Death Note - Wikipedia
Death Note (デスノート, Desu Nōto?, azərb. Ölüm dəftəri) — Tsuqumi Oba (yazıçı) və Takeşi Obata (rəssam) tərəfindən yaradılmış 13 cildlik manqa və eyni adlı anime serial, bir neçə tam metrajlı və bədii film, ranobe və videooyunlar.
Death Note | |
デスノート (Death Note) | |
---|---|
Janr | psixoloji triller, fövqəltəbii, detektiv, cinayət, dram |
Manqa | |
Death Note | |
Manqaka | Tsuqumi Oba (məzmun), Takeşi Obata (qrafika) |
Nəşriyyat | Shueisha |
Tərcüməçi nəşriyyat | Viz Media (ingiliscə) Madman Entertainment (ingiliscə) Akılçelen Kitaplar (türkcə) |
Jurnal | Weekly Shonen Jump |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 2004, fevral - 2006, oktyabr |
Cildlər | 12 əsas cild + əlavə «How to Read» cildi |
Fəsil sayı | 108 əsas + pilot + xüsusi + 2 əlavə fəsil |
Anime | |
Death Note | |
Rejissor | Tetsuro Araki |
Studiya | Madhouse |
Kanal | Nippon TV 2x2, AXN Sci-Fi, Sony Turbo |
Buraxılış tarixi | 3.10.2006 - 26.06.2007 |
Vaxt | 22 dəq. |
Seriyalar | 37 |
Anime | |
Death Note | |
Rejissor | Süsuke Kaneko |
Studiya | Warner Bros |
Vaxt | 126 dəq. |
Anime | |
Death Note: The Last Name | |
Rejissor | Süsuke Kaneko |
Vaxt | 141 dəq. |
Anime | |
L: Change the WorLd | |
Rejissor | Hideo Nakata |
Vaxt | 128 dəq. |
Anime | |
Death Note yenidən yazmaq: Tanrı gözləri ilə | |
Rejissor | Tetsuro Araki |
Ssenarist | Tosiki İnoue |
Vaxt | 130 dəq. |
Anime | |
Death Note yenidən yazmaq: L-ın xələfi | |
Rejissor | Tetsuro Araki |
Ssenarist | Tosiki İnoue |
Vaxt | 100 dəq. |
Manqa | |
Death Note Başqa dəftər: Los Anceles BB qətləri | |
Manqaka | İsin Nisio |
Nəşriyyat | Shueisha |
Nəşr tarixi | 1.8.2006 |
Cildlər | 1 |
Manqa | |
L: Dünyanı dəyişmək | |
Manqaka | M |
Nəşriyyat | Shueisha |
Demoqrafiya | detektiv, triller |
Cildlər | 1 |
Video oyun | |
Death Note: Kira oyunu | |
Hazırlayan | Konami |
Nəşr edən | Konami |
Janr | Strategiya |
Platforma | Nintendo DS |
Manqanın 108 fəsili əvvəldən Shueisha nəşriyyatın tərəfindən çap edilən Weekly Shōnen Jump jurnalında 2003-cü ilin dekabr ayından bəri 2006-cı ilin may ayına qədər nəşr edilmişdir. Bundan əlavə, manqa Yaponiyada 12 cild tankobon şəkildə 2004-cü ilin may ayından bəri 2006-cı ilin oktyabr ayına qədər çap edilmişdir.[1]
Məzmun
redaktəOrta məktəb şagirdi 17 yaşlı Yaqami Layt (yap. 夜神 月; bəzi tərcümələrdə Layt Yaqami ing. Light Yagami) Ryuk adlı ölüm tanrısının əyləncə xatirinə dünyaya atdığı Death Note adlı dəftəri tapır. Kimin adı bu dəftərə yazılsa həmin adam 40 saniyə içində ölür. Ancaq gərək adı yazarkən həmin insanın üzünü də xəyalından keçirəsən. Bundan əlavə həmin dəftərə bir dəfə də olsun ad yazan şəxs öldüyü zaman nə cənnətə, nə də cəhənnəm gedir. Light bu dəftərdən dünyanı pislikdən xilas etmək üçün istifadə etməyə başlayır. O, günahkar hesab etdiyi insanların adını bu dəftərə yazır. İnsanlar Kira əfsanəsi uydururlar. Guya tanrı yer üzünə enibdir. Polis ölümlər arasında əlaqə olduğunu hesab edir və dünyanın ən yaxşı 3 dedektifindən biri olan L-i istintaqın başına keçirirlər. Digər 2 dedektif də fərqli adlarla L-dən başqası deyil. Beləliklə Kira (yəni Layt) və L arasında inanılmaz ağıl oyunları başlayır. Kim digərinin şəxsiyyətini öyrənsə, o da qalib gələcək.
Media
redaktəManqa
redaktəDeath Note əvvəldən 2003-cü ilin dekabr ayından etibarən Shueisha nəşriyyatın tərəfindən çap edilən Weekly Shōnen Jump jurnalında serial şəkildə nəşr edilmişdir. Serial başa çatanda o, 108 fəsildən ibarət idi. Bütün fəsillər 12 ayrı tankobona yığılıblar. 2008-ci ilin fevralında, manqa epiloqun çıxmasından iki ildən sonra xüsusi one shot üzə çıxdı.[2] Akamaru Jump jurnalında bir neçə Death Note yumoristik yonkoma dərc edilmiş. Bundan əlavə Weekly Shōnen Jump Gag Special 2005-də bir neçə Death Note yonkama olmuş.[3]
Pilot fəsili
redaktəPilot fəsili 2003-cü ildə Weekly Shōnen Jump jurnalın 36-cı nömrəsində çıxmış. O cümlədə, bu fəsil soraq kitabçasının tərkibinə əlavə edilib. Bu fəsildə yaradıcıların bəzi manqanın əsas hissədə istifadə edilməyən fikirləri və məfhumları görmək olar. Məsələn üçün, baş personaj daha cavan idi və onun Ölüm dəftərdən başqa Ölüm pozanı də var idi (bu pozan ilə ölənləri canlandırmaq olardı). Şiniqami və Death Notenin bəzi qaydaları isə əsas serialda saxlanıldı.[4]
Soraq kitabçası
redaktə2006-cı ilin oktyabrın 13-də manqa üçün soraq kitabçası nəşr olunmuş. Onu Death Note 13: Necə oxumaq (ing. Death Note 13: How to Read) adlandırıblar. Bu soraq kitabçası manqanın 13-cü cild kimi sayılır, lakin orada hekayənin davamı yoxdur. Bu cildin içində manqanın pilot fəsili[5] və əsas personajların anketləri kimi əlavə məlumat var.
Post Series — One Shot
redaktəPost Series — One Shot manqanın rəsmi davamıdır. Bu tək fəsildə Death Note ilə bağlı olan yenidən üzə çıxan cinayətlər haqqında söhbət gedir.
L FILE No. 15
redaktəL FILE No. 15 adlı kitab L: Dünyanı dəyişmək filmi ilə eyni zamanda üzə çıxdı. O, manqanın iki qısa fəsildən[6] və filmdə L rolu oynayan Keniçi Matsuyama aktyorun fotolardan ibarətdir.
Anime
redaktəÜmumilikdə 37 iyirmi dəqiqəlik seriyadan ibarət olan, anime serialın cizgi studiyası Madhouse, rejissyoru isə Tetsuro Araki idi. Bu serialın orijinal yayımı 2006-cı ilin oktyabrın 3-də başıladı, 2007-ci ilin iyunun 26-da isə sona çatdı.[7] Məzmun manqada kimi 2003-cü ildə yox, 2006-cı ildə başlayır. Serial Nippon TV kanalında "hər çərşənbə axşamı saat 23:34-də" göstərilirdi. Onun prodüserləri Madhouse, Nippon Television, Shueisha, D. N. Dream Partners və VAP idilər.[8]
Death Note yenidən yazmaq: Tanrı gözləri ilə
redaktəİkisaatlıq Death Note yenidən yazmaq: Tanrı gözləri ilə (DEATH NOTE リライト·幻視する神, Desu Nōto Riraito: Genshisuru kami?) adlı xüsusi televiziya buraxılışı 2007-ci ilin avqustun 31-də saat 20:00-da Yaponiyanın Nippon Television kanalında göstərilmişdi. Bu xüsusi verilişdə birinci 25 seriyanın məzmunu yenidən Ryuk adından anlatılır. Bu verilişdə bəzi səhnələrdə dəyişiklər və bir neçə yeni səhnələri görmək olar.[9]
Death Note yenidən yazmaq: L-ın xələfi
redaktəDeath Note yenidən yazmaq: L-ın xələfi (DEATH NOTE リライト2 Lを継ぐ者, Desu Nōto Riraito 2: L o Tsugu Mono?) adlı xüsusi veriliş Yaponiyanın NTV kanalında 2008-ci ilin avqustun 22-də göstərilşdi. Bu xüsusi verilişdə serialın axırıncı 12 seriyanın məzmunu qismən anlatılır.[10]
Filmlər
redaktəDeath Note manqası əsasında üç film çıxmış. 2006-cı ildə çıxan birinci və ikinci filmin rejissyoru Süsuke Kaneko, 2008-ci ildən çıxan üçüncü filmin rejissyoru isə Hideo Nakata idi. Hər üç filmin kompüter qrafikasın prodüseri Digital Frontier, distribyüterı isə Warner Bros. Pictures Japan idi. Birinci film 2006-cı ilin iyunun 17-də Yaponiya kinoteatrlarda göstərilməyə başlamışdı və orada iki xəftə ərzində Da Vinçi şifrəsi filmini ikinci yerdə saxlaya birinci yeri tuturdu.[11] Birinci filmin sikvelı, Death Note: Son ad ilk dəfə Yaponiyada 2006-cı ilin noyabrın 3-də göstərilmişdi.[12] L: Dünyanı dəyişmək adlı spin off 2008-ci ilin fevralın 9-da çıxmış.[13]
2007-ci ildə Malaziyanın The Star jurnalında çıxan məqalədə yazılmışdı ki, ABŞ-də 10-dan çox film kompaniya remeyk çəkməsində marağlanır. 2009-cu ilin aprelın 9-da Variety jurnalı elan etdi ki Warner Bros. ABŞ-də bədii filmi çəkmək üçün Death Note manqanın müəllif hüquqları əldə etdi. Warner Bros. manqanı film üçün ssenariyə uyğunlaşdırmağa üçün Çarli və Vlas Parlapanids ssenari müəllifləri çağırdı. 2011-ci ilin yanvarın 13-də elan olundu ki, filmin rejissoru Şeyn Blek, onun ssenarisi isə Entoni Baqarozzi və Çarlz Mondray tərəfindən yazılır.[14][15] Warner's studios planlarında Yaqaminin fon hekayəsini dəyişmək, ədalətli əvəzinə onu intiqamlı eləmək və bundan əlavə şinigamilərin məzmundan çıxarılması var idi. Blek bu dəyişiklərə əleyhinə idi və onlar üçün yol verilmədi.[16] 2013-cü ilin aprelində Blek öz intervyuda təsdiqlədi ki, o hələ də bu filmin üzə işləyir.[17] Lakin, 2014-cü ilin iyulun 8-də Bleeding Cool elan etdi ki, filmin rejissoru kimi Şeyn Blekı Qus Van Sent və onunla birlikdə Den Lin, Duq Devison və Brayan Vitten əvəzləyəcəklər, prodüserlər isə Vertigo Entertainment, Witten Pictures və Lin Pictures olacaqlar.[18]
Birinci film. Death Note
redaktəManqanın əsasında çəkilən birinci film Yaponiyada 108-ci fəsilin ilk çapından iki aydan sonra çıxdı.
İkinci film. Death Note: Son ad
redaktəİkinci film birinci filmin davamıdır və onun kimi də manqa əsasında çəkdiyinə baxmıyaraq, orada olanları dəqiq təkrar göstərmir.
Üçüncü film. L: Dünyanı dəyişmək
redaktəL bir bioloji terrorçu qrupun qarşısını alır.
Kitablar
redaktəDeath Note Another Note: The Los Angeles BB Murder Cases
redaktəManqanın prikvelı olan, Nisio İsin yazığı, Death Note Another Note: The Los Angeles BB Murder Cases adlı ranobe Shueisha tərəfindən 2006-cı ilin avqustun 1-də nəşr olundu.[19][20]
L: Dünyanı dəyişmək
redaktəL: Dünyanı dəyişmək filmini M ləqəbli müəllif kitaba adaptasiya eləmiş. Bu adaptasiya 2007-ci ilin dekabrın 25-də çap olunmuşdu.[21]
Oyunlar
redaktəDeath Note Kira Game
redaktəDeath Note Kira Game Death Note Kira Game (デスノート キラゲーム, Desu Nōto Kira Gēmu?) adlı vido oyun Konami şirkətin tərəfindən Nintendo DS üçün 2007-ci ilin fevralın 15-də buraxılmışdı.[22]
Death Note — L’s Successors
redaktə2007-ci ilin iyulun 12-də Yaponiyada manqanın ikinci hissəsinin əsasında, Death Note: Successors to L (デスノート Lを継ぐ者, Desu Nōto Eru o Tsugu Mono?) adlı oyunun sikvelı üzə çıxmış.[23]
L the Prologue to Death Note: Spiraling Trap
redaktəÜçüncü, L the Prologue to Death Note -Spiraling Trap- (L the proLogue to DEATH NOTE -螺旋の罠-, L the proLogue to DEATH NOTE -Rasen no Wana-?) adlı oyun isə isə Yaponiyada Nintendo DS üçün 2008-ci ilin fevralın 7-də çıxşmış.[23][24]
Qanunilik
redaktəYasaqlar və yasaq etmə cəhdləri
redaktə2005-ci ildə Çin Xalq Respublikasının Liaonin əyalətin paytaxtı olan Şenyan şəhərinin məktəb rəsmiləri Death Noteni qadağan etdilər.[25] Tələb olunan səbəb o idi ki, şagirdlər öz dəftərləri Death Notenə oxşadırdılar və orada öz tanışların, düşmənlərin və müəllimlərin adları yazdırırdılar.[26][27] Qadağa şagirdlərin "fiziki və ruhi sağlamlığı"[28] "günahsız uşağları düz yolundan çıxardan, ağılları və ruhları korlayan" materiallardan qorumağa üçün layihələşdirilib.[29] Conatan Klementin fikrinə görə, Çin rəsmiləri bunu "mövhumatlara" görə və eyni zamanda Death Noten qeyri qanuni çaplarına qarşı eləmişlər.[30] Bu yasaq Çinin başqa şəhərlərinə, o cümlədə Pekinə,[31][32] Şanxaya və Qansu əyalətində yerləşən Lançjou şəhərinə də genişləndirilmişdi.[33] Death Noten çin dilində qanuni tərcümələri Honkonqda və Tayvanda nəşr olunurlar.[30]
2007-ci ildə Tayvanın Pindun qəzasının təhsil bürosu valideynləri manqadan gələn "mənfi təsiri" hqqında xəbərdar etdilər.[34]
2010-cu ilin mayında ABŞ Nyu Meksiko ştatının Albukerke şəhərin dövlət məktəbləri Death Noteni dairə məktəblərində qadağan etməyə üçün məhkəmə dinləməsi keçirtdilər. Təkif üçün anonim şəkildə səsvermə aparıldı və ona qarşı səslərinə görə o, qəbul edilmədi.[35]
Təqlid etmə cinayətləri və yamsılamalar
redaktəDeath Note dünya ətrafında müxtəlif təqlid etmə cinayətlərin səbəbi olub.
2007-ci ilin sentyabrın 28-də Belçikada avropoid kişinin natamam meyitin yanında latın əlifbayla "Watashi wa Kira dess", yəni "Mən Kirayam" (私はキラです watashi wa Kira desu) yazılmış 2 yazı tapılmış.[36] Bu qətli Belçika KİV-lərdə "Mangamoord" (yəni nid. manqa qətli) adlandırırdılar.[37] 2010-cu ildə bu qətlnən əlaqəli olaraq dörd adam həbs olunublar.[38]
ABŞ-nin Virciniya ştatında yerləşən Riçmond şəhərinin Franklin Hərbi Akademiyasında oxuyan orta siniflərin şagirdi 2007-ci ildə içində məktəbin digər şagirdlərinin adları yazılmış olan Death Noten təqlidi ilə saxlanılıb. Məktəb direktoru bu şagirdin valideynlərinə yazdığı məktubda bir qeyri rəsmi "Death Note saytına" diqqət çəkti. Bu saytında istədiyin adamı öldürmək üçün onun adını və ölüm səbəbini yazmq olardı.[39]
İstinadlar
redaktə- ↑ "Death Note". http://knowyourmeme.com/. 2022-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr, 2014.
- ↑ "Death Note Manga to Return with One-Shot Story in Japan". Anime News Network. February 3, 2008. June 11, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 7, 2009.
- ↑ Ohba, Tsugumi. Death Note 13: How to Read. Viz Media. 2008. səh. 215. ISBN 1-4215-1888-0.
- ↑ Ōba, Tsugumi. Death Note 13: How to Read. Shūeisha. 2008. səh. 59. ISBN 4-08-874095-5.
- ↑ Myanimeliste.net (redaktor). "Death Note Episode 0 (One Shot)". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr, 2014.
- ↑ Myanimeliste.net (redaktor). "Death Note: L FILE No. 15 (Manga)". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr, 2014.
- ↑ "Nippon Television Network Program Catalogue: Animation" (PDF). Nippon Television. səh. 17. November 6, 2006 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: November 6, 2006.
- ↑ "Official Death Note staff listing" (Japanese). Nippon Television. October 8, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 28, 2007.
- ↑ "Death Note TV Special to be Three-Hour Director's Cut". Anime News Network. July 12, 2007. July 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 13, 2007.
- ↑ "Second Death Note Special to Air on August 22 in Japan". Anime News Network. July 25, 2008. June 11, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 7, 2009.
- ↑ "Death Note Tops Box Office Again". Anime News Network. June 27, 2006. December 31, 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 18, 2006.
- ↑ "Death Note 2 Trailer". Anime News Network. September 28, 2006. August 14, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 27, 2009.
- ↑ "Death Note's L Spinoff to Open on February 9 in Japan". Anime News Network. July 30, 2007. July 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 27, 2009.
- ↑ "Warner Bros Taps Shane Black For Japanese Manga 'Death Note'". Deadline.com. 2011-01-13. 2011-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-14.
- ↑ "Death Note Live-Action Director Confirmed Warner Bros". Tokyofever via Variety. January 18, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 13, 2011.
- ↑ "Warner bros to change background". 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-11.
- ↑ "Shane Black On His Death Note And Doc Savage Movies". 2014-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-06.
- ↑ "{TB EXCLUSIVE} Gus Van Sant Takes Over "Death Note"". İstifadə tarixi: 2014-07-09.
- ↑ "Death Note, XXXHOLiC Novels in the Works". Anime News Network. May 9, 2006. November 13, 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 7, 2006.
- ↑ "西尾維新 × Death Note" (Japanese). Shueisha. December 5, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 21, 2006.
- ↑ "L change the world" (Japanese). Shūeisha. December 23, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 4, 2009.
- ↑ "Death Note: Kira Game for DS". GameSpot. October 29, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 17, 2007.
- ↑ 1 2 "Official Konami Website for Death Note" (Japanese). Konami. May 8, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 3, 2007.
- ↑ "Promo Video for Death Note's L Prequel Game Streamed (Updated)". Anime News Network. December 17, 2007. December 19, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 17, 2007.
- ↑ "Chinese city bans Death Note" (Chinese). Xihuanet. January 11, 2005. December 25, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 4, 2008.
- ↑ "Death Note Stirs Controversy in China". Anime News Network. February 6, 2005. September 15, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 27, 2008.
- ↑ "Death Note in China - Success or Disaster?". ComiPress. March 26, 2007. February 27, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 27, 2008.
- ↑ "Beijing bans scary stories to protect young". Reuters. May 15, 2007. June 18, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2007.
- ↑ Weifeng, Liu. "'Death Note' days numbered". China Daily. May 26, 2007. September 28, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 27, 2007.
- ↑ 1 2 Clements, Jonathan. "Manga Pulse" (35). NEO Magazine. August 2007: 19.
- ↑ Jie, Xiao. "Beijing publisher to ignore Beijing's ban of its horror story". Xinhuanet. May 15, 2007. October 21, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 27, 2008.
- ↑ MacDonald, Heidi. "Death Note banned in Beijing". Publishers Weekly. May 15, 2007. June 17, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 28, 2008.
- ↑ "Chinese Students Fight Back at Death Note Ban". ComiPress. June 5, 2007. February 27, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 15, 2008.
- ↑ "Taiwanese County Warns of Death Note, Others Defend It". Anime News Network. 2007-10-12. 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-04.
- ↑ "Death Note Ban in Albuquerque High Schools Fails Vote". Anime News Network. 2010-05-10. 2014-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-04.
- ↑ "Forest: le tueur aux mangas". La Dernière Heure. October 1, 2007. June 13, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 4, 2010.
- ↑ "Police Reaches Dead End in Belgian 'Manga Murder' Case". Anime News Network. 2007-11-27. 2014-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-04.
- ↑ "4 Arrested for 2007 Belgian 'Manga Murder' Case". Anime News Network. 2010-09-20. 2015-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-04.
- ↑ "Virginian Teen Suspended over Names in 'Death Note '". Anime News Network. November 22, 2007. April 7, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 24, 2008.
Xarici keçidlər
redaktə- Manqanun rəsmi saytı — "Death Note" Arxivləşdirilib 2005-05-27 at the Wayback Machine (yap.)
- Filmin rəsmi saytı — "Death Note" (yap.)
- Animasiya Filminin rəsmi saytı — "Death Note" (yap.)
- Kompüter oyununun rəsmi saytı — "Death Note" (yap.)