Danimarka Kral Elmler Ve Edebiyyat Akademiyasi - Wikipedia
Danimarka Kral Elmlər və Ədəbiyyat Akademiyası (dan: Det Kongelige Danske Videnskabernes Selskab or Videnskabernes Selskab) — Danimarkada Elmlər Akademiyası.[2] Akademiya Danimarkada elmin mövqeyini gücləndirmək və fənlərarası anlaşmanı təşviq etmək məqsədi ilə yaradılmışdır.
Danimarka Kral Elmlər və Ədəbiyyat Akademiyası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 13 noyabr 1742[1] |
Sayt |
royalacademy.dk royalacademy.dk/en |
Vikianbarda əlaqəli mediafayllar |
Danimarka Kral Akademiyası fundamental elmi tədqiqatların bütün sahələrindən görkəmli alimlər üçün əməkdaşlıq orqanı və görüş yeri kimi fəaliyyət göstərir. Danimarka Kral Akademiyası həmçinin müxtəlif elmi işlərə maliyyə dəstəyi verən bir neçə fond və qrantları idarə edir.
Danimarka Kraliçası II Marqrete Danimarka Kral Elmlər və Ədəbiyyat Akademiyasının himayədarıdır.
2011-ci ildə Danimarka Kral Akademiyası mükəmməl gənc tədqiqatçılar üçün elmi forum rolunu oynayan Gənc Akademiya (dan: Det Unge Akademi) yaratdı.
Tarixi
redaktəDanimarka Kral Elmlər və Ədəbiyyat Akademiyası 13 noyabr 1742-ci ildə yaradılmışdır. Akademiya Johan Ludvig Holstein, Hans Gram (məsləhətçi, Kral tarixşünası və professor), Erik Pontoppidan (İlahiyyat professoru) və Henrik Hielmstiern (Danimarka kanslerinin katibi) tərəfindən təsis edilib və qurulub və yaradılışın təsdiqi Danimarka kralı VI Kristian tərəfindən verildi.
Bu illər ərzində Kral Danimarka Akademiyasının işinin bir hissəsi də mükafat hazırlanması və onların həlli yollarına əsasən alimlərə medalların (gümüş və qızıl) verilməsindən ibarət olmuşdur. Bu günə qədər Danimarka Kral Akademiyası hələ də müxtəlif medalların verilməsini həyata keçirir.
1855-1899-cu illərdə Danimarka Kral Akademiyasının iclasları Prinsens Palaisdə (indiki Danimarka Milli Muzeyi, “Nationalmuseet”) keçirildi. Bundan əvvəl Akademiyanın iclasları müxtəlif yerlərdə (məs. bəzi üzvlərin şəxsi evləri) keçirilirdi. 1899-cu ildə Akademiya Karlsberg Fondu ilə Kopenhagendəki Andersens Bulvarında yerləşən yeni binaya köçdü. Həm akademiya, həm də Karlsberg Fondu bu gün də burada yerləşir. Bina memar Vilhelm Petersen tərəfindən layihələndirilib.
Akademiyanın tanınmış üzvləri — Albert Eynşteyn, Çarlz Darvin, Nils Bor, Hans Ersted, Avqust Krof və s.
1742-ci ildə yarandığı gündən Danimarka Kral Akademiyasında tarixi arxivlər saxlanılır, həmçinin bu gün də akademiyada həm üzvlərin portretləri, həm əlyazma məktubları, həm də əvvəllər dərc olunmamış mükafatlar, geniş elmi qeydlər və sənədlər kolleksiyası var.
Üzvləri
redaktəDanimarka Kral Akademiyasının 250-yə yaxın milli və 250-yə yaxın beynəlxalq üzvü var. Üzvlər həm humanitar, həm sosial elmlər, həm də təbiət elmləri üzrə görkəmli alimlərdir. Hər il bir sıra yeni üzvlər seçilir. Rəyasət heyəti üzvlər arasından və üzvlərin iştirakı ilə seçilirlər.[3] Rəyasət Heyəti Danimarka Kral Akademiyasına rəhbərlik etmək üçün məsuliyyət daşıyır.
Danimarka Kral Akademiyasının rəyasət heyəti öz işini Kral Akademiyasının katibliyinin köməyi ilə həyata keçirir. Katiblik Danimarka Kral Akademiyasının məqsədlərinə əsaslanan inzibati funksiyaları yerinə yetirir.[4]