Davud Imanov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Davud İmanov (azərb. Davud Hüseyn oğlu İmanov; d. 20 may 1945-ci il, Qazaxıstan, Akmolla rayonu - ö. 2002-ci il, Azərbaycan) — rejissor, aktyor, ssenari müəllifi, jurnalist.[mənbə göstərin]
Davud İmanov | |
---|---|
Davud Hüseyn oğlu İmanov | |
Doğum tarixi | |
Doğum yeri | Qazaxıstan, Akmolla rayonu |
Vəfat tarixi | |
Vəfat yeri | Azərbaycan |
Atası | Hüseyn İmanov |
Fəaliyyəti | Rejissor, aktyor, ssenari müəllifi, jurnalist |
Təhsili | |
IMDb | ID3451860 |
Həyatı
redaktəDavud İmanov 20 may 1945-ci ildə Qazaxıstanın Akmolla rayonunda anadan olub. Həmin dövrdə İmanovun valideynləri Qazaxıstanda 37-ci ilin repressiya qurbanı olaraq Azərbaycandan köçürülmüş və "köçürülmüş xalqlar" kimi tanınan digər millətlərin nümayəndələri ilə bir yerdə yaşamışlar. Stalinin ölümündən sonra sürgün olunanlara SSRİ-nin yeni rəhbərliyi öz vətənlərinə qayıtmalarına icazə verir. Davud İmanovun ailəsi də 1957-ci ildə bəraət alaraq Azərbaycana qayıdır. İmanovlar ailəsi Azərbaycana gəldikdən sonra Sumqayıtda məskunlaşır.
Davud İmanov 1979-cu ildə Ümumittifaq Teatr və Kino İnstitutunun rejissorluq fakültəsinə daxil olub. O, 1984-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib.
Davud İmanov teatra çox böyük maraq göstərirdi. O, 1962-ci ildən etibarən Sumqayıt Mədəniyyət Evində göstərilən həvəskar tamaşaların fəal iştirakçılarından biri olur. 1967-ci ildən etibarən isə özü rejissor kimi fəaliyyət göstərir və tamaşalar səhnələşdirməyə başlayır. Bundan əlavə, İmanov, həmçinin qəzetlərdə müxbir kimi də çalışmışdır. "Mozalan" kino-jurnalının isə Davud İmanovun yaradıcılığında xüsusi yeri vardır. Eyni zamanda Davud İmanov 1995-ci ildən 2002-ci ilə qədər "Mir" Teleradio Kompaniyasının Azərbaycan bölməsinə rəhbərlik edib, habelə bir neçə beynəlxalq festivallarda münsiflər heyətində təmsil olunmuşdur.
Davud İmanov 1984-1994-cü illərdə Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında kino-rejissor vəzifəsini icra edib. İmanov həmin vaxtlarda bir çox sənədli və publisistik filmlər ekranlaşdırır. O, ekranlaşdırdığı "Zirzəmi" tammetrajlı bədii filmini Bakıya və bakılılara həsr etmişdir. Həmçinin İmanovu ən çox tanıdan "Sumqayıtın Əks-Sədası" tammetrajlı sənədli filmi olmuşdur. İkihissəli olan bu filmdə Sumqayıt hadisələrindən bəhs olunur. [1]
Davud İmanov 2002-ci ildə 57 yaşında vəfat edib.
Filmoqrafiya
redaktə- Adsız su (film, 1985)(qısametrajlı sənədli süjet-Mozalan № 98)
- Rəşid Behbudov (sənədli film)
- Səttar Bəhlulzadə (sənədli film)
- "Lüdmila Qurçenko - artistlik sənəti" (sənədli film)
- "Sumqayıtın Əks-Sədası" (tammetrajlı sənədli film)
- Afroditanın qolları (qısametrajlı bədii film, 1987)
- Ağ kətandakı adam (film, 2000)
- Bais (film, 1985)
- Bir daha keyfiyyət barədə (film, 1987)
- Dayan, doldurum (film, 1985)
- Dənizçi ürəyi (film, 1986)
- Hamı bir nəfər üçün (film, 1984)
- Kölgədə 40 dərəcə isti (film, 1988)
- Metodoloji seminar (film, 1986)
- Nəticə (film, 1986)
- Özünü onun yerinə qoy (film, 1983)
- Rəşid Behbudov (film, 1985)
- Seans (film, 1988)
- Səttar Bəhlulzadə (film, 1988)
- SOS (film, 1988)
- Sumqayıtın əks-sədası (film, 1992)
- Üçüncü növbə (film, 1984)
- Yarasa (film, 1995)
- Yeni tərzdə işləyirik (film, 1988)
- Yol ayrıcında (film, 1988)
- Yürüşün sonu varmı? (film, 1985)
- Zirzəmi (film, 1990)
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 319.
İstinadlar
redaktə- ↑ "Cəsarətli və güclü vətənpərvər - Davud İmanov". 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-21.