Debal - Wikipedia
Debal (urdu ديبل) — Təxminən müasir Pakistan İslam Respublikasının Kəraçi şəhəri yaxınlığında yerləşən qədim liman şəhəri.[1]
Qədim şəhər | |
Debal | |
---|---|
Ölkə |
Adımın mənşəyi
redaktəƏrəb tarixçilərinin əsərlərində, xüsusilə də VIII əsrin əvvəllərində hind subkontinentində İslam dinin meydana çıxması zamanı hazırlanan hesabatlarda şəhərin adı Daybul (Dīwal ~ Dībal ديبل) kimi qeydə alınmışdır. Bu da Devalaya sözündən yaranıb və sözün mənası sanskrit dilindən tərcümədə "Allahın olduğu məkan" anlamına gəlir.
Tarixi
redaktəIX əsr Ərəb coğrafiyaçısı Əbul-Həsən Əhməd bin Yəhya bin Cabir bin Davud əl-Bəlazuri bu şəhər barədə belə yazır ki, "Debal və ya Devale (Daybul) şəhərində "Budda"nın məbədi ucaldılmışdı. Bu məbədin üzərində qırmızı bayraq qoyulan tac var idi".[2]
Debalın əsası bizim eradan əvvəl birinci əsrdə qoyulmuşdur. Tezliklə də bu şəhər Sindin ən mühüm ticarət şəhərlərindən birinə çevrildi. Buraya Bavari dəniz quldurları da daxil olmaqla minlərlə Sind dənizçisi sığınmışdı. X əsr ərəb coğrafiyaşünas-səyyahı Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi öz yazılarında Debal şəhərini ticarətlə və balıqçılıqla məşğul olan sakinləri olan şəhər kimi xatırlayırdı. İbn Havqəl yazır ki, Debal şəhəri Mihrandan qərbdə, dəniz sahillərində yerləşirdi. Bu nəinki ebal üçün həm də qonşu bölgələr üçün böyük bazar və limandır. Debal taxıl yetişdirilməsinin zənginliyinə görə də fərqlənir. Debal həm də qılınc istehsalına görə də fərqlənir.[3] Ərəb sərkərdəsi Məhəmməd ibn Qasimin rəhbərlik etdiyi Əməvi qoşunları 711-712-ci illərdə Sindin Brahmin Sülaləsindən olan sonuncu hindli hakimi Raca Dahiri (663-712) məğlub edərək şəhəri fəth etdi.
Debal və Manora yarımadası Osmanlı admiralı Seydi Əli Rəisin (1498 – 1563) "Miraltül-məmalik" kitabında da xatırlanırdı. 1568-ci ildə Debal portuqal admiralı Fernao Mendes Pintonun (1509 – 1583) hücumuna məruz qaldı. O, Debalda lövbər salan Osmanlı gəmilərini məhv etməyə çalışırdı. Fernao Mendes Pinto təsdiq edir ki, Sind dənizçiləri Osmanlı admiralı Kurtoğlu Hızır Reisin Açex səfəri vaxtı ona qoşulmuşdular.
Şəhəri Britaniya səyyahları - Tomas Postans və Eliot da ziyarət etmişdir. Elliot Tatta şəhəri ilə bağlı xatirələri ilə tanınır. Bəzi arxeoloqların fikrincə Banxora qazıntılarında aşkarlanmış xarabalıqlar Debal qədim liman şəhərinin qalıqlarıdır.
Xarici keçidlər
redaktə- Haig, Malcolm Robert. The Indus Delta Country: A Memoir, Chiefly on Its Ancient Geography and History. — Original from the University of Michigan : K. Paul, Trench, Trübner & Co., ltd., 1894. — P. 42.
İstinadlar
redaktə- ↑ Banbhore Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine. Dictionary of Islamic Architecture. ArchNet. 1 may 2013-cü ildə arxivləşdirilib.
- ↑ Rajaram Narayan Saletore. Delhi. Indian Pirates. Concept publishin company. 1978, p. 21
- ↑ The History of India, as Told by Its Own Historians: The Muhammadan period. Vol. 1. London, 1867, p. 37