Dartma - Wikipedia
Dartma xarici və daxili səthləri kəsmə ilə emal etmək üçün texnoloji əməliyyat növüdür. Bu əməliyyat üçün tətbiq olunan alətlərə isə darma deyilir. Dartma əməliyyatı iskənələmənin xüsusi növüdür. Tipik tətbiq sahəsi çevrəvi deşiyə qeyri bəarbər forma verməkdir. Təpənməz bərkidilmiş pəstahın deşiyinə dartıcı ya itələnir ya da deşikdən xaricə çəkilir. Bu zaman alətin üzərində müxtəlif hündürlüyə malik dişlər addım-addım material qatını çıxararaq deşiyi tədricən lazımi formaya salır. Dartmanın itələnməsi və ya çəkilməsi emal olunan səthin uzunluğundan asılıdır. Böyük uzunluqda olan deşiklərin emalında çəmkəyə üstünlük verilir. Bu zaman alətin əyilmsi və sınmasının qarşısı alınır. Emalda veriş və kəsmə sürəti eyni oxboyunda yerləşir. Veriş dişlərin getdikcə artan hündürlüyü hesabına təmin edilir. Əmələ gələn yonqar başqa əməliyyatlarda olduğu kimi avtomatik xaric olunmayıb, yonqar zonasında dişin qabağında yığılır. Bu da alətdə böyük yaradır.
Dartma alət müəyyən uzunluqda və en kəsiyinə malik kəsici alət olub uzununa istiqamətdə bir neçə hissədən ibarətdir. Alətin ucunda tuqac, orta hissədə kəsici dişlər, sonda isə kalibrləyici dişlər yerləşir. Onlar alət dartıldıqda bir-birin ardınca materialla kontakta girərək səthi emal edir.
Daxili deşiklərin emalında qapalı çoxtilli profillər, xarici səthin emalında isə açıq profillər hazırlanır.
Verilmiş səthlərin emalının başqa texnoloji əməliyyatlar ilə aparılması mümkün olmadıqda dartma alətinin tətbiqi əlverişli sayılır. Bundan əlavə yüksək dəqiqlik tələb olunan səthlərin emalında dartma müəyyən üstünlüklərə malikdir.
Mənbə
redaktə- Əliyev, R.R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s