|
39°51′25″ şm. e. 46°19′37″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Mədəniyyəti
redaktəKəndə Dambulaq kənd orta məktəbi,uşaq bağçası, mədəniyyət evi və mağaza əhaliyə xidmət göstərdi
Coğrafiyası və iqlimi
redaktəDambulaq kəndi Laçın rayonunun şimal hissəsində rayon mərkəzindən 72 km-lik bir məsafədə yerləşir. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir.[3] Dambulaq rayonun Hətəmlər, Daşlı, Şəlvə, Kaha, Qorçu, İmanlar, Budaqdərə kəndləri ilə həmsərhəddir.[4]
Əhalisi
redaktə2006-cı ilin statistikasına görə kəndin əhalisi 500 nəfər olmuşdur.
Kənd əhalisinin milli tərkibi azərbaycan türkləri olmaqla ümumi sayı 786 nəfər 204 ailədən ibarətdir. (01 yanvar 2011-ci il tarixli məlumata əsasən)
Tanınmış şəxsləri
- Nazir Hətəmov Şiraslan oğlu- Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin sədri, Rusiya silahlı qüvvələrinin kapitanı.
- Mütalib Hətəmov Şiraslan oğlu - Rusiya silahlı qüvvələrinin polkovniki.
İqtisadiyyatı
redaktəƏsas təsərrüfatı heyvandarlıq, əkinçilik, bostançılıq və arıçılıqdan ibarət olmuşdur. Əhalinin istehsal etdiyi əsas məhsullar ət, yağ, pendir, yun, xalça, bal müxtəlif taxıl məhsullarından və tərəvəzlərdən ibarət idi.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Dambulaq // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 209. ISBN 978-9952-34-155-3.
- ↑ "Laçın rayonu, Dambulaq kəndi". "Vətən Səsi" onlayn qəzet. 06.09.2023. 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
- ↑ "Dambulaq". https://kataloq.gomap.az. 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |