Darlecek Qlobulariya - Wikipedia
Darləçək qlobulariya (lat. Globularia trichosantha) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin qlobulariya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür.
Darləçək qlobulariya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Darləçək qlobulariya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qısa morfoloji təsviri
redaktəÇoxillik, 3-25 sm hündürlüyündə ot bitkisidir. Kökyanı rozet yarpaqları dərivari, tamkənarlı, tərs yumurtavari və ya uzunsov tərs yumurtavaridir. Üst tərəfədən oyuqlu və ya 3 dişciklidir. Gövdə yarpaqları xırda, oturaq ellipsvari və ya ellipsvari-xətvaridir. Sonuncu başcıqlar 15–20 mm diametrdə, kürəvaridir. Kasacıq 6–7 mm, meyvə verən zamanı 7,5–88 mm-ə qədər uzanır. Tac 10–11 mm uzunluqda, mavi rəngli, nazik borucuqlu və ikidodaqlı, əyri, çıxıntılı, üst dodağın hissəcikləri sapvari, 4-4,5 mm uzunluğunda, alt dodağın hissəcikləri dar, xətvari, 3 damarlıdır. Erkəkciklər sapvari, tacın borusundan çıxırlar. Meyvə bərabər kisəcik, üst tərəfdə tac ilə, kasacığın içərisində uzunsovdur.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəkləmə may-iyun, meyvə əmələgəlmə iyul aylarına təsadüf edir. Kserofit bitkidir. Aşağı və yuxarı dağ qurşağında otlu yerlərdə rast gəlinir.
Yayılması
redaktəNaxçıvanın dağlıq hissəsi (Şərur rayonu — Axura, Havuş kəndlərinin ətrafı, Qaraquş dağı ərazisi; Culfa rayonu — Ərəfsə kəndi ətrafı, Aracıq dağı ərazisi).
Sayı və tendensiyası
redaktəPopulyasiyanın sayı azdır, mənfi amillər azalmasını sürətləndirir.
Məhdudlaşdırıcı amillər
redaktəAntropogen faktorlar (otarılma, tapdalanma) və iqlimdir.
Mühafizə tədbirləri
redaktəAkademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı və Arpaçay Dövlət Təbiət Yasaqlığı ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır.